NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə68/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   64   65   66   67   68   69   70   71   ...   85
قَصْع» «qəs’» kəlməsi lüğətdə gövşəmək mənasındadır. Deyirlər ki: Bu xütbənin «Qasiə» adlandırılmasının səbəbi budur ki, İmam əleyhis-salam onu Kufə əhlinə buyurarkən gövşəyən bir dişi dəvəyə minibmiş. Digər bir dəstə isə deyib ki: «Qəs’» lüğətdə təhqir etmək alçatmaq mənasında da gəlib. Buna görə onun bu cür adlandırılmasının səbəbi, o Həzrətin onda şeytanı təhqir etməsi, alçaltması xar etməsidir. Xütbənin adı barəsində digər səbəblər deyilib. Amma həqiqətə ən yaxın nəzər birinci, onların ən gözəli isə ikinci nəzərdir.

2 Necə ki, Qurani-Kərimin Zumər surəsinin 60- ayəsində buyurur: «وَيَوْمَ الْقِيَامَةِ تَرَى الَّذِينَ كَذَبُواْ عَلَى اللَّهِ وُجُوهُهُم مُّسْوَدَّةٌ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْمُتَكَبِّرِينَ» «Qiyamət günü Allaha qarşı yalan uydurub Onun əmrinə tabe olmayanların üzlərini qapqara görərsən. Məgər Cəhənnəmdə təkəbbür göstərənlər itaətsizlik edənlər üçün yer yoxdur?!» Həmçinin Nəhl surəsinin 29-cu ayəsində buyurur: «فَادْخُلُواْ أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا فَلَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ» «Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına (dərinliklərinə dibinə). Təkəbbürlülərin yeri necə pisdir

1 Onların ilahi əmrə tabe olanın nicat tapan, müxalifət edənin isə əzaba düçar olan olmasını bilmələri üçün, onlarla imtahan edib sınayan kəslər kimi davrandı. Yoxsa məqsəd Özünün nəyisə bilmək üçün mələkləri imtahan etməsi deyildi. Çünki bu mənada olan imtahan sınaq Onun barəsində qeyri-mümkündür, necə ki, altmış ikinci xütbənin şərhində bu məsələyə toxunuldu.

2 İmam Rza əleyhis-salam buyurub ki: Şeytanın adı Haris olub. «سُمِّىَ إبْلِيسٌ لِأَنَّهُ أبْلَسَ مِنْ رَحْمَةِ اللهِ» O, Allahın rəhmətindən uzaqlaşdığı üçün İblis adlandırılıb. Qeyd etmək lazımdır ki, alimlər arasında şeytanın cinlərdən, yoxsa mələklərdən olması barəsində fikir ayrılığı mövcuddur. Düzgün nəzər onun cinlərdən olmasıdır. İmamiyyə alimləri bu nəzərdə yekdildirlər. Bu nəzər Şeyx Mufiddən (əleyhirrəhmə) nəql edilib bu barədə sum imamlar əleyhimus-salamdan nəql edilmiş «mütəvatir» hədislər mövcuddur. Qurani-Kərimin özü aşkarcasına bu mənanı təsdiqləyir. Kəhf surəsinin 50-ci ayəsində buyurur: «وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ» «Xatırla ki, bir zaman mələklərə: «Adəmə səcdə edin!»-dedik. Beləliklə, İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən idiAyədəki istisna şeytanın mələklərdən olmasına dəlil deyil. Çünki «o, cinlərdən idi» cümləsi aşkarcasına bu mətləbə dəlalət edir ki, burada Qurani-Kərimin bu barədəki digər yerlərində olan istisna, istisnanın «kəsik» növündəndir. Yəni, istisna olunan şeyin, istisna olunduğu şeylərlə cinsi bağlılığı yoxdur.

1 Necə ki, Qurani-Kərimin Hicr surəsinin 34-35-ci ayələrində buyurur: «قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ وَإِنَّ عَلَيْكَ اللَّعْنَةُ إِلَى يَوْمِ الدِّينِ» «Allah buyurdu: Cənnətdən çıx ki, sən qovuldun sən qiyamət gününə kimi nətlənmişsən».

2 Necə ki, Qurani-Kərimin Sad surəsinin 85-ci ayəsində buyurur: «لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ» «Cəhənnəmi sən insan cinlərdən sənin ardınca gedənlərin hamısı ilə dolduracağam».

1 İmam əleyhis-salamın burada şeytanı mələk adlandırmasının səbəbi onun göylərdə olması mələklərlə qaynayıb-qarışmasıdır.

2 Allahın hökmləri hamı barəsində yeksandır. Buna görə şeytanın adi bir itaətsizliyə görə Allahın dərgahından qovulmasını demək olmaz. Bilmək lazımdır ki, kimliyindən harada olmasından asılı olmayaraq müəyyənləşdirilmiş ilahi vəzifədən boyun qaçıran hər bir kəs Allahın rəhmətindən kənarda qalacaq əzaba düçar olacaqdır.

1 Çünki dünya əhli günah itaətsizlik edərək şeytanın malik olduğu təkəbbürlülük özünü öymək xəstəliyinə düçar oldular. Beləliklə, onun nadanlıq güman əsasında etdiyi iddianı düz çıxartdılar.

2 Xülasə, şeytan onun qoşunu pis işlərə əmr edən nəfsin istəklərini günahları sizin gözünüzdə gözəlləşdirərək sizi bədbəxtlik tələsinə salıb əzaba sövq edir.

1 Buna görə siz təvazökarlığı öz qoşununuz edərək onlarla vuruşun.

1 Qardaşının ölməsi nəticəsində avara-sərgərdan qaldı. Peşmançılıqdan məqsəd onun qardaşını öldürməsindən peşman olması deyil. Çünki əgər qardaşını öldürdüyü üçün peşman olmuş olsaydı, bu, onun etdiyi günahdan tövbəsi olardı əzabda qalmazdı.

2 Necə ki, Qurani-Kərimin Maidə surəsinin 31-32-ci ayələrində buyurur: «فَأَصْبَحَ مِنَ النَّادِمِينَ مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا» «(Qabil Habili öldürəndən sonra) peşman olmuşdu. Buna görə İsrail oğullarına hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur

3 Ola bilər ki, İmam əleyhis-salamın burada bu cümlədən məqsədi ümmətin Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) vəfatından sonra onunla müxalifət etməsi ya Şam əhli Müaviyənin tərəfdarlarının o Həzrətlə rəftarıdır.

4 Öyünmək məğrurluğu onların gözündə yaxşı göstərib beləliklə, onlar təkəbbürlülük ucbatından peyğəmbərləri təkzib ediblər düz yola gəlməyiblər.

1 Birinə «sən əcəmsən, yoxsa ərəb; yaxud xorasanlısan, yoxsa tehranlıdemələri kimi ki, bu cür nisbətlər əslində insana deyil, Allaha şamil olur. Çünki həmin şəxsin əcəm ya xorasanlı olmasında o özü günahkar deyil.

2 Dünyada onlardan az paya malik olmaları təqdir edilmiş kimsələri xar həqir hesab etdilər Allahın onlara əta etdiyi nemətlərlə yoxsullara kasıblara təkəbbür göstərdilər. Halbuki bu, insafsızlığın son həddidir. Çünki onların hər biri öz payını qismətini əldə edib. Xalq hörmət göstərərək onu böyük, başçı rəhbər adlandırır, amma o özünə gəlmir başa düşmür ki, Allah bu nemətləri ona imtahan sınaq üçün verib.

3 Necə ki, cahiliyyət dövrünün ərəbləri öz qəbilələri, ataları başçıları ilə fəxr edir, öyünürdülər müharibə zamanı onları adları ilə çağırırdılar. Deməli, onlar müharibə qılıncları kimi idilər. Bunlar da təkəbbür məğrurluqlarına görə fitnə çaxnaşma qılıncları kimidirlər.

4 Çünki nankorluq naşükürlük eləcə paxıllıq nemətin zavala uğramasına səbəb olur. Onlar paxıla ona görə oxşadılıblar ki, paxıl nemətin başqasının əlindən çıxmasını istədiyi kimi, sanki onlar da Allahın neməti müqabilində nankorluq olan məğrurluq itaətsizliklə özlərinə paxıllıq edirlər Allahın lütf ehsanının zavala uğramasını istəyirlər.

5 Həqiqi din imanın bayrağı altında əldə etdiyiniz səadət, xoşbəxtlik asayişinizi əldən çıxararaq zahirdə İslam donu geyinmiş kimsələrə tabe olmaq nəticəsində fitnə, çaxnaşma, qan axıdılması bədbəxtliyə düçar oldunuz buna görə həmişə narahat nigaransınız.

1 Fironun bu cür danışmasının səbəbi Şeyx Təbərsinin (rəhiməhullah) «Məcməul-bəyan» kitabında dediyi kimi, bu idi ki, həmin dövrdə birini ağa başçı təyin edəndə onu qızıl bilərzik boyunbağı ilə bəzəyirdilər.

2 Çünki hər kim bu cür nemət, dəbdəbə qüdrət ilə Allah tərəfindən bəndələrə göndərilsəydi, heç kəs onun göstərişindən boyun qaçırmazdı hamı tam təvazökarlıqla onun buyruqlarını yerinə yetirərdi. Belə olan surətdə gerçək itaətkar həqiqi günahkar tanınmaz savab cəza layiqincə öz yerini tutmazdı.

3 Çünki belə bir peyğəmbərə tabe olmaq, sınanmışların savab mükafatının nəsib olmasına səbəb olan imtahan yolu ilə deyil, tamah, hərislik ya qorxuya görədir.

1 Çünki hərislik qorxu üzündən olan İslam, iman təvazökarlıq bu adlarla adlanmalarına baxmayaraq, həqiqi olmadıqları üçün mənaları ilə uyğun gəlmirlər. Buna görə Allah peyğəmbərləri bu cür böyüklük, dəbdəbə qüdrət ilə göndərməyib.

2 Hər hansı bir düşüncə sahibi onların barəsində fikirləşsə, görər başa düşər ki, onlar digər yoxsullar kimi dünya nakamlıqlarından qəm-qüssədə deyildirlər, bəlkə qəlbləri qane olmaq razılıqla güclü zəngin olan həqiqi varlılardırlar. Həmçinin hər kim onların pərişan hallarını görür eşidirdisə, zahirdə pərişan, dağınıq möhtac göründükləri üçün kədərlənirdi.

1 Alim öz elmi yoxsul öz kasıblığı ilə şeytanın hiylələrindən olan bu çirkinliklərdən qurtula bilmir. Onda nadan varlı necə xatircəm ola bilər?

2 Xülasə, onların təəssübkeşləri əslində səhv olan səbəb dəlilə əsaslanırdı onlar nadanlıq ağılsızlıqları ucbatından özlərinin zahirdə düz doğru olmalarını güman edirdilər.

1 Qurani-Kərimin Səbə surəsinin 34-35-ci ayələrində deyildiyi kimi: «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin