Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə71/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   67   68   69   70   71   72   73   74   ...   107
sıra: çəkisini itirə, rus Femidası, ticarətimizin arşınmal­çıları ali tədris müəssisəsinin, Meşədi ibadları.

5) Prozopopeya (yunancadan prosopopoiia, prosopon-insan və poiein-etmək) alleqoriyanın bir növü olub şəxs­lən­dir­mə, insana bənzətmə deməkdir. Məsələ bundadır ki, alleqoriya heç də həmişə «şəxsi» nəzərdə tutmur, digər növ alleqoriyalar da (predmetlə, hadisə ilə əlaqədar olan alleqoriyalara) tez-tez rast gəlinir.

Bu səbəbdən də, bəlkə, həqiqətən prozopopeyanı ayrıca «bölmə» kimi – xüsusi olaraq canlı olanların əlamətlərinin can­sız olanlara aid edildiyi şəxsləndirmə (təşxis) halları üçün – se­çib ayırmaq lazımdır. Prozopopeyanın fəaliyyəti alleqori­ya­nın fəaliyyət mexanizmini xatırladır.

Model: ürək ağıl ilə mübahisə edir.

Nümunə: Sem dayı vasvası və riyakardır.

(Bu alleqoriya Amerikanı puritan ölkə kimi göstərərək, əslində hər bir alleqoriya kimi (həmçinin metaforaların bir ço­xu kimi) «zəruri şərt» adlanan məntiqi qaydanın neqativ istifa­dəsinin nəticəsidir («zəruri şərtin nəzərə alınmaması» adlanan məntiqi səhv ilə müqayisə et).

Amerikanın Sem dayı ilə ifadə edilməsindən pozitiv mən­­­­ti­qi praktikaya əsasən, Amerikanın Sem dayı olması və cansız anlayışa insani xüsusiyyətlərin – vasvası və riyakar olmaq xüsusiyyətlərinin aid edilməsi nəticəsi çıxmır. Yalnız bir planda işləyən və hər şeyə «səthi» nəzər salan alleqoriya aşağıdakı «mənzərəni» təqdim edir: Amerika Sem dayıdır, ona xas olan bütün xüsusiyyətləri və hərəkətləri ölkəyə də şamil etmək olar.

Bu alleqoriyada gizlin sillogizmi aşağıdakı kimi göstərmək olar:

Amerika Sem dayı ilə (ifadə edilir.)

Sem dayı vasvası və riyakardır.

(nəticə)

Amerika vasvası və riyakarlıq kimi xüsusiyyətlərlə (ifadə edilir). Asanlıqla görmək olar ki, bu məntiqi konstruksiyada əla­və etmə (kimi ifadə edilir) elə zəruri şərtdir, zəruri şərt qay­dasının neqativ istifadəsi zamanı bu zəruri şərt qeyri-mühüm əlamət kimi nəzərə alınır.



Sıra: hər sətirdən yumor iyi gəlir; sübutlar tərsdir; impe­ra­lizm əjdahası (başı kəsilən kimi, yenisi əmələ gəlir); Mü­ha­ribə allahı (dövlət mənasında).

6) Metonimiya – antik dövrdə metaforaya yaxın olan trop kimi nəzərdən keçirilirdi, amma müasir dövrdə ona metaforaya tamamilə əks olan trop kimi tərif verilir. (metafora və meto­ni­miyanı «inkişaf etdirən» R.O.Yakobsonun konsepsiyası haq­qın­da yuxarıda bəhs edilib). Yunancadan tərcümədə metafora «adını dəyişdirmə» deməkdir (metonomazein-başqa şəkildə adlan­­dırmaq və onyma –ad).

Daha sonrakı dövrlərdə metaforadan fərqli metonimiyaya bir-biri ilə sıx əlaqədar olması səbəbindən yaranan assosiasiya kimi tərif verməyə başladılar; metafora isə oxşarlığa görə ya­ranan assosiasiya idi (O.Mandelştamın şerlərindən birində bu mexanizm çox dəqiq təsvir edilir:…şalvarı xatırladan lövhə biz­də insana dair təsəvvür yaradır).

Metonimiyanın mexanizmi - «predmetin adının» onun əla­mə­ti və ya birinci predmeti ilə əlaqədar olan digər pred­me­tin adı ilə əvəz edilməsindən ibarətdir. Başqa sözlə, bizim qar­şı­­mız­dakı metafora, sinesteziya və alleqoriyada olduğu kimi – adlandırmanın imkanlarının genişləndirilməsidir. Amma bu əla­mətlərə görə bir-birinə uyğun gələn metafora və metoni­mi­ya yerinə yetirdikləri əsas funksiyaya görə bir-birindən fərqlə­nir­­lər. Əgər metafora xarakterizəedici trop hesab edilirsə, me­to­ni­miya – eyniləşdirici, daha doğrusu, müəyyənləşdirici trop­dur.

Aydındır ki, predmet az və ya çox miqdarda əlamətlərin cəmi olaraq və az və ya çox miqdarda digər predmetlərlə «qon­­şu­luqda yerləşərək» heç də hər bir əlamətinə görə və heç də hər bir yaxın predmetin göstərişinə görə «tanınmayacaq». Me­tonimiyanın üzvləri arasındakı münasibətlərə tipik nümunə:

- yaradıcılıq məhsulu və yaradıcı: ({Puşkinin yaradı­cı­lı­ğını oxumaq əvəzinə} Puşkini oxumaq)

- əlamətin daşıyıcısı və əlamət: ({əgər gənclər çox bilə bilsələr, qocalar isə çox işləyə bilsələr …əvəzinə} əgər gənc­lik çox bilə bilsə, qocalıq isə çox işləyə bilsə…)

- predmet və material: ({idarədən vacib sənəd əvəzi­nə}idarədən vacib kağız)1

- ehtiva edən və ehtiva olunan ({qəzetdə məqalənin müəl­­­lifi belə deməklə səhv edirdi əvəzinə} qəzet belə demək­lə səhv edirdi)

- fəaliyyət və onun nəticəsi ({bu təsnifatın yaxşı nəti­cə­sidir əvəzinə} bu yaxşı təsnifatdır).

Bu modellər arasındakı fərqlərə baxmayaraq, onların me­xa­nizmi ümumidir: predmetin bəzi aspektləri məlumatda pred­me­tin özünün yerini tutur və predmeti bu aspektdən dərk etmək təklif olunur.

Müasir ədəbiyyatda qeyd edildiyi kimi, metonimiya, bir qayda olaraq, «mütləq» şəkildə adlandırılma prosesini həyata keçirmir (o, bununla, məsələn, alleqoriyadan fərqlənir): o, ya­ra­nan konteksdən asılıdır. Belə ki, biz deyə bilərik: «Stolun üstündə Puşkin var». (Puşkinin seçilmiş əsərləri əvəzinə). Amma mülahizəni «Puşkində yazılıb ki,…» şəklində davam etdir­mək «tamamilə» təbii deyil. Bu isə o deməkdir ki, meto­nimiya istifadə şəraiti ilə məhdudlaşır.

- Model: Sizdə od olmaz?

- Nümunə: Nümayişdə təzə başlayan işləri və məşhur sə­nətkarların rəsmləri təqdim edilir.

Metonimiyaya dair tamamilə «xarakterik» hal olmasa da, mexanizm aydındır: «rəsm» sözü «tablo» sözünü əvəz edir. Hər bir metonimiyada olduğu, kimi bu halda da neqativ məna­da istifadə olunan məntiqi qaydanın xarakterinə dair çox fikir­ləşmək lazım gəlmir: bu, hissəyə görə tam haqqında nəticə çı­xartma qaydasıdır.

Bu məntiqi səhvi əvvəlki bölmədə artıq nəzərdən keçir­mişik. Aydın məsələdir ki, bu halda bizi maraqlandıran məntiqi qayda əks istiqamətdə fəaliyyət göstərir, ciddi mənada (pozitiv məntiqi praktikaya görə) bu aspekt (rəsm) predmeti (tablonu) əvəz edə bilməz; belə ki, predmet haqqında tam təsəvvür ya­rat­mır (məsələn, asanlıqla təsəvvür etmək olar ki, göstərilən «rəsm­lərin» bir hissəsi ümumiyyətlə, kağızda həyata keçirilir), amma bu «qeyd» aprior olaraq qeyri-mühüm xüsusiyyət kimi qiy­mətləndirilir: əks istiqamətdə istifadə edilən məntiqi qanu­nu həmişə olduğu kimi real sürətdə mövcud olanın yerinə qo­yulan sözün və ya söz birləşməsinin xüsusiyyətlərinin nəzə­rə alınmaması ilə bağlıdır.



Sıra: portfeldəki mühazirələr; daim təlaşda olan XX əsr; nazirlikdən gələn zəngə görə: CD-yə qulaq asmaq; kitab ilə ra­zılaşmaq; dərman içmək; iti qələm.

7) Sinekdoxa (yunanca Synekdoche-əlaqələndirmə, syn-ekdechesthai-işarə vasitəsilə ifadə etmək) ya metonimiyanın bir növü, ya da müstəqil trop kimi nəzərdən keçirilir. Belə ya­naş­malar arasındakı fərq elə də böyük deyil, belə ki, hər iki hal­da sinekdoxa bu tamın bir hissəsi kimi və ya əksinə, hissə­nin tamı kimi göstərilməsinə əsaslanır. Sinekdoxanın klassik nümunəsi – «Alisa möcüzələr diyarında» əsərinin. Qəhrəmanı Çeşir - pişiyidir özü itsə də, gülümsəyən ağzı qalırdı.

Bu trop həddindən artıq aydın struktura malikdir və aydın sürətdə müvafiq məntiqi qanununa əsaslanır. Sinekdoxanın mexanizmi tamın və hissənin qarşılıqlı olaraq bir-birini əvəz etməsini nəzərdə tutur. Hissə tamı, tam isə hissəni biz yalnız eyni tərkibli tam deyil, həm də müxtəlif tərkibli tam ilə qar­şılaşarkən də, əvəz edə bilərik.

-Model: (növbədə) mən həsir şlyapadan sonra dayan­mı­şam (əvəzində isə olmalıdır: mən həsir şlyapa örtmüş xanım­dan sonra dayanmışam).

- Nümunə: Onların arzusu – bütün dünyaya öz qanun­la­rını diqtə edən Moskvadır.

Sinekdoxa Rusiyanın bir hissəsi – Moskva vasitəsilə ifa­də edilməsinin nəticəsi kimi meydana çıxır. Burada isə hissə­nin tam kimi adlandırılmasını qadagan edən məntiqi qanunun neqativ istifadəsi meydana çıxır.

Amma bununla belə burada adı çəkilmiş hissə sadəcə olaraq tamın bir hissəsi deyil, çünki Moskvanın həqiqətən bütün Rusiyanın əhval-ruhiyyəsini ifadə etmədiyini təsəvvür etmək çətindir. Müvafiq məntiqi qaydada əhəmiyyət verilməməsi və ya onun əks istiqamətdə istifadə edilməsi pozitiv məntiqi praktika baxımından «yanlışlıq» effektini aradan qaldırır.

Rusiya dünyaya öz qanunlarını diqtə edir.

Moskva Rusiyada yerləşir.

{= Rusiyanın paytaxtı kimi bütünlüklə Rusiyanın əhval-ruhiyyəsini ifadə edir}.

(nəticə)

Moskva bütün dünyaya öz qanunlarını diktə edir.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin