Gözәlim sәnsәn mәnim, M u s i q i Mehribanım, hәmdәmim. M u s i q i Dәxi yoxdur heç qәmim,
Çox şükür sәnә, ey xuda!
Olmadıq biz әğyarә fәda. (2 dәfә) M u s i q i Sәn mәnimsәn, mәn sәnin. M u s i q i Ola bilmәz özgәnin. M u s i q i Hәmi bir can, bir tәnin,
Çox şükür sәnә, ey xuda!
Olmadıq biz әğyarә fәda (2dәfә). M u s i q i Dәrdimә tapdım dava,
Qalmadı heç bir cәfa. (2 dәfә)
Axır ki, gördük sәfa,
Çox şükür sәnә, ey xuda!
Olmadıq biz әğyara fәda.
Әğyara fәda, әğyara fәda.... (2dәfә) Bu әsnada Q o ç u Ә s g ә r vә başqa adamlar gәlib, M ә ş ә d i İ b a d l a birlikdә hasarın dalında dayanıb baxırlar. M ә ş ә d i İ b a d. Eşidirsiniz? Bayatı oxuyur. Bunlar hasarın deşiklәrindәn baxırlar. G ü l n a z. Alәmi pәrvanәyi-şәmi-camalın qıldı eşq,
Cani-alәmsәn, fәda hәr lәhzә min candır sana. Ә s g ә r. Oxa! Qız da oxuyur ki!
M ә ş ә d i İ b a d. İndi gördünmü iş nә haldadır?
Ә s g ә r. Mәşәdi İbad, bir bәri zәhmәt çәk (qabağa gәtirib, nә isә deyir).