NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə66/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   62   63   64   65   66   67   68   69   ...   85
وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآنًا عَرَبِيًّا لِّتُنذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ الْجَمْعِ لَا رَيْبَ فِيهِ فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ» «Hər bir peyğəmbərə onun öz tayfasının dilində vəhy etdiyimiz kimi Quranı sənə ərəb dilində göndərdik ki, Məkkə əhlini onun ətrafında olanları əzabdan qorxudasan gəlməsində heç bir şəkk-şübhə olmayan hamının (hesablarının araşdırılması üçün) bir yerə toplaşacağı qiyamət günündən çəkindirəsən; yaxşı əməl sahibləri Cənnətə, pis əməl sahibləri isə Cəhənnəmə gedəcəklər».

1 Allahın zikri çıraq kimi onların göz, qulaq qəlblərini işıqlandırıb. Buna görə Ondan başqa bir şey görmür, Onun əmr qadağalarından başqa bir söz eşitmir O istədiyindən başqa şeyə ürək bağlamırlar.

1 Çünki Onun «Sənin kərəmin məni məğrur etdi» deməsi düz deyil. Ona görə ki, kərəm günah naşükürlük edilməsini deyil, itaət şükr edilməsini tələb edir. Ayənin «Səni intiqam alan Rəbbinə qarşı aldadan, məğrur edən nədirbuyurmamasının səbəbi, kərim olan Rəbbə qarşı itaətsizlik edilməməsinin zəruriliyini bildirmək üçündür. Əgər insan «məni şeytan aldatdı, məğrur etdi» desə ona cavab veriləcək ki: Məgər biz Qurani-Kərimdə «Şeytana tabe olmayın ki, o sizin aşkar düşməninizdir» deməmişdik? Əgər «nadanlıq məni məğrur etdi» desə cavabında deyiləcək ki: Məgər bizim hökmlərimizi sizə öyrətmək üçün peyğəmbərlər göndərməmişdik? Qısası üzr bəhanə gətirmək yolu bağlıdır.

2 buna görə fani dünyanın ləzzət sevincini əbədi səadət Cənnətdən üstün tutub.

1 Buna görə «dünya məni aldatdı» deməməlisən. Çünki əgər dünya səni aldatsaydı, ibrətlərini səndən gizlədərdi. Bu kəlam Allah-təalanın Qurani-Kərimin Casiyə surəsinin 35-ci ayəsindəki «وَغَرَّتْكُمُ الْحَيَاةُ الدُّنْيَا» «dünya həyatı sizi aldatdı» buyuruğu ilə ziddiyyət təşkil etmir. Çünki dünyanın aldatmasının mənası əslində ona aldanmaqdır.

1 Münafiq, ikiüzlü İmam əleyhis-salamın düşmənlərindən olan o Həzrətin düşmən bildiyi Əşəs ibn Qeys (nəzərdə tutulur).

1 Bu iki sifət məzəmmət edilmiş sifətlərdəndir böyük günahlardan sayılır. Çünki bir şey verəni mədh etmək Allahdan başqasına üz tutmaq Ona şərik qoşmaqdır. çox bəxşiş edən adamlar var ki, dövrün pislərindəndirlər. Bir şey verməyən kəsi pisləmək rəva düzgün deyil. Çünki ola bilər ki, o yaxşı insanlardan biridir bir şey verməməsinin üzrlü səbəbi var.

2 Onun həyatı ölümə, varlılıq zənginliyi yoxsulluğa, sevinci kədərə, sağlamlığı xəstəliyə, güclülüyü zəifliyə hörmətliliyi xarlığa çevrilir.

1 Buna görə tam meyl rəğbətlə edilmiş, sevincin çoxluğundan hamının özündən çıxdığı beyətlə müxalifət etməməli onu pozmamalısınız.

1 Əgər bir neçə gün birinə üz tutub ona bir şey versə, tez arxa çevirər verdiklərini geri alar.

1 Natiqləşməz, yəni, əgər birinin danışıq bacarığı olmasa, danışıq söz onun dilinə gəlməz, necə ki, əgər birinin yerimək qüdrət bacarığı olmasa, ayaq öz-özünə yol getməz.

1 Çünki hər bir peyğəmbərdən sonra ondan sonrakı peyğəmbərə vəhy nazil olurdu. Amma sən peyğəmbərlərin sonuncusu olduğun üçün sənin vəfatından sonra heç kəsə vəhy nazil olmayacaq.

1 Çünki dərk edilmək, əhatə olunmaq, görünmək örtülmək cismin xüsusiyyətlərindəndir.

2 Çünki yaranmış məxluq onu yaradan qədim varlığa möhtacdır. Həmin yaradanın özünün yaranmış olması ya qadir olmaması mümkün deyil. Çünki belə olan surətdə o, yaradan olmağa layiq olmaz.

3 Çünki bənzəri olmaq mümkün varlıq olmağı tələb edir bu xüsusiyyət vacib varlıqda yoxdur. Bu məsələnin bəyanı yüz əlli ikinci xütbənin şərhində keçdi.

1 Onları hikmət əsasında yaradıb onlara təyin etdiyi yaradılış şəriət qanunlarını ədalətlə müəyyənləşdirib.

2 O, ədəd «bir»i deyil ki, azlıq, başlanğıc çox hissə sifətləri ilə vəsf edilsin, bəlkə çoxluğu olmayan onun üçün ikinci fərz edilməyən həqiqi birdir.

3 Düşüncədən, mümkün varlıqlar barəsində etdiyi əhatə etmək fikrə gətirmək işini yaradan barəsində edib-etməməsi hökmünü verməsini istəyib. Düşüncə dilə gəlib deyər ki, Allah düşüncəyə gəlməkdən pak uzaqdır.

1 Xülasə, Allah-təalanın böyüklüyü cisimlərin böyüklüyü kimi deyil ki, O nəhayətə kənara malik olsun çox böyük, uzun enli olsun.

1 Bu səbəbdən, haqq yoldan çıxaraq Allahın qüdrətinin nişanələri haqqında düşünmür Onun nemətlərinin şükrünü yerinə yetirmirlər.

1 Xülasə, varlıqların hər birinin yaradılışındakı fərqlər dəqiqdir onların şəkillərinin müxtəliflik səbəbinin aydınlaşması çətindir. Onların hər birində incə zərif hikmətlər mövcuddur. Qarışqa fil, dağ saman səhra dənizdə olan bütün kiçik böyük varlıqları Hikmət sahibi olan Yaradan hikmət əsasında həmin fərqlər müxtəlifliklərlə yaradıb onların uca Yaradana möhtac olmalarında fərq yoxdur.

2 Bu məxluqatın hər birinin yaradılışının qəribəliyində dərindən fikrə dalıb düşünün onlarda hansı incə hikmətlərin gizləndiyinə diqqət edin ki, bunların hamısı yaradanın olmasına mövcudluğuna dəlildir.

1 Çünki hiss ya ağıl ilə işarə edilən şey məhduddur məhdudluq cismin xüsusiyyətlərindəndir. Birinci xütbənin şərhində bu məsələyə toxunulub.

2 Allah isə yaradılmış deyil. Çünki yaradılmış yaradana möhtacdır möhtaclıq vücudu vacib olan varlıq deyil, mümkün olan varlığın xüsusiyyətlərindəndir. Buna görə Allah-təala zatı ilə tanınmır, bəlkə Onu nişanə əlamətləri ilə tanıyırlar.

3 Çünki başqası ilə var olan məkana möhtacdır möhtac olan hər bir şey mümkün varlıqdır. hər bir mümkün varlıq nəticədir. Buna görə vacib varlığın başqası ilə var olması münasib deyil, əksinə, hər bir şey onun vasitəsi ilə mövcuddur.

4 Çünki O, əzəlidir, zaman isə hadis sonradan yaranmış. Hadis əzəli ilə yoldaş olmaz. Ona görə ki, yoldaşlıq birgə olmağı tələb edir.

1 Buna görə Allah-təaladan başqa hər bir şey barəsində «وُجِدَ هَذا مُنْذُ زَمانِ كَذا» «bu, filan zamandan meydana çıxıb» deyilə bilər.

2 Buna görə hər hansı bir şey barəsində «وَ قَدْ يَكُونُ كَذا» «yaxın keçmişdə belə idi» ya «bəzən belə olur» demək olar.

1Necə ki, Allahdan başqası barəsində «لَوْ لا خالِقُهُ لَما وُجِِدَ» «əgər onu yaradan olmasaydı, o mövcud olmazdı» deyilir.

2 Çünki əgər görünsə, həmin alət vasitələr kimi olar onlar kimi yeni yaranmış başqasına möhtac olar.

3 Çünki cisim hərəkət durğunluqla vəsf edilir. Hər bir cisim isə mürəkkəbdir mürəkkəb hissələrdən ibarətdir.

4 Çünki dəyişmək zavala uğramaq vacib varlığın deyil, mümkün varlığın xüsusiyyətlərindəndir.

5 Çünki bunun nəticəsi yerdəyişmə hərəkətdir ki, o da hadis olmaq yeni yaranmağa dəlalət edir. Buna görə Qurani-Kərimdə deyildiyi kimi Həzrət İbrahim əleyhis-salam ulduz, ay günəşin itməsini batmasını onların Rəbb olmamalarına dəlil gətirir. Ənam surəsinin 76-79-cu ayələrində buyurulur: «فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لا أُحِبُّ الْآفِلِينَ فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِي رَبِّي لَأكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَـذَا رَبِّي هَـذَآ أَكْبَرُ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضَ حَنِيفًا وَمَا أَنَاْ مِنَ الْمُشْرِكِينَ» «(İnsanların bəzilərinin ulduz, ay günəşə ibadət etdikləri dövrdə) gecə qaranlığı İbrahimi bürüdükdə o, bir ulduz görüb (onlar kimi) «bu mənim Rəbbimdirdedi. Ulduz batdıqda isə: «Mən (nəinki ibadət), batanları (heç) sevmirəm» söylədi. (Sonra) doğan ayı görüb dedi: «Bu mənim RəbbimdirAy batdıqda isə: «Doğrudan da əgər Rəbbim məni Özünü tanımağa doğru yönəltməsə mən zəlalətə düşənlərdən olaram», dedi. Elə ki günəşi doğan gördü «bu mənim Rəbbimdir, bu (həcm işıqlılıq baxımından) daha böyükdür» dedi. Günəş batdıqda isə dedi: «Ey camaatım, mən, həqiqətən sizin Allaha şərik qoşduqlarınızdan uzağam. Mən müsəlman olaraq bütpərəstlik şirkdən uzaq olub müşrik olmayan halda göyləri yeri yaradana üz tuturam».

1 Xülasə, Onun hissəsi, xassəsi, bir qismi yoxdur. Eləcə Onunla birgə heç bir şey yoxdur, istər hissə kimi daxilində olsun, istərsə xassə kimi xaricində. Çünki bunların olmasının nəticəsi, Onun tərkibə malik olması, mürəkkəbliyidir bu, vacib varlıqda qeyri-mümkündür.

1 Çünki əgər Ona bənzər təsəvvür etsək, o ya vücudu mümkün olan varlıq olacaq, ya da vacib olan varlıq. Əgər vücudu mümkün olan varlıq olsa, onda o, var olmaq baxımından Ondan sonradır buna görə Onun bərabər bənzəri ola bilməz. Əgər vücudu vacib olan varlıq olsa, bu onun birliyi təkliyi ilə ziddiyyət təşkil edir onun nəticəsi həmin varlığın mürəkkəb olmasıdır. Çünki hər Ona oxşar olsa, iki hissədən ibarətdir, biri birlik, digəri isə fərqlilik cəhətindən. Bütün mümkün varlıqların mənşəyi olan vacib varlığın mürəkkəb olması isə qeyri-mümkündür.

1 Əgər Allah istəməsə, heç kəs nəinki ağcaqanadı yox edə, heç tuta da bilməz. Deyirlər ki: Ağcaqanad yaradılışında fil kimidir, amma onun bədən üzvləri filinkindən çoxdur. Çünki filin dörd ayağı, xortumu quyruğu olduğu halda ağcaqanadın bunlardan əlavə iki ayaq dörd qanadı da var ki, həmin qanadlarla uçur. Filin xortumunun içi boş deşik deyil. Amma ağcaqanadın xortumu deşikdir onu insanın bədəninə batıranda onunla qan içir. Deməli, ağcaqanadın xortumu onun hulqumu yerindədir.

2 Çünki fələklər olmayan təqdirdə məkan da vücuda malik olmur. Hamısının mənası bir olan vaxt, an zaman da fələyin hərəkətinin miqdarından ibarətdir. Buna görə fələk olmayan surətdə zamanın mövcud olması üçün hərəkət yoxdur.

3 Xülasə, hər bir şey yox olacaq, hətta bütün kainat yox olandan sonra qalacağı güman edilən vaxt zaman. İmam əleyhis-salamın «Naqisliklərdən pak uzaq olan Allah dünya məhv olandan sonra tək qalar» cümləsindən sonra olan buyuruqları aşkar şəkildə qiyamətdən qabaq bütün şeylərin zatının yox olacağını bəyan edir. Qurani-Kərimin Ənbiya surəsinin 104- ayəsində buyurulur: «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin