Sərt metafora bir-birindən uzaqda olan anlayışları birləşdirən metaforadır.
- Model: mülahizənin içi.
Əvvəlki mənası silinmiş metafora fiqural xarakteri artıq hiss olunmayan hamının qəbul etdiyi metaforadır.
- Model: stulun ayağı.
Metafora – formul əvvəlki mənası silinmiş metaforaya çox yaxındır, amma daha artıq şablon olması və (bəzən) qeyri-fiqural konstruksiyaya dəyişdirmənin qeyri-mümkünlüyü ilə ondan fərqlənir.
- Model: şübhə qurdu.
Geniş metafora ardıcıl olaraq məlumatın böyük bir hissəsində və ya bütövlükdə məlumatda həyata keçirilən metaforadır.
- Model: "kitab aclığı" anlayışını ətraflı sürətdə izah edən məlumat (Kitab aclığı keçib getmir: kitab bazarının məhsulları çox zaman köhnə olur – onları hətta yoxlamadan belə atmalı olursan).
Reallaşdırılmış metafora fiqural xarakteri nəzərə almadan metaforik ifadədən istifadəni nəzərdə tutur, sanki metafora birbaşa mənanı ifadə edir. Bunun nəticəsi isə çox vaxt komik xarakter daşıyır.
- Model: Mən özümdən çıxdım və avtobusa daxil oldum.
2) Kataxreza metaforanın müstəqil növlərindən biridir. Tropun adı yunan variantında neqativ xarakteristikanı ehtiva edir: katachresis sui-istifadə və ya sözdən düzgün istifadə etməmə deməkdir.
Ritorika kataxreza üçün iki tətbiq sahəsini müəyyən edir: onlardan biri əvvəlki mənası silinmiş metafora. Daha doğrusu, fiqurativ mənası artıq hiss olunmayan mətafora sahəsidir; digəri, əksinə. Söz yığını kimi qəbul edilən adət edilməmiş metafora sahəsidir. Bu halda kataxreza bir təsvirdən digərinə sıçrama kimi müəyyən edilir.
Bir sıra dərsliklərdə kataxreza "pis üsluba" dair metafora kimi nəzərdən keçirilir, amma bu, yəqin ki, tamamilə düzgün deyil: adət edilməmiş metafora yalnız müəllifin dilə olan xüsusi meylinin deyil, həm də auditoriyanın buna "hazır olmaması", daha doğrusu, onlarda kifayət qədər "metaforik təcrübənin" olmamasının da nəticəsi ola bilər.
Klassik kataxrezaya dair nümunə – həm də alman ədəbiyyatının bir nümunəsi – ritorika tarixinə "Der zahn der zeit" adı altında daxil olub. Bu ifadə almancadan aşağıdakı kimi tərcümə edilir: "Artıq bu qədər göz yaşını qurudan zamanın dişi bu yaranın üzərində də unutqanlıq otunu yetişdirir" ("Der zahn der zeit, der schon so manche Trane getrocknet hat, wird auch uber diese wunde Gras wachsen lassen"). Bu kataxrezada tamamilə aydın şəkildə duyulan bir təsvirdən digərinə sıçrayış tərcümə zamanı da öz effektini qoruyub saxlayır.
Model: ziddiyyət ruhunun taqətsiz cismi.
Nümunə: İkibaşlı rus sfinksi heç cür hərəkət istiqamətini seçə bilmir.
Kataxrezaya dair bu nümunə öz məzmununa görə həddindən artıq aydın olmasa da, tam şəkildə əsassız da deyil. Hər halda aydındır ki, danışan eyni zamanda həm Rusiyanın simvolunu – ikibaşlı qartalı, həm də "müəmmalı rus qəlbini", onlarla birgə isə "rus yolunun" anlaşılmaz olduğunu nəzərdə tutur.
Mülahizənin məzmununu müəllifin öz öhdəsinə buraxaq. Yalnız bu halda hansı məntiq qaydalarından paralogik şəkildə istifadə edildiyini aydınlaşdıraq. Kataxrezanı reallaşdırarkən praktiki olaraq həmişə eyni qaydadan istifadə olunur, yəni tərif özündə ziddiyyəti ehtiva etməməlidir. Kataxreza hər şeydən əvvəl mülahizədə olan ziddiyyətə əsasən digərlərindən seçilir. (Beləliklə, "zamanın dişi" ifadəsini analiz etsək, aydın məsələdir ki, hətta təxəyyülümüzü canlandırsaq belə, "diş" çətin ki, göz yaşlarını qurutmaq və ot yetişdirmək kimi funksiyaları yerinə yetirsin). Amma ziddiyyət mülahizəni yanlışlığa aparıb çıxartmır; məsələ bundadır ki, o, bir qayda olaraq, daima "sürüşkən" xarakter daşıyır: kataxrezada ziddiyyətə "yaxınlaşmaq" çox çətindir.
Bizim nümunəmizə gəldikdə isə, mülahizədə ziddiyyəti – mülahizənin ziddiyyətsizlik qanununun neqativ istifadəsi kimi – anlayışın fiziki konkretliyi səbəbindən hər halda müşahidə etmək mümkündür: ikibaşlı qartal – adi haldır, amma ikibaşlı sfinks – bax bu zaman mülahizədə həqiqətən ziddiyyət yaranır (ya sfinks, ya da hansısa ikibaşlı canlı - qeyri-sfinks; ikibaşlı sfinksə əsaslanan mülahizə həqiqət ola bilməz.). Paralogik əməliyyat – bir neçə mənanı bir obrazda sintez edən kataxreza nəticəsində ziddiyyət aradan qalxır.
Sıra – zamanın axarını dayandıran cəsur döyüşçü; sükutun gecikmiş arqumenti; qaçılmaz olana işarə simvolu; zamanın dövranında özünü qabaqlayan işıq.
3) Sinesteziya (yunancadan synaisthesis – eyni zamanda olan qavrayış) metaforik troplardan biridir. Onun özünəməxsusluğu odur ki, o, dərhal bir neçə duyğu orqanına – məsələn, görmə və eşitmə, və ya dad, iybilmə və lamisə orqanlarına, onların ən müxtəlif kombinasiyalarına təsir göstərir.
Dostları ilə paylaş: |