O, nə doğub, nə doğulub



Yüklə 121,62 Kb.
səhifə16/20
tarix31.12.2021
ölçüsü121,62 Kb.
#112124
1   ...   12   13   14   15   16   17   18   19   20
AZ Christology

Yeşaya - Fəsil 9

Əmin-amanlıq Hökmdarı

1) Lakin əzab çəkmiş xalq qaranlıqda qalmayacaq. Keçmişdə Zevulun və Naftali bölgələri alçaldılsalar da, gələcəkdə dənizkənarı yolu, İordan çayının o biri tayı və müxtəlif millətlər yaşayan Qalileya şərəfə çatacaq.

2)  Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların Üzərinə nur doğdu.

3) Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, Əkib-biçənlərin fərəhləndiyi, Qənimət bölənlərin sevindiyi kimi Onlar da Sənin hüzurunda sevindilər.

4) Çünki onlara yük olan boyunduruğunu, Çiyinlərini döyən çomağını, Onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi.

5) Döyüşdə geyilən çəkmələri, Qana bulanmış geyimləri yandırılacaq, Oda yem olacaq.

6) Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar, Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Əmin-amanlıq Hökmdarı olacaq.

7) Hakimiyyətinin və əmin-amanlığının artmasının sonu olmayacaq, O, Davudun taxtı və səltənəti üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən əbədi olaraq quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.



Yüklə 121,62 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin