Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları



Yüklə 0,81 Mb.
səhifə31/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
Dizel mühərriklərində işçi proses işlənmiş qazların tüstülənmə dərəcəsi ilə , bu isə öz növbəsində işlənmiş qazların optik sıxlığı ilə qiymətləndirilir. Tüstülənmə dərəcəsi dedikdə qazların tərkibində olan hisin və digər maddələrin işıq udma qabiliyyəti başa düşülür.Tüstülənmə dərəcəsini ölçən cihazın əsasını işıq axınının qarşısını kəsən şəffaf şüşə təşkil edir. İşığın udulma dərəcəsi işlənmiş qazların tərkibində olan hisin miqdarından asılıdır. Tüstülənmə dərəcəsi mühərrikin boş işləmə gedişinin iki rejimində - sürətlənmə (dirsəkli valın fırlanma tezliyinin minimumdan maksimuma qaldırılması) və valın maksimum fırlanma rejimlərində ölçülür. Bu zaman işlənmiş qazların temperaturu 70°S-dən aşağı olmamalıdır.

Dizel mühərriklərinin QS-nin diaqnostika prosesi özündə yanacaq və hava süzgəclərinin texniki vəziyyətinin , alçaq və yüksək təzyiqli yanacaq nasoslarının , forsunkaların işləmə qabiliyyətinin , həmçinin sistemin birləşmələrində kipliklərin yoxlanılmasını birləşdirir.

Süzgəclərin texniki vəziyyəti müşahidə üsulu ilə müəyyən edilir.

Alçaq və yüksək təzyiqli nasosların işləmə qabiliyyəti dizel mühərriklərinin qida sistemi üçün nəzərdə tutulan “CDTA” qurğusunda yoxlanılılr. Yüksək təzyiqli yanacaq nasosunu yanacağın , mühərrikin silindrlərinə verilmə momentinə və miqdarına görə yoxlayırlar. Yanacağın başlanğıc verilmə anı momentoskop adlanan cihazla qeydə alınır. Mühərrikin işləmə qaydasına müvafiq olaraq yanacaq hər bir silindr nasosun valının müəyyən qədər dönməsindən sonra verilir. Hər bir silindrə verilən yanacağın miqdarı bölgüləri olan qabla təyin edilir.

Forsunkaların işləmə qabiliyyəti onun birləşmələrinin kipliyinə , iynənin yuxarı qalxma anındakı təzyiqinə və yanacağın tozlanma dərəcəsinin keyfiyyətinə görə təyin ecilir. Forsunkanın diaqnostikası xüsusi stendlərdə aparılır. Yanacağın tozlanma dərəcəsidə stendin tərkibində olan cihazla təyin olunur. Tozlanmanın keyfiyyəti o halda yüksək hesab edilir ki, püskürməni yaradan deşiklərdən (soplolardan) çıxan yanacaq duman şəklində olmalı və püskürülən sahədə eyni cinsli yanacaq tozu əmələ gətirməlidir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin