Nəqliyyatda yükəmə-boşaltma işlərinin təşkili – 2” fənni ybm, onların təsnifatı. Ybm-nin məhsuldarlığı və ona təsir edən amillər


Konteynerlərin tipləri və əsas parametrləri



Yüklə 0,71 Mb.
səhifə10/19
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#107821
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
Konteynerlərin tipləri və əsas parametrləri

Konteyner yükü nəql etmək üçün, ölçüləri və möhkəmlik xarakteristikası tam standartlaşdırılmış tutumdur. Yüklərin konteynerlərdə daşınması yük əməliyyatlarına maya dəyərini 2 dəfədən çox aşağı salmağa, taraya olan xərcləri azaltmağa, əməyin məhsuldarlığını 4-5 dəfə artırmağa, YBİ-ni kompleks mexanikləşdirməyə və avtomatlaşdırmağa imkan verir. Konteyner nəqliyyat sistemi (KNS) konteynerlərdə və konteynerlərə yüklənən paketlərdə yüklərin daşınmasının planlaşdırılmasının vahid sisteminə, konteyner və xüsusi hərəkət tərkibi parklarının tənzimlənməsinin və konteyner axınının səmərəli təşkilinə, daşımaların vahid iqtisadi və hüquqi – kommersiya tənzimlənməsinə, bütün texniki vasitələrin kompleks inkişafına əsaslanır.

Təyinatına görə konteynerlər universal və ixtisaslaşdırılmış konteynerlərə bölünür.

Universal konteynerlərdə ədədi və paketləşdirilmiş yüklər nəql olunur. İxtisaslaşdırılmış konteynerlər bir yükün və ya fiziki-kimyəvi xassələrinə görə eynitipli yüklərin müvəqqəti saxlanmasına və müxtəlif nəqliyyat növləri ilə daşınmasına xidmət edir.

B rutto kütləsi 5 tona qədər olan universal konteynerlər yüklərin xırda göndərişlərlə daşınması üçün daha səmərəlidir. Xüsusi iti tonnajlı konteynerlər aşağıdakı qruplara bölünür: üstü bğlı konteynerlər; üstü açıq konteynerlər; konteyner-platformalar; konteyner-sisternalar; izotermik konteynerlər və s. Dəmiryol nəqliyyatında geniş tətbiq olunan universal konteynerlərin əsas parametrləri cədvəldə verilmişdir.

Həcmi kütləsi 1,8 t/m3qədər olan, yapıxmayan və ya zəif yapıxan səpələnən yüklər üçün brutto kütləsi 1,25; 2,5; 3,2; 5; 10; 15,5; 20 t olan lükları damında yerləşən bağlı paralelepiped və ya silindrik formalı konteynerlər tətbiq olunur. Çox yapıxan və donan, həcmi kütləsi 1,8 t/m3-dən çox olan səpələnən yüklər brutto kütləsi 3,2; 5; 10; 15,5 t olan kəsik konus formalı açıq və ya bağlı konteynerlərdə daşınır. Konteynerlər ayrı-ayrı platformalarda və konteyner məntəqələri arasında hərəkət edən xüsusi qatarlarda daşınır.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin