Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə90/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   91

Nöqtələr


●“Kubbət” dedikdə başıaşağı buraxılma mənası başa düşülür.

●Günah yolla duyulan ləzzətlər, tüğyanlar və sərtliklər Qiyamətdə odda yanmaqla zillət və xarlığa çevriləcək.

●Quranın bərəkətlərindən biri budur ki, hamı üçün səadət yolu açmış və buyurmuşdur: “Yaxşı iş görənə gördüyü işdən üstün mükafat əta olunar.” Mükafatlanmada yaş, millət, cinsiyyət nəzərə alınmaz. Yaxşılıq mütləq mənada verilmiş və ayədə bütün yaxşılıqlar nəzərdə tutulmuşdur. Haqq rəhbərin qəbulu, haqq yolun qəbulu, haqq sözün qəbulu. Xeyirli peşə, doğru seçim də bu qəbildəndir. Sadalananlardan bəzilərinə rəvayətlərdə işarə olunmuşdur. Amma riya, qürur, eqoistlik və günah yolla gerçəkləşməyən, son məqsədədək qorunan hər bir xeyir iş üçün ikiqat mükafat nəzərdə tutulmuşdur.

●Ötən iki ayədə oxuduq ki, sur üfürüldükdən sonra Allahın istədikləri istisna olmaqla hamı qorxuya düşər. Hazırkı ayələrdə isə istisna olunanlar açıqlanır: Etdiyi yaxşı əməli Qiyamət səhnəsinə gətirənləri Allah bu qorxudan xilas edər!


Bildirişlər


1. Allahın xeyir işlərimizdən xəbərdarlığı xeyir işə təşviq amilidir.

2. Dünyada xeyir iş görməkdən də mühümü onu Qiyamət səhnəsinə aparıb çıxarmaqdır.

3. Gələcək bizim öz əməllərimizdən asılıdır. (Hər bir əməlin əks-sədası var.)

4. Yaxşılığı pislikdən öncə bəyan edək.

5. Yaxşılığın genişlənməsi üçün yaxşıları təşviq etmək zəruridir.

6. Təşviq və xəbərdarlıq yanaşı olduqda səmərə verir.

7. İlahi mükafatlar gördüyümüz işlərdən üstün olur.1

8. Xeyirxahlıq Qiyamətdə qurtuluşa səbəb olur.

9. İlahi mükafatların üstünlüyü mütləqdir. Bu mükafatlar zaman baxımından əbədi, miqdar baxımından əməldən qat-qat artıqdır.

10. Əzabdan da pisi alçalma, xarlıqdır.

11. İlahi cəzalar bizim öz əməllərimizin əks-sədası və təcəssümüdür. Bəli, haqqı eşitdikdən sonra arxa çevirənlər həmin gün üzü üstə cəhənnəmə atılar.

12. İlahi mükafatlar bir neçə qat artıq olur. Cəzalar isə bərəbar və ədalətlidir.

13. Məad cismanidir.

14. İnsanın əməlləri Qiyamətdə təcəssüm edib yaxadan yapışır.


Ayə 91:


﴿إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَهَا وَلَهُ كُلُّ شَيْءٍ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ﴾

(Ey peyğəmbər! De ki,) Allahın möhtərəm saydığı bu şəhərin Rəbbinə pərəstiş etmək mənə əmr olunub. Hər şey yalnız Onun üçündür. Mənə təslim əhlindən olmaq əmr edilib.”



Nöqtələr


●Məkkə müsəlmanlar tərəfindən fəth olunan gün Allahın rəsulu (s) Kəbəyə daxil oldu və bütləri sındırdı. Həzrət həmin vaxt Kəbə astanasında buyurdu: “Allah ilk gündən Qiyamətədək Məkkəni möhtərəm buyurmuşdur.”1

Bildirişlər


1. Peyğəmbər Allah əmrinə tabedir.

2. Təbliğatçı xalqa öz qətiyyətini elan etməli və deməlidir ki, xalq iman gətirsə də, gətirməsə də o öz yolunu davam etdirəcək.

3. Heç kəs, hətta Allahın rəsulu hansısa şəraitdə ibadətdən ehtiyacsız olmur.

4. İbadət insan zövqünə yox, Allah əmrinə əsaslanmalıdır.

5. Yalnız ibadətdə öncül olanların xalqı ibadətə çağırmaq haqqı var.

6. Bəndəlik qəlbən təslimliklə müşayiət olunmalıdır.

7. Allaha bəndəlik fəlsəfəsi onun rübubiyyət və malikiyyətidir.

8. Həm özünüzü kamala çatdırın, həm də kamillər zümrəsinə qatılın.

9. Hər şey Allahın tərbiyəsi altındadır.

10. Məkkənin xüsusi ehtiramı və məqamı var.



Ayə 92:


﴿وَأَنْ أَتْلُوَ الْقُرْآنَ فَمَنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ وَمَن ضَلَّ فَقُلْ إِنَّمَا أَنَا مِنَ الْمُنذِرِينَ﴾

(Mənə əmr olunub ki,) Quran tilavət edim. Hidayəti qəbul edən öz xeyrinə qəbul etmişdir. Hər kəs yolunu azsa, de ki, mən yalnız qorxudan peyğəmbərəm.”



Nöqtələr


●Surənin başlanğıcında Quranın əhəmiyyətindən danışıldı. Onun sonu da Qurani-Kərimdən söz açır. Quran öz tilavəti haqqında buyurur: “Ey peyğəmbər! Biz üç şeyə şahidik: Sənin bütün işlərinə, Quran tilavətinə, xalqla görülən bütün işlərə.”2 Quran tilavətinin Peyğəmbərin (s) və xalqın işi ilə bir cərgədə dayanması onun böyük əhəmiyyətini göstərir.

Bildirişlər


1. Quranı gətirən özü də tilavət əhli olmalıdır.

2. Tövhidin bəyanından sonra həzrət Peyğəmbərin (s) ən mühüm işi xalqa ilahi ayələrin tilavəti idi.

3. Təbliğ mehvəri Quran olmalıdır.

4. Təbliğatçının vəzifəsi həqiqəti çatdırmaqdır. Xalqın qəbul edib-etməməsi onların öz işidir.

5. Quran tilavəti hidayət üçün müqəddimədir.

6. Xalqın iman gətirib-gətirməməsi onların özü üçün xeyirli və ya ziyanlıdır.

7. Yolunu azanlara görə Peyğəmbər məsuliyyət daşımır.

Ayə 93:


﴿وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ﴾

De ki, həmd-səna Allah üçündür. O tezliklə Öz ayələrini sizə göstərəcək və siz Onu tanıyacaqsınız. Rəbbiniz sizin gördüyünüz işlərdən xəbərsiz deyil.”



Nöqtələr


●Allaha sitayiş üçün ən üstün təbir “əlhəmdulillah” təbiridir. Allaha bu sayaq sitayiş etmək həzrət Peyğəmbərə (s) dəfələrlə tapşırılmışdır. Bütün müsəlmanlar da öz növbəsində hər gün “Həmd” surəsini təkrarlamalıdırlar.
Ey qafil, silkələn, durmaq vaxtıdır,

Ölüm astanada, yuxu aldadır.

Var-dövlət haqqında düşündükcə sən,

Ömür adlı dövlət çıxır əlindən.

Su kəmərə çatdı, çalış yubanma,

Sel başdan ötəndə ömrünə yanma.

İsgəndər aləmə versə də fərman,

Aləm yaddan çıxdı ölüm gələn an.

Bil vaxtı çatanda bu yer, bu aləm,

Saxlayası deyil səni bircə dəm.1

Bildirişlər


1. İlahi risalət bir lütfdür və ona görə şükür etmək lazımdır.

2. İlahi nişanələrdən burayadək gördükləriniz onların yalnız bir hissəsidir. Gələcəkdə başqa nişanələr də göstəriləcək.

3. Allahın verdiyi möhləti Onun üçün qəflət nişanəsi saymayın.

4. Allahın daimi nəzarəti Onun rübubiyyət şənindəndir.

5. İnsan əməlləri qarşısında məsuliyyət daşıyır.

6. Müxaliflərin küfr və şirkinə görə nigaran olma.




1 “Maidə” 13.

2 “Sad” 29.

1 “Təfsiri-məcməul-bəyan”.

1 “Təfsiri-nümunə”.

2 “Müzəmmil”, 17.

3 “İnsan”, 10.

4 “İnsan”, 7.

1 “Nəhl”, 170.

1 “Hicr”, 31-40.

1 “Təfsire-Nurus-səqəleyn”. “Tövhidi-səduq”, s. 306.

1 “Təfsire-Nurus-səqəleyn”. “Kafi”, c. 1, s. 337.

1 “Təfsire-Nurus-səqəleyn”. “İləluş-şərae”, s. 416.

2 “Təfsire-Nurus-səqəleyn”. “Kafi”, c. 4, s. 245.

1 “Təfsire-Nurus-səqəleyn”. “Məaniyul-əxbar”, s. 297.

2 “Təfsire-Nurus-səqəleyn”.

3 “Təfsire-Nurus-səqəleyn”.

1 “Təfsire-Nurus-səqəleyn”. “Kafi”, c. 43, s. 422.

2 “Təfsire-Nurus-səqəleyn”.

1 “Təfsire-kənzud-dəqaiq”.

2 “Təfsire-Nurus-səqəleyn”. “Bihar”, c. 47, s. 216, 217.

1 “Təfsire-Nurus-səqəleyn”. “Kafi”, c. 3, s. 499.

2 Əraf”, 31.

3 “Həcc”, 36.

4 “Muminun”, 51.

5 “Səba”, 15.

1 ”Rum”, 47

1 “Rum”, 47.

1 “Fələq”, 6; “Bəqərə”, 205; “Qəsəs”, 41.

1 “Nas”, 5.

2 Əraf”, 201.

3 “Zuxruf”, 36.

1 “Yasin”, 3, 4.

1 “Həcc”, 40.

1 “Təfsiri-bürhan”.

1 “Təfsire-Məcməül-bəyan”.

2 “Bəqərə”, 183.

3 “Ali-İmran”, 130.

1 “Əla”, 14.

2 “Taha”, 64.

3 “Təfsire-kənzud-dəqaiq”.

4 “Bihar”, c. 81, s. 264.

5 “Həcc”, 77.

6 Əraf”, 8.

7 “Həşr”, 9.

8 “Mücadilə”, 22.

1 “Ənfal”, 5.

2 “Maidə”, 100.

3 “Maidə”, 35.

4 “Nur”, 31.

5 “Qəsəs”, 52, 55.

1 “Ğaşiyə”, 11.

2 “Furqan”, 72.

3 “Təfsire-Nurus-səqəleyn”.

4 “Təfsire-Nurus-səqəleyn”. “Kafi”, c. 5, s. 453.

1 “Təfsire-Dürrül-Mənsur”.

2 “Vəsail”, c. 18, s. 575.

3 “Mizanul-hikmət”, “Səfinətül-bihar”.

4 “Bihar”, c. 77, s. 273.

1 “Ali-İmran”, 75.

2 “Təfsire-Nurus-səqəleyn”.

3 “Bihar”, c. 4, s. 147. “Ali-İmran”, 49.

1 “Nəhcül-bəlağə”, x. 182.

1 “Nuh”, 27.

2 “Bihar”, c. 11. s. 331.

1 “Təfsire-kənzud-dəqaiq”.

1 “Muminun”, 23.

2 “Muminun”, 27.

3 “Muminun”, 28.

4 “Hud”, 41.

5 “Muminun”, 29.

1 “Bihar”, c. 32, s. 97.

1 “İsra”, 12.

2 “Bihar”, c. 14, s. 239.

3 “Təfsire-Dürrül-Mənsur”.

2 “Səba”, 15.

3 “Həcc”, 28.

4 Əraf”, 31.

5 “Təfsire-Dürrül-Mənsur”.

6 “Bihar”, c. 11, s. 58.

7 “Təfsire-Məraği”.

1 “Təfsiri-nümunə”.

1 “Ət-təhqiq fi kəlimatil-Quran”.

1 “Təfsire-Nurus-səqəleyn”.

2 “Təfsire-Ruhul-bəyan”.

1 “Təfsire-Nurus-səqəleyn”.

2 “Təfsiri-nümunə”.

1 “Təfsire-Əl-mizan”.

1 “Məaniyul-əxbar”, s. 146.

1 “Saffat”, 27; “Tur”, 25.

2 “Muddəsir”, 42.

3 “Əl-mizan”, c. 15, s. 69.

1 “Bihar”, c. 76, s. 147.

2 “Təfsire-Dürrül-Mənsur”.

3 “Tövhidi-Səduq”, s. 356.

1 “Təfsire-rahnoma”.

1 “Əhqaf”, 35.

2 “Naziat”, 46.

3 “Muminun”, 113.

4 “Zariyat”, 56.

5 “Mulk”, 2.

1 “Hud”, 119.

2 “Qurərul-hikəm”.

3 “Bihar”, c. 5, s. 312.

4 “Əraf”, 176.

1 “Ənam”, 135.

2 “Yunus”, 17.

3 “Yunus”, 77.

4 “Muminun”, 117.

5 “Yunus”, 69.

1 “İsra”, 32.

2 “Furqan”, 63, 68.

3 “Mumtəhinə”, 12.

4 “Bihar”, c. 79, s. 24.

5 “Nəhcül-bəlağə”, “Haqqə”, 252.

6 “Bihar”, c. 77, s. 58.

7 “Bihar”, c. 73, s. 372.

1 “Bihar”, c. 76, s. 27.

2 “Bihar”, c. 76, s. 19.

3 “Bihar”, c. 76 s. 19.

4 “Bihar”, c. 76, s. 21.

1 “Təfsire-Əl-mizan”. “Kafi”, c. 5, s. 354.

2 “Kafi”, c.2, s. 32.

1 “Təfsire-kənzud-dəqaiq”.

2 “Kafi”, c. 7, s. 241.

1 “Təfsiri-İbn-Kəsir”.

1 “Hucurat”, 11.

2 “Nur” 61.

3 “Maidə” 63.

4 “Nur” 12.

5 “Nur” 13.

6 “Nəml” 16.

7 “Ənam”43.

8 “Vaqiə”70.

9 “Vaqiə”57.

10 “Vaqiə”62.

11 “Tövbə”122.

1 “Təfsire-kənzud-dəqaiq”.

2 “Təfsire-kənzud-dəqaiq”.

1 “Bəqərə”, 208.

2 “Bəqərə”, 168.

1 “Ənkəbut”, 45.

1 “Müfrədati-Rağib”.

2 “Bihar”, c. 76, s. 9.

1 “Fussilət”, 20.

2 “Yasin”, 65.

3 “Təfsire-Nurus-səqəleyn”. “Kafi”, c. 2, s. 32.

1 “Təfsire-Əl-mizan”.

1 “Təfsire-Məcməül-bəyan”.

2 “Nəhl”, 67; “Ənfal”, 4; “Maidə”, 88; “Təlaq”, 3; “Ğafir”, 40.

3 “Təfsire-Nurus-səqəleyn”.

4 “Təfsire-Nurus-səqəleyn”.

1 “Təfsire-Kəbire-Fəxr Razi”.

2 “Təfsire-Kəbire-Fəxr Razi”, “Təfsiri-fi-zilal”.

1 “Təfsiri-bürhan”.

1 “Təfsiri-nümunə”.

2 “Təfsire-kənzud-dəqaiq”.

3 “Təfsire-kənzud-dəqaiq”.

4 “Təfsire-ruhul-məani”.

5 “Ğurərul-hikəm”.

6 “Bihar”, c. 104, s. 38.

7 “Bihar”, c. 76, s. 336.

8 “Təfsire-kənzud-dəqaiq”.

1 “Təfsire-Qurtubi”.

2 “Təfsire-Nurus-səqəleyn”.

3 “Kafi”, c. 5, s. 523.

4 “Təfsire-Nurus-səqəleyn”.

1 “Təfsire-Kəbire-Fəxr Razi”.

1 “Ali-İmran”, 43.

2 “Təfsire-Nurus-səqəleyn”.

3 “Təfsire-Məcməül-bəyan”.

1 “Təfsire-Nurus-səqəleyn”.

1 “Təfsire-Dürrül-Mənsur”.

1 “Təfsire-Dürrül-Mənsur”.

2 “Mən la yəhzur”, c 3, s. 78

1 “Təfsire-Nurus-səqəleyn”.

2 “Təfsire-Ruhul-Məani”.

3 “Bihar”, c. 23, s. 326.

4 “Ali-İmran”, 41, ”Qaf”, 39.

1 “Təfsire-Əl-mizan”.

2 “Təfsire-Nurus-səqəleyn”.

1 “Bəqərə”, 257.

1 “İsra”, 44.

2 “Təfsire-Kəbire-Fəxr Razi”. “Təfsire-Ruhul-bəyan”.

1 “Təfsire-rahnoma”.

2 “Füruği-əl-lüğət”.

1 “Təfsire-Nurus-səqəleyn”.

2 “Tövbə”, 33; “Fəth”, 28; “Səff”, 9.

3 “Ənbiya”, 105.

4 “Taha”, 132; Əraf”, 128.

5 “Maidə”, 3.

1 “Bihar”, c. 93, s. 104.

2 “Təfsire-əl-mizan”.

1 “Nur”, 31.

2 “Nur”, 58.

3 “Təfsire-Nurus-səqəleyn”.

1 “Təfsire-Nurus-səqəleyn”.

1 “Təfsire-Əl-mizan”.

2 “Təfsire-Məraği”.

1 “Təfsire-Əl-mizan”.

2 “Təfsire-Kəbire-Fəxr Razi”.

1 “Təfsire-Nurus-səqəleyn”.

2 “Bihar”, c. 23, s. 301.

3 “Təfsire-Məcməül-bəyan”.

1 “Qədr”, 1.

2 “İsra”, 106.

1 “Lisanul-ərəb”.

1 “Nəhcül-bəlağə”, x. 192.

2 “Lisanul-ərəb”.

1 “Qaf”, 30.

2 “Təfsire-Məcməül-bəyan”.

3 “Ənam”, 125.

4 “Taha”, 124.

5 “Furqan”, 13.

6 Əraf”, 96.

7 “Zumər”, 73.

1 “Təfsire-Məcməül-bəyan”.

2 “Səba”, 54.

1 “Furqan”, 29.

2 “Sad”, 26.

3 “Bəqərə”, 79.

4 “Taha”, 79.

5 “Qəsəs”, 25.

6 “Ənam”, 116.

7 “Zuxruf”, 23.

8 “Nəhl”, 43; “Ənbiya”, 7.

9 “Maidə”, 116.

10 Hazırkı ayə.


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin