O olmasin, bu olsun


S ә r v ә r. Axı o әr mәndәn dövlәtlidir



Yüklə 258,53 Kb.
səhifə5/76
tarix04.01.2022
ölçüsü258,53 Kb.
#56122
1   2   3   4   5   6   7   8   9   ...   76
S ә r v ә r. Axı o әr mәndәn dövlәtlidir.

G ü l n a z. Cәhәnnәmә olsun.

S ә r v ә r. Mәndәn gözәldir.

G ü l n a z. Çox mәnә lazımdır!

S ә r v ә r. Mәndәn cavandır.

G ü l n a z. İstәr lap uşaq olsun, lazım deyildir.

S ә r v ә r (gülür). Yalan deyirәm, gözәlim Gülnaz! O kişi, doğrudur, mәndәn min kәrrә dövlәtlidir, amma özü qocadır, azından bir әlli yaşı vardır. Görsәn qorxarsan.

G ü l n a z. Bax, mәn daha sәbr edә bilmirәm: günü bu gün atama deyәcәyәm ki, mәn sәni sevnrәm vә sәndәn başqasına әrә getmәyәcәyәm.

S ә r v ә r. Yox, Gülnaz, heç elә elәmә! Sәn mәn deyәnә qulaq as, yoxsa iş düz gәtirmәz. Mәn bilirәm ki, sәnin atan borclu düşübdür vә pula da çox ehtiyacı vardır. O istәyir ki, bu qohumluqla o kişidәn ki, adı Mәşәdi İbaddır, bir qәdәr pul yesin. Zәrәr yoxdur, qoy yesin. Sәn atana heç bir söz demә vә söz açsa deyinәn ki, özün bilәrsәn. Sonra sәnin işin yoxdur, mәn bu işә tәhәr çәkmişәm.


Yüklə 258,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin