NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə69/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   65   66   67   68   69   70   71   72   ...   85
وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا بِمَا أُرْسِلْتُم بِهِ كَافِرُونَ وَقَالُوا نَحْنُ أَكْثَرُ أَمْوَالًا وَأَوْلَادًا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ» «Biz hər hansı bir məmləkətə qorxudan bir peyğəməbər göndərdiksə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: «Biz sizinlə göndərilənləri inkar edirikdedilər.

2 Allah bizi dünyada saysız-hesabsız nemətlərdən bəhrələndirdiyi kimi axirətdə bizə əzab verməyəcəkdir. Xülasə, siz Kufə əhalisi hansı dəlil sübuta əsasən təəssübkeşlik edir, təkəbbür göstərirsiniz? Bəlkə siz şeytan kimi öz yaradılışınızı daha üstün hesab edirsiniz? Yoxsa zənginliklər naz-nemət içində yaşayan kimsələr kimi öz var-dövlət övladlarınızla öyünürsünüz?

1 Onların hörmətli olmalarına, düşmənin dəf olmasına, salamat asudə qalmalarına, nemət rahatlığa layiq görülmələrinə birlik ipinin möhkəmlənməsinə səbəb olan bunlardır.

1 Elə bir məqam dərəcəyə çatdılar ki, onu heç zehnlərindən belə keçirməmişdilər. Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 47-ci ayəsində buyurulur: «يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ» «Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətlərimi sizi (zamanınızda olan) bütün insanlardan üstün etdiyimi yadınıza salınOnların üstünlükləri dənizi onlar üçün yarması, onları fironçuların əlindən xilas etməsi, düşmənlərini məhv etməsi, şəhər mal-dövlətlərini özlərinə qaytarması, onlara «Tövrat»ı nazil etməsi digər nemətlər idi.

1 Çünki ilahi hikmət günahkarların əzablarının təxirə düşməsini tələb edir ki, yaxşılar tövbə edərək pis əməllərdən qayıtsınlar zalımlar öz bədbəxtliklərini daha da aşkar etsinlər.

1 Məqsəd Nəhrəvan Xəvaricinin başçılarından biri olmuş Sərmələ ya Zussudəyyə ləqəbli Hurqus ibn Züheyrdir. Ona bu ləqəbin verilməsinin səbəbi bir əlinin arvadların döşləri kimi olmasıdır. Bəziləri onun ləqəbini Zülyudəyyə oxuyublar, yəni, bir əli kiçik olan.

2 «رَدْهَة» «Rədhə»nin lüğətdə mənası dağda ya sərt daşda yağış suyu yığılan çuxurdur. İmamın onu şeytan adlandırmasının səbəbi həmin şəxsin özünün azğın olması azğın insanların başçısı olmasıdır. Onun Rədhəyə nisbət verilməsinin səbəbi isə budur ki, İmam əleyhis-salam Nəhrəvan Xəvarici ilə müharibəni qurtardıqdan sonra onu ölülər arasınıda tapmaq istəyir. Çox axtarışdan sonra onu bir çuxura düşmüş tapır. Xütbənin ərəb dilindəki əslində işlənmiş vahiməli qorxunc mənasını verən «صَعْقَة» «» kəlməsindən məqsəd isə rəvayətdə nəql edilmiş bu mənadır ki: O Həzrət Xəvaric ilə qarşı-qarşıya gələndə bir nərə fəryad qoparıb Zussudəyyə qorxub qaçanlardan biri olub. Sonradan onun cəsədi bir çuxurun içindən tapılıb. Bəziləri deyiblər ki, Allah onu ildırım ilə öldürüb. Bəziləri isə deyiblər ki, o Həzrət Zussudəyyəyə bir qılınc vuran kimi o özündən gedərək ölüb. Digər bir dəstə isə deyib ki: Rədhə şeytanı şeytanın övladlarından biridir. Başqa birisi isə deyib ki: Rədhə cinlərin şeytanıdır. Lakin İmam əleyhis-salamın kəlamının zahirinə onun deyilmə məqamına diqqət etdikdən sonra bu nöqtə məlum olur ki, Rədhə şeytanından məqsəd xəvaricin başçılarından biridir o, o Həzrətin nərəsindən qorxub qaçıb meyidi çuxurdan tapılıb. Daha yaxşısını isə Allah bilir.

1 Çünki İmamiyyə alimlərinin yekdil nəzərinə əsasən o Həzrət, Həzrət Zəhra onların on bir övladının hamısı (onların hamısına Allahın salamı olsun) sumdurlar onlardan qəsdən, səhvən, böyük, kiçik günah baş verməz.

2 Rəvayətlərdən məlum olur ki, həmin mələk Cəbrail Mikaildan da böyük olan Ruhulqudsdur. O həmişə Həzrət Peyğəmbərlə bir yerdə olub ondan sonra da pak imamlar əleyhimus-salamlarladır.

3 Mən gecə-gündüz, aşkar gizlində o Həzrətlə bir yerdə olurdum heç vaxt ondan ayrılmırdım. İbn Əbil Hədid öz şərhində yazır: Fəzl ibn Abbas deyir: Atamdan soruşdum ki: Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) oğlanlarından hansını daha çox istəyirdi? Dedi: Əli ibn Əbu Talibi. Dedim: Mən səndən onun oğullarını soruşuram. Dedi: Onu oğlanlarının hamısından çox istəyirdi. Əli əleyhis-salamın uşaqlıqdan bir gün belə o Həzrətdən ayrılmasını görməmişəm, Xədicə üçün səfərə getdiyi vaxt istisna olmaqla! Mən oğluna Peyğəmbərin Əliyə mehribanlığından artıq mehriban olan ata həmçinin atasına Əlinin Peyğəmbərə tabeçiliyindən artıq tabe olan oğul görməmişəm.

1 Həmin gün Həzrət Peyğəmbər, Xədicə məndən başqa bir müsəlman yox idi. Bu cümlə tam aşkar şəkildə İmam əleyhis-salamın o Həzrətə ilk iman gətirən İslamı qəbul edən kişi olmasına dəlalət edir. Bu kəlamın bənzəri, o Həzrətin yüz otuz birinci kəlamdakı buyuruğudur ki: «اللّهُمَّ إنِّى أوَّلُ مَنْ أنابَ وَ سَمِعَ وَ أجابَ لَمْ يَسْبِقْنِى إلّا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَ الِهِ بِالصَّلاةِ » Allahım, mən haqqa çatan,onu eşidən qəbul edən ilk kimsəyəm; namaz qılmaqda Allahın Peyğəmbərindən (səlləllahu əleyhi alih) başqa heç kəs məndən qabağa düşməyib.

2 Bu vəhy nazil olduqdan sonra insanların azğınlıq zəlalətdən çıxıb ona tabe olmayacaqlarını bildiyi üçün naümid olub nalə fəryad qoparır.

1 Məqsəd Bədr adlandırılan quyudur ki, Məkkə ilə Mədinənin arasında yerləşir Mədinəyə daha yaxındır. Bədr müharibəsində öldürüldükdən sonra quyuya atılanlar içərisində Rəbiənin iki oğlu Utbə Şeybə, Üməyyə ibn Əbd Şəms, Əbu Cəhl Vəlid ibn Muğeyrə var idi.

2 Xəndək fitnəsində müsəlmanlarla vuruşacaq kimsə var. Ordan-burdan qoşun toplayaraq Mədinəni mühasirə edənlər arasında Əbu Süfyan, Əmr ibn Əbduvəd, Səfvan ibn Üməyyə, Əkrəmə ibn Əbu Cəhl Səhl ibn Əmr var idi. Xəndək Mədinənin qala divarı ətrafında həmin müharibə üçün qazılmış bir çuxur idi.

1 Mədinənin dəniz tərəfdən kənarındakı yer adıdır.

2 Çünki Osmanı mühasirəyə alanlar uca səslə xilafəti Əmirəl-mömininə nisbət verirdilər. Osman belə güman edirdi ki, onun mühasirəyə alınmasına xalqı o Həzrət təhrik edir. Buna görə o Həzrətin Mədinədən xaric olmasını istədi ki, bəlkə camaat da onun evinin ətrafından dağılışaraq o Həzrətlə gedər o, evdən çıxıb bir çarə qıla bilər.

3 Bundan qabaq bir dəfə o Həzrətin Yənbuya getməsini istəmişdi. Həzrət gedəndən sonra, onun Mədinəyə qayıdaraq ona kömək etməsini istəmişdi. İndi bir daha Yənbuya getməsini istəyirdi.

1 Harada o Həzrətdən bir nişanə əldə etsəydim, ora gedib onu axtarırdım ki, nəhayət, Mədinəyə cənub tərəfdən yaxın olan Quba adlı yerdə onun hüzuruna çatdım. Birlikdə Mədinəyə Əbu Əyyub Xalid ibn Yezid Ənsarinin evinə getdik.

2 Metaforanın mənası insanın bir kəlməni aşkar şəkildə dəlalət etmədiyi bir məna üçün istifadə etməsidir. Necə ki, İmam əleyhis-salam burada buyurur: «Hər addımı onun fikri ilə atırdım». Bu cümlə hər yerdə o Həzrətin sorağında olmaq, onun arxasınca getmək ayağını bir addım belə kənara qoymamaq barəsində metaforadır.

1 Xülasə, onlar nadan yaxşı əməllərdən uzaq insanlardırlar. Onlar xilafətin öz aralarında olmasına dinin, xalqın ölkənin işlərinə dəxalət edərək başçı olmağa layiq deyildirlər.

2 Adı Abdullah ibn Qeys olan Əbu Musa Əşəri qanmazlıq nadanlıq, eləcə İmam əleyhis-salamla düşmənçilik səbəbindən həmin işi gördü. Onun İmam əleyhis-salamla düşmənçiliyinin səbəbi isə, o Həzrətin Əşərini Osmanın zamanında işlədiyi Kufənin valisi vəzifəsindən azad etməsi idi.

1 Çünki nəfsi istəkləri əsasında danışır buna görə haqqı şəkk-şübhə güman edir. Belə bir şəxsi nəinki hakim təyin etmək, heç ona etimad etmək olmaz.

1 Bütün dövrlərdə bir çox insanlar müxtəlif elmləri əldə edir, məclis yığıncaqlarda kamal nümayiş etdirərək özlərini başqalarından üstün onlara başçı hesab edirlər. Amma onların əməlləri sözləri ilə bir deyil. Eyb nöqsan sifətlərdən pak uzaq olan Allah hamını qəflət yuxusundan oyatsın elminə əməl etməkdə müvəffəq etsin.


1 Onlar Osmana nəinki heç vaxt öyüd-nəsihət vermirdilər, əksinə, həmişə fətnə-fəsad yaratmaq fikrində idilər. Buna görə camaatı yaxın-uzaq yerlərdən toplayaraq onu öldürməyə həvəsləndirirdilər. Belə ki, Zübeyr deyirdi: Onu öldürün, o, sizin dininizi dəyişdirib. Osman öz evində mühasirədə olarkən belə deyirdi: Vay olsun Təlhəyə! Mən ona hər cür hörmət etdim, o isə indi mənim qanımı tökmək fikrinə düşüb.

2 O, Osman beytülmalı ancaq öz qohum-əqrəbası arasında bölüşdürdüyü üçün özündən çıxdı camaatı onu öldürməyə vadar edərək dedi: «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin