Model: Pəncərəni və ağzını bağla!
Nümunə: (kriminal xronikadan): bu zaman o özünün vaxtını və arvadının məşuqunu öldürmək fikrinə düşdü.
Bu məlumatın nə dərəcədə komik xarakter daşıdığını demək çətin olsa da, onun çox uğurla həyata keçirilmiş zevqma olduğunu söyləmək olar. Belə ki, zevqmanın ikinci üzvü (öz arvadının məşuqu) kifayət qədər dəqiq sürətdə sabit birləşməsinin («vaxtı öldürmək») konteksinə daxil edilib.
Bu sabit söz birləşməsinin tərkibindəki «öldürmək» sözü,
ilk baxışda görüdüyü kimi, məcazi işlənilib: vaxtı öldürmək sadəcə olaraq vaxtdan mənasız şəkildə istifadə etmək deməkdir. Sabit söz birləşməsinə «məşuq» sözünün əlavə edilməsi «öldürmək» sözün ilkin mənasını özünə qaytarır.
«Öldürmək» sözü iki mənada işlənir: 1) vaxtdan mənasız şəkildə istifadə etmək; 2) məşuqu həyatdan məhrum etmək. Zevqmanın elementləri arasında gözlənilməz əlaqə yaradaraq, hər iki mənadan istifadə edilir.
Bütün bu hallarda paraloqikadan istifadə edilir, halbuki məntiq birləşdirilməsi mümkün olmayanları bir tamın tərkibində birləşdirilməsini qadağan edir.
Sıra: (9 may münasibətilə bir cüt corab hədiyyə almış veteranın təşəkkür nitqi) Qələbə günü münasibətilə təbrik etdiyinizə və coraba görə çox sağ olun; biz müharibə və humanitar yardıma görə almanlara borcluyuq.
21) Kalambur – fransızcadan tərcümədə calembur «söz oyunu» deməkdir. Bu trop da sözün çoxmənalılığı, daha doğrusu, məlumatın gedişində sözün (sözlərin) mənasını dəyişilməsi ilə əlaqədardır.
Kalamburu reallaşdırılmış metafora ilə əlaqələndirməyə çalışırlar. Reallaşdırılmış metafora kimi kalambur adətən məcazi mənada işlənən birbaşa mənasına müraciət etməyi nəzərdə tutur. Amma reallaşdırılmış metaforadan fərqli olaraq, kalambur ilkin olaraq nəzərdə tutulmayan birbaşa mənanı çox vaxt özü yaradır.
Ümumiyyətlə desək, kalambur pis ad qazanıb: kalambura müraciəti adətən pis zövqün əlaməti kimi qəbul edirlər. Belə ki, trop kimi kalambur, sözlərin zahiri mənasına əsaslanır. Amma belə fikirləşmək düzgün deyil. Kalambur digər troplardan nə «yaxşı», nə də «pis»dir.
Ənənəvi olaraq kalambur polisemiya (eyni sözün müxtəlif mənaları), omonimiya (eyni sözün yaxın mənaları) və omofoniya (sözlərin səs oxşarlığı) kimi məlum dil hadisələri üzərində qurulur. Kalamburun effekti sözün «yeni» mənasının onun «köhnə» mənası üzərindəki proyeksiyasından və bunun nəticəsində mənaların yaranan səsləşməsindən asılıdır.
Model:
(polisemiya): iki sübutu dəniz düyünü ilə birləşdirmək.
(omonimiya): qadın, şalvarda və pencəkdə kişi tualetindədir.
Amfiboliyada olduğu kimi kalamburda da neqativ cəhətdən istifadə olunan məntiqi qayda aşağıdakıdır: anlayış tətbiqi zamanı onun birmənalılığını qoruyub saxlamaq lazımdır.
Sıra: bədəni «göyərdən» ciddi qaydalar; «dişində ol!» (yəni işində).
22) Tavtologiya (yunancadan tərcümədə tauta- həmin şey, logos-söz deməkdir) da sözün çoxmənalılığına əsaslanan troplardan biridir. Məntiqi baxımdan tavtologiya-səhv addımdır, amma paraloqika baxımından – fiqurdur. Bu fiqurun özünəməxsusluğu odur ki, onun köməyi ilə, sinonimlər və yaxın mənalı sözlər vasitəsilə artıq deyilən yenidən təkrar edilir.
Fiqur kimi tavtologiyanın sirri – yaxın mənalı sözləri dəqiq sürətdə fərqləndirə bilməsidir; bu sözlər yalnız yanaşı işlədildiyi zaman, onlar arasındakı fərqi müəyyənləşdirmək mümkün olur. Amma yaxın mənalı sözlər təxminən eyni şeyi ifadə edir. Oxşar mənaların olduqca yaxın konteksdə qarşılaşdırılması onlar arasındakı incə məna fərqlərini müəyyənləşdirməyə imkan verir.
Model: Bu çox yaxşı və gözəldir (məsələn, diqqətəlayiqdir).
Nümunə: Prezident guya üzr istədi: amma bunu edə bilmədi və bu baş vermədi. Amma aydın məsələdir ki, o bunu edə bilməməkdən daha çox bu baş vermədi: sözün düzünü desək, o, heç buna cəhd döstərmədi də!
Tavtologiyaya aid daha bir nümunə. Bu nümunə tavtologiyanın necə fəaliyyət göstərməyi barəsində geniş təəssürat yaradır «o, bunu edə bilmədi və bu alınmadı» cümləsi açıq-aydın tavtologiyadır. Burada işlənən ifadələr sinonimdirlər və istənilən mətndə praktiki olaraq bir-birini əvəz edə bilirlər.
Amma müəllif bununla belə onlar arasındakı fərqi müəyyən edə bilib və onu çox təmtəraqla təsvir edir. Onlar arasındakı incə məna fərqini yalnız bu tavtologiya cərcivəsində aydın sürətdə göstərmək olar.
Sıra: sözün ciddi və dəqiq mənasında; gülməli və məzəli situasiya; qəribə və təəccüb doğuran nəticələr; bu cəfəngiyyat və mənasız sözdür.
23) Pleonazm da (yunancadan tərcümədə pleonazein-artıq olmaq deməkdir) özündə iki mənanı ehtiva edir: pleonazm-səhv və pleonazm-trop. Pleonazmın da «sirri» tavtologiya ilə eyniyyət təşkil edir: ayrı-ayrılıqda işlənərkən sözlər arasında üzə çıxmayan bütün mümkün incəliklər yanaşı işlənərkən müşahidə edilir. Buna görə də prinsipcə pleonastik situasiyadan hər hansı «çıxış» yolu var. Bunun üçün həyata keçirilən pleonazma paralel olaraq hər hansı arzuedilməz konstruksiyanın qurulmamasına nəzarət etmək lazımdır. (müqayisə et: «ağ qar»-«məgər ağ olmayan qar da varmı?») buna görə də pleonazmı düzgün həyata keçirmək hər şeydən əvvəl mümkün sualları nəzərdən keçirmək və onları vaxtında «aradan qaldırmaq» deməkdir.
Model: son nəticə (məsələn, aralıq nəticədən fərqli olan nəticə)
Nümunə: (sərlövhə): Rusların Rusiyası və okeanarxası Amerika uğrunda. - ən yüksək dərəcədə professional sürətdə həyata keçirilmiş pleonazm-tropdur. Bu halda kontekst o dərəcədə aydındır ki, o, hər hansı əlavə şərti tələb etmir. Amma belə burada eyni vaxtda iki pleonazm iştirak edir: «Rusların Rusiyası» (guya hər hansı başqa Rusiyada var?) və «okeanarxası Amerika» (məgər «başqa»- okeanarxası olmayan Amerika da var?)
Qəzet materialı, gözlənildiyi kimi, Rusiyanın amerikalaşması probleminə həsr olunub. Məqaləni təmtəraqı ondan ibarətdir ki, Amerikanın okeanın o tayında qalması daha yaxşıdır - bu zaman Rusiyanın öz adətlərinə uygun olaraq inkişaf etmək imkanı yaranır.
Beləliklə, məntiqi baxımdan qüsurlu sayılan struktur paraloqika baxımından məqbul hesab edilir.
Sıra: tam nizam-intizam; tam hüquqlu prezident; ən son dəfə.
Dostları ilə paylaş: |