2. XƏLİL ZAHİRİNİN SİYAHISI (XV əsrın birinci yarısı): "Sonra Qəzzədən Diyarbəkirə qədər uzanan bölgədəki türkmənlər haqqında bilgi vermişdim. Bu türkmənləri meydana gətirən oymaqlar bunlar:
Qut bəyi oğulları9
Köpək oğulları
Saqqalsız oğulları
Dülqədir oğulları [ibn Dülqədir]
Ramazan oğulları
Özərlilər
Bəydililər
Bayatlar1
Bozcalular2
10. Maraşlular3 (?)
Ürəgirlilər4
Üç-ohlu (oxlu)
Boz-ohlu (oxlu)
İnallular
Xarbəndəlilər
Gündüzlülər5
Kınıklar6 (?)
Adı çəkilən boylar da çoxlu obalara ayrılırlar. Bunların hamısının çıxar-
dıqları əsgərin sayı 180.000 atlıdır”7.
3. KATİB ÇƏLƏBİNİN SİYAHISI (XVII əsrin ortaları) Osmanlının ən böyük elm adamlarının biri olan Katib Çələbi “Cahannüma” adlı coğrafiya əsərində əski və yeni Hələb türkmənlərinə dair bir siyahı vermişdir.
Bu siyahını olduğu kimi təqdim edirik8:
“Və ol vəqt türkmani-Hələb səkkiz taifədir:
Zülqədriyyə (dülqədirli) Əlbistanda yaşayırdı.
Özəriyyə (özərlilər). Davud bin Özər camaatından, Misisada (Misisdə)9.
Zəkəriyyə (Dögəriyyə=döyərlər); Salimi-Zəkəri (döyəri) camaatı Çakıtdadır10.
Ramazan oğlu Adanada.
Avşariyyə (avşarlar) biladi-Cabərdə11.
Varsaq Tarsusda.
Bayadiyyə (Bayatlar) və
Köbəkiyyə (köpəklilər) zahiri-Hələbdə (Hələbin dışında, dolayında) olurdular.
Amma ol əsami (adlar) mütəbəddil oldu (dəyişdi) ki, bunlardır:
Taifeyi-Pəhlivan oğlu