Nizami Gəncəvi



Yüklə 226,81 Kb.
səhifə8/28
tarix03.01.2022
ölçüsü226,81 Kb.
#42865
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




b b b b b



2011-ci il sentyabrın 26-da XII əsr intibahının parlaq zəkası, söz sənətinin əbədiyaşar nümayəndəsi, Azərbaycan xalqının mütəfəkkir oğlu, filosof-şair dahi Nizami Gəncəvinin anadan olmasının 870 ili tamam olur. Azərbaycan xalqı böyük qürur hissi ilə ölməz söz ustadının 870 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Azərbaycanın bütün şəhərlərində o cümlədən Nizami Gəncəvinin doğma vətəni Gəncə şəhərı də şairin yubileyini onun adına layiq keçirmək üçün geniş tədbirlər planı hazırlayıb və bu istiqamətdə hazırlıq işlərini həyata keçirir.

Gəncə şəhər MKS-nin kollektivi Nizami ədəbi irsini layiqincə təbliğ məqsədilə silsilə tədbirlər planı hazırlayıb. Yekun olaraq kitab bayramı keçiriləcək..

Bütün aləmləri idrakının və hissiyyatının dinamik gücü ilə çox asanlıqla fəth edən parlaq, ensklopedik zəka sahibi, ulu mütəfəkkir, bütün elmlərin kilidlərinə işıqlı fəhminin açarını salan böyük Nizami Gəncəvinin sənət dünyasının hüdudları o qədər sonsuzdur ki, neçəki insanlıq mövcuddur və hətta neçə-neçə yüz illər, min illər bundan belə irsi araşdırılacaq , təbliğ olunacaqdır.

Şairin bəşəriyyətə bəxş etdiyi sənət incilərini təbliğini təmin etmək məqsədi ilə kitabxanalar tədbirlər planı hazırlamalıdır.Respublikanın müxtəlif bölgələrində, o cümlədən Gəncədə silsilə tədbirlər keçiriləcəkdir.
Gəncə MKS-nin şöbə və filialları bu yubileylə əlaqədar kitabxanalarda müxtəlif tədbir formalarından: kitab sərgiləri, oxucu konfransı. ədəbi-bəddi gecə, kitab müzakirəsi, şer gecəsi ,kitab xülasəsi,sual-cavab gecəsi,söhbət,biblioqrafoq icmalalrdan istifadə etməlidirlər. Bu tədbirlərin keçirilməsində məqsəd Azərbaycan poeziyasının korifeyi haqqında müasir oxucunu daha da məlumatlandırmaqdan ibarətdir.



Yüklə 226,81 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin