Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları



Yüklə 0,81 Mb.
səhifə23/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   41
Diaqnostikanın növləri.

Avtomobilin texniki vəziyyətinin təyin edilməsi üçün diaqnostikanın müxtəlif növlərindən istifadə edilir.Diaqnostikanın növü onun təyinatından , aparılma rejimindən , dövriliyindən və iş həcmindən , texniki qulluq və cari təmirin texnoloji prosesində tutduğu mövqedən , avadanlıqlardan və s. əlamətlərdən asılı olaraq təsnif olunur.

Diaqnostikanın aşağıdakı növləri vardır:

- ümumi diaqnostika ( D-1);

-xüsusi (elementlər üzrə D-2) diaqnostika.

Ümumi diaqnostika avtomobilin bütövlükdə texniki vəziyyətini müəyyən etmək üçün yerinə yetirilir. Avtomobil yüksək təhlükəli istismar şəraitində işlədikdə ümumi diaqnostikanın aparılma periodikliyi 3-4 dəfə qısa götürülür və tələbata görə nizamlama işləri ilə yerinə yetirilr. Diaqnostikanın bu variantına ekspress diaqnostika deyilir bu zaman tormoz sisteminin, sükan idarəsinin , şinlərin işıq –səs siqnallarının və cihazlarının texniki vəziyyəti təyin edilir.

Xüsusi diaqnostika zamanı avtomoblin gizli nasazlıqları təyin edilir. Bu diaqnostikanəqsədi nasaz aqreqat yaxud mexanizmin qısa müddətdə müəyyən etməkdir.

Aparılma üsuluna görə stasionar və səyyar dianostikalarda mövcuddur.

Stasionar diaqnostika tərpənməz bərkidilmiş diaqnostik avadanlıqlarla aparılır. Belə dianostika əsasən böyük avtomobil təsərrüfatlarında və ya ixtisaslaşdırılmış avtomobil təmiri müəssisələrində aparılır. Adətən bu zaman avtomobilin ümumi diaqnostikası aparılır. Stasionar diaqnostika avadanlıqları şəhər daxili sərnişin nəqliyyatı müəssisələrində də istifadə olunur, lakin bu zaman avtobusların idarəetmə mexanizmlərinin diaqnostikası həyata keçirilir.

Səyyar diaqnostika isə müəyyən gəzdirilə bilən diaqnostik cihazların vasitəsilə aparılır. Bu cihazların köməyi ilə elementlər üzrə diaqnostika yerinə yetirilir.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin