Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə78/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   91

Nöqtələr


●Bəziləri bildirirlər ki, ayədə haqqında danışılan hud-hud quşu xüsusi bir quşdur. Onun xüsusiliyi insanları və insanların əqidələrini tanımasıdır. Bu barədə növbəti ayələrdə danışacağıq.1

●Əbu Hənifə İmam Sadiqdən (ə) soruşdu: “Nə üçün həzrət Süleyman yalnız hud-hud haqqında soruşdu?” İmam buyurdu: “Çünki biz şəffaf qabda yağı gördüyümüz kimi hud-hud yerin dərinliyində suyu görürdü.”2

●Bəziləri hud-huda vəd olunan cəzaları sadalamışlar: cütündən ayrılıq, qanadlarının yolunması, gün altında saxlamaq, saraydan rədd olunma, düşmənlə bir qəfəsdə yerləşdirilmə.2

Bildirişlər


1. Tabeçilikdə olanları yoxlamaq, onların işini nəzərdən keçirmək, vəziyyətləri ilə maraqlanmaq İslam, əxlaq, toplum, tərbiyə və idarəçilik üsullarındandır.

2. Böyük işlər diqqətinizi kiçik işlərdən yayındırmasın.

3. Tələsik mühakimə yürüdüb tabeçiliyinizdə olanları ittiham etməyin. Onların siz bilmədiyiniz üzrləri ola bilər.

4. Rəhbərlik üçün iti baxış, diqqət və hökm lazımdır.

5. Hakim və qazinin xüsusi səciyyələri olmalıdır: məhəbbət və diqqət, təvazö, günahkara qarşı qətiyyət, müttəhimə fürsət vermək.

6. Qüvvələrə yaxından və uzaqdan dəqiq nəzarət təşkilati işlərdə zəruri şərtdir. Necə ki, səbəbsiz yerə göstərişdən çıxmaq və tapşırılmış mövqeyi tərk etmək bağışlanmaz günahdır.

7. Azğın heyvanı tənbeh etmək olar.

8. Heyvan tənbehi dərk edir.

9. Bir quşun yerində tapılmaması bu qədər ciddi qarşılanırsa, daim öz yerində olmayan bizlərin işi necə olacaq?!

10. Peyğəmbərlər həm qanun gətirir, həm də onu icraya qoyur.

11. Günahkarları cəzalandırarkən çıxılmaz vəziyyətə düşməmək üçün müxtəlif cəzalar nəzərdə tutulmalıdır.

12. Həm qətiyyət göstərmək, həm də üzrü qəbul etmək lazımdır.

13. Müdiriyyət və təşkilatçılıqda səhlənkarlıq qadağandır. (Üç cümlədə “lam” hərfinin mövcudluğu qətiyyət göstəricisidir.)

14. Nizamı qorumaq və azğınlara dərs vermək üçün kiçik günaha ağır cərimə qoya bilərik.

15. Müttəhimi özünü müdafiə etmək imkanından məhrum etməyin.

16. Heyvanların elə bir şüuru var ki, öz işləri üçün dəlil gətirə bilirlər.

17. Məntiq və dəlil qarşısında hətta Süleyman hud-huda təslim olur.

18. Təşkilatda hər bir iş və məsuliyyət üçün hökm və icazə lazımdır.

19. Hesabı təmiz olan kəs təftişdən qorxmur.

20. Heyvan insanın yetişmədiyinə yetişə bilər.

21. Gəzinti və səyahət yeni məlumatlar əldə etmək üçün vasitədir.

22. Söz azadlığı salehlər hökumətinin səciyyələrindəndir.

23. Elm və bilik yaşdan, cinsdən və formadan asılı deyil.

24. Peyğəmbərlər də Allahın müdiriyyətinə tabedir. Süleyman “mənə hər şey verilib” dedikdə quş ona “mən sənin bilmədiyin bir şeyi bilirəm” deyə cavab verir.

25. Peyğəmbər hökumətində yaltaqlıq, qorxu mövcud deyil.

26. Hökumət başçıları və məsullar bir qrupun verdiyi məlumatla kifayətlənməməlidirlər. (Hud-hud sultana məlumat gətirirdi.)

27. Məlumat verərkən qəti və təsdiqlənmiş xəbərləri bəyan edin.

28. Hökumətin xaricdən məlumat toplamaq üçün fərdlər və ya təşkilata ehtiyacı var. (Əlbəttə, bu işdə məqsəd casusluq yox, müdafiə hazırlığı və ya doğru yola dəvətdir.)

29. Xəbər gətirən böyük və ya kiçik insan, həm də heyvan ola bilər. Əsas məsələ xəbərin qəti olmasıdır.

30. Hökumət məsulları yalnız qəti xəbərlərə istinad etsinlər.


Ayə 23:


﴿إِنِّي وَجَدتُّ امْرَأَةً تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِن كُلِّ شَيْءٍ وَلَهَا عَرْشٌ عَظِيمٌ﴾

(Hud-hud izah etdi:) «Həqiqətən, mən xalqa hakimlik edən (Bilqeys adlı) bir qadın gördüm. O hər şeyə malikdir və böyük bir taxtı var.»


Ayə 24:


﴿وَجَدتُّهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِن دُونِ اللَّهِ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ﴾

Mən qadın və onun qövmünün Allah əvəzinə günəşə səcdə qıldığını gördüm. Şeytan onların nəzərində əməllərini bəzəyib və onları yoldan azdırıb, beləliklə hidayət olmurlar.”



Bildirişlər


1. Bəzi heyvanların yüksək anlağı var. Hud-hud qadın və kişi, taxt-tac, hökumət və mülkiyyət, tövhid və şirk, günəş və səcdə, şeytan və şeytanın bərbəzəyi, haqq və batil, hidayət və zəlalət kimi məvhumları anlayırdı.

2. Başqalarının sözünü dinləmək ədəb göstəricisidir və müdiriyət şərtlərindəndir. Sözü deyən heyvandırsa da dinləmək lazımdır.

3. Qadın hakim ola bilər. Amma qadının cəmiyyətə hakimliyi hətta quşa da təəccüblü görünür.

4. Həzrət Süleyman öncə bütün yer üzünə hakim idi.

5. Hökumət təşkilinin tarixi keçmişi var.

6. Azğınlıq amilləri müxtəlifdir: azğın rəhbər, bər-bəzək, imkan və rifah, şeytan və onun bər-bəzəyi.

7. İnsana verilən ilahi nemətlər onun Allaha yaxın olduğunu göstərmir. (Allah həm Süleymana, həm kafir qadına əta edir. Əvvəlki ayələrdə Süleymana, bu ayədə isə Bilqeysə hər şey verildiyi bəyan olunur.)

8. Allahın nemətləri salehlərin əlində aşkar fəzl, başqalarının əlində taxt-tacdır.

9. İnsan fitrət baxımından pərəstişkardır. Haqqa pərəstiş etməyən insan batil sorağınca gedir.

10. Xalq adətən öz hakimlərinin dinini qəbul edir.

11. Hər müşkülü onun əhlinə deyin. (Azğınlıq və şirk xəbərləri Süleymana çatdırılmalıdır.)

12. Həm həzrət İbrahimin, həm də həzrət Süleymanın dövründə günəşə pərəstiş edilmişdir.

13. Xalqı azdırmaq üçün ən təsirli vasitə onların çirkin işini bəzəməkdir.

14. İnsanların mənfi keçmişi onların gələcəkdə büdrəyəcəyinə dəlil ola bilməz. (Bilqeys və onun qövmü öncə yolunu azmışdısa da, sonradan hidayət oldu.)

15. Məlumat verərkən əsas xəbəri söyləyin. Onu araşdırmaq mütəxəssislərin işidir. (Hud-hudun dedikləri həqiqət idi. Amma o, bu xəbəri təhlil etdikdə xilafa yol verdi.)

Ayə 25:


﴿أَلَّا يَسْجُدُوا لِلَّهِ الَّذِي يُخْرِجُ الْخَبْءَ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ﴾

(Şeytan insanların əməllərini ona görə bəzəmişdir ki,) onlar göylərin və yerin görünməyənlərini üzə çıxaran, sizin gizli və aşkar əməllərinizi bilən Allaha səcdə etməsinlər.”


Ayə 26:


﴿اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ﴾

Bir Allah ki, Ondan savay məbud yoxdur, böyük ərşin Rəbbidir.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin