Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə61/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   91

Bildirişlər


1. Dəlillər qəbul olunmadıqdan sonra növbə Allahın qəhr-qəzəbinə çatır. Bu iş Musaya (ə) köç əmri və fironçuların təqibi ilə başlayır, onların qərq olması ilə başa çatır.

2. Peyğəmbərin bütün hərəkətləri, hətta hicrətin vaxtı belə, vəhy əsasındadır.

3. Fironla mübarizə üçün gecənin qaranlığından da istifadə edin.

4. Ya pozğun cəmiyyəti islah edək, ya da oradan uzaqlaşaq.

5. Peyğəmbərlərin işi təkcə öyüd-nəsihət deyil. Böyük inqilablar və bu inqilablara rəhbərlik peyğəmbərlərin növbəti işlərindəndir.

6. Nəhy əz münkər (pisliyə qadağa) mərhələlərindən biri günahkar cəmiyyətdən hicrətdir.

7. Allah Öz bəndələrini təhlükədən qurtarır.

8. Zalım hakimlər şəhərlərdə şayiələr yayır, təbliğat aparırlar.


Ayə 54, 55, 56:


﴿إِنَّ هَؤُلَاء لَشِرْذِمَةٌ قَلِيلُونَ وَإِنَّهُمْ لَنَا لَغَائِظُونَ وَإِنَّا لَجَمِيعٌ حَاذِرُونَ﴾

(Fironçuların Musa və onun tərəfdarları haqqında təbliğatı bu idi ki,) həqiqətən, bunlar kiçik bir dəstədir, bizə qarşı qəzəblidirlər, amma biz hamımız müdafiəyə hazırıq.”


Ayə 57-58:


﴿فَأَخْرَجْنَاهُم مِّن جَنَّاتٍ وَعُيُونٍ وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ﴾

Buna görə onları bağlardan və çeşmələrdən çıxardıq, xəzinələrdən və közəl məskənlərdən uzaqlaşdırdıq.”


Ayə 59-60:


﴿كَذَلِكَ وَأَوْرَثْنَاهَا بَنِي إِسْرَائِيلَ فَأَتْبَعُوهُم مُّشْرِقِينَ﴾

(Bizim tədbirimiz) belə oldu ki, Bəni-İsraili onlara varis qərar verdik. Günəş doğan vaxt Firon qoşunu onları təqibə başladı.”



Nöqtələr


●“Şirzimə” sözü kökündən ayrılmış məhdud dəstə mənasını bildirir. Firon öz təbliğatında müxaliflərini kiçik dəstə kimi tanıtdırırdı. Amma İbn-Abbas tərəfindən rəvayət olunur ki, Həzrət Musa (ə) ilə birlikdə yola düşənlərin sayı 600000 nəfərə yaxın idi. Firon isə bu cəmiyyəti kiçik dəstə adlandırırdı.1

●“Hazirun” dedikdə müdafiə vasitələri nəzərdə tutulur. “İnna ləcəmiun hazirun”, yəni biz hamımız intiqama hazırıq və silahlıyıq.

●Fironçular təbliğatlarında özlərini yekdil, Bəni-İsraili kiçik dəstə kimi tanıtdırırdılar. Yəni onlar pərakəndə dəstələrdən ibarətdir və biz tezliklə onları darmadağın edərik. Onlar xəbərsiz idilər ki, nəzərdə tutduqları qrup həzrət Musanın (ə) bir işarə və göstərişi ilə hamılıqla hicrət etmişdir.

Bildirişlər


1. Zalım qüvvələr xalq hərəkatlarını əhəmiyyətsiz sayırlar.

2. İctimai fikri çaşdırmaq zalımların qaydasıdır.

3. Zalım hakimlər bilsinlər ki, nifrətə tuş gəlmişlər.

4. Zalımlara qarşı kin və qəzəb, eləcə də onlardan uzaqlıq Allaha iman şərtidir.

5. Saraylar əbədi deyil, zülm süqutun açarıdır.

6. Fironçular Misirdə mədəniyyət sahibi idilər.

7. Təkəbbürlülərin yerində haqqı tapdanmışları varis etmək ilahi sünnələrdəndir.

8. Fironçuların var-dövləti, sarayları və bağları Bəni-İsrailə çatdı.

9. Fironçuların Bəni-İsraili təqib etməsi onları qərq etmək üçün nəzərdə tutulmuş ilahi tədbir idi.

Ayə 61:


﴿فَلَمَّا تَرَاءى الْجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسَى إِنَّا لَمُدْرَكُونَ﴾

İki dəstə bir-birini gördüyü vaxt Musanın (ə) yaxınları dedilər: “(Biz tələyə düşdük) Onlar bizi ələ keçirəcəklər.”


Ayə 62:


﴿قَالَ كَلَّا إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِ﴾

Musa onlara dedi: “Elə deyil, həqiqətən, Rəbbim mənimlədir və məni hidayət edəcək.”



Nöqtələr


●“Təra” sözü bir-birini görmək, “cəman” sözü iki qrup, dəstə mənasını bildirir.

●“Bəni-İsrail” əvəzinə “Musanın (ə) əshabı” təbirinin işlədilməsi, hətta Musanın (ə) yaxınları arasında dəryanın yolu kəsməsi və Firon qoşununun təqibi ilə bağlı narahatçılığa işarə ola bilər.

●Hər bir hərəkat, qiyam və qərar üçün tanışlıq və bəsirətə ehtiyac olsa da, elə ilk addımda bütün mərhələlərdən xəbərdarlıq zəruri deyil. Musa (ə) qarşısında dəryanı, arxasında düşməni gördüyü vaxt nə baş verəcəyindən xəbərsiz idi. Amma o daim Allahın hidayətinə inanırdı.

Bildirişlər


1. Səmavi rəhbərlər böhranlı vaxtlarda həm özləri aram olur, həm də başqalarına aramlıq verirlər.

2. Allahın vədlərinə əmin olaq. (15-ci ayədə Allah Musaya (ə) vəd verirdisə, hazırkı ayədə Musa (ə) xalqa Allahın vədini xatırladır.)

3. Düşmənlə qarşılaşan zaman məyus olmayın, Allaha təvəkkül edin. (Hətta qarşıda dərya, arxada düşmən qoşunu dayanmışsa da!)

4. Peyğəmbərlər ilahi feyz və rəhmət vasitəsidirlər. (Nəzərdə saxlayaq ki, peyğəmbərin hidayəti xalqın hidayəti üçün vasitədir.)

5. Peyğəmbərlər Allahın xüsusi himayəsi altındadırlar.

6. Hidayət rübubiyyət şənlərindəndir.



Ayə 63-64:


﴿فَأَوْحَيْنَا إِلَى مُوسَى أَنِ اضْرِب بِّعَصَاكَ الْبَحْرَ فَانفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِ وَأَزْلَفْنَا ثَمَّ الْآخَرِينَ﴾

Musaya vəhy etdik ki, əsanı dənizə vur. Dəniz yarıldı və hər parası böyük bir dağ kimi dayandı. Sonra digər dəstəni (Fironun qoşununu) oraya yaxınlaşdırdıq.”


Ayə 65-66:


﴿وَأَنجَيْنَا مُوسَى وَمَن مَّعَهُ أَجْمَعِينَ ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ﴾

Musa və onunla olan hər kəsi hamılıqla xilas etdik. Sonra o biri dəstəni suda batırdıq.”


Ayə 67-68:


﴿إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

Əlbəttə, bu macərada aydın bir nişanə var. Onların çoxu isə iman gətirən deyildi. Həqiqətən, sənin Rəbbin yenilməz və mehribandır.”



Nöqtələr


●“İnfilaq” dedikdə parçalanma, “firq” dedikdə para, “təvd” dedikdə dağ mənası anlaşılır. Dəniz kimi böyük Nil çayının parçalanması nəticəsində su onun iki sahilində toplanıb dağ kimi ucaldı.

Bildirişlər


1. Peyğəmbərlərin işi Allahın iradəsi və ilahi vəhyə əsaslanır.

2. Allah bəzi işləri övliyaların əli ilə görür ki, xalq onlara diqqət yetirib itaət göstərsin. (Bəli, təbiət və onun görüntüləri Allahın iradəsi ilə xüsusi bəndələrin ixtiyarına verilir.)

3. Allahın iradəsi ilə bir gün əsa əjdahaya dönür və düşmənləri qorxuya salır. Başqa bir gün həmin əsa möminlərə rəhmət və onlara yol açılması üçün vasitə olur.

4. Allahın iradəsi ilə eyni bir əsa bəzən daşdan su çıxmasına, bəzən dəryanın qurumasına səbəb olur.1

5. Bütün varlıq aləmi və ondakı hərəkətlər Allahın iradəsinə bağlıdır.

6. Qurtuluş peyğəmbərlərlə yoldaşlıq sayəsində əldə olunur.

7. Allah Öz dostlarını ən çətin şəraitdə belə çıxılmaz vəziyyətdən qurtarır.

8. Dənizin yarılması və fironçuların suda batması ilahi qüdrət və qəhr-qəzəb nişanəsi, öyüd-nəsihət səbəbidir.

9. Haqqa yardım və batilin məhvi tarix boyu cərəyanda olan ilahi sünnədir. Bəli, bir hadisə o zaman əlamət və ibrət olur ki, onun oxşarı tarix boyu təkrarlanmış olsun.

10. Allah keçmişdəkilərin tarixini bəyan etməklə İslam Peyğəmbərinə (s) təsəlli və səbir dərsi verir.

11. Az adamlar öyüd-nəsihəti qəbul edir.

12. İslam Peyğəmbəri (s) Allahın xüsusi himayəsi altındadır. (Peyğəmbərə (s) xitab olunur ki, Musanın (ə) müxaliflərini məhv etdiyimiz kimi sənin də müxaliflərini məhv etməyə qadirik.)

13. İnsanların küfrü Allahın yenilməzliyinə zərər vurmur.

14. Tərbiyəçi həm qüdrətli, həm də mehriban olmalıdır.

15. Allahın kafirlərə verdiyi möhlət Onun zəifliyindən yox, mehr-məhəbbətindən qaynaqlanır. Möhlət verməkdə məqsəd kafirlərin tövbə qılmasıdır.

Ayə 69-70:


﴿وَاتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَاهِيمَ إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا تَعْبُدُونَ﴾

(Ey peyğəmbər!) Onlara İbrahimin əhvalatını danış. O zaman ki, atasına (əmisi Azərə) və qövmünə dedi: “Nəyə pərəstiş edirsiniz?”


Ayə 71, 72, 73:


﴿قَالُوا نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَاكِفِينَ قاَلَ هَل يَسمَعوُنَکُم إذ تَدعوُنَ أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ﴾

Onlar dedilər: «Daim yanında olduğumuz bütlərə pərəstiş edirik.» İbrahim dedi: «Onları çağırdıqda sizi eşidirlərmi? Yaxud sizə xeyir verib, ziyan yetirirlərmi?»


Ayə 74, 75, 76:


﴿قَالُوا بَلْ وَجَدْنَا آبَاءنَا كَذَلِكَ يَفْعَلُونَ قَالَ أَفَرَأَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ أَنتُمْ وَآبَاؤُكُمُ الْأَقْدَمُونَ﴾

Bütpərəstlər dedilər: «(Xeyr,) biz atalarımızın belə etdiyini gördük.» İbrahim dedi: «Pərəstiş etdiyinizə (dərindən) baxırsı-nızmı? Siz və sizin öncəki ata-babalarınız (diqqət ediblərmi)?»




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin