Uşaqlar üçün əleyhqaz PDF.
Hal-hazırda uşaqlar üçün
əleyhiqazlardan
ən
mükəmməl
modellər
PDF-2D
(məktəbəqədər uşaqlar üçün) və PDF-2Ş-dir (məktəb yaşlı
uşaqlar üçün). Əleyhqaz 1,5 yaşdan yuxarı uşaqlar üçün
nəzərdə tutulub, uşaqların tənəffüs üzvlərini, sifətini və
gözlərini zəhərləyici maddələrdən, bioloji aerozollardan və
radioaktiv tozlardan qoruyur.
Quruluşu.
Süzücü-uducu qutu QP-7K, MD-4 (uşaq üçün
maska) üz hissə, tərləməyən plyonkalarla qutu və çanta.
PDF-2D 1 və 2 ölçülü üz hissəsi ilə, PDF-2Ş isə 2 və 3
ölçülü üz hissəsi ilə komplektləşdirilib. Komplektin çəkisi:
məktəbəqədər uşaq komplekti-750 qr, məktəb yaşlı isə 850 qr-
dan artıq olmur. Süzücü və uducu qutu öz quruluşuna görə QP-
5 əleyhiqazının qutusu kimidir, lakin havaya müqaviməti azdır.
Əleyhiqazı 2 hissəli çantada saxlayırlar: bir hissəsində üz
maskası, digər hissəsində süzücü-uducu qutu saxlanır. Çantanın
daxilində xüsusi cibdə-tərləməyən plyonkalarla qutu, üz
cibində isə fərdi kimya əleyhi paket olur. Uyğun ölçüdə qutu
QP-7 əleyhi qazı kimi seçilir. Başın üfüqi və vertikal ölçüləri
Mülki müdafiə
197
ölçülür, ölçülər 5 mm-ə qədər yuvarqlaşdırırlar. Sonra xüsusi
cədvəl ilə seçilir (şəkil 55).
Şəkil 55. Uşaq əleyhqazı PDF-2D
Sənaye əleyhqazı PFM
. Kiçik ölçülü süzücü sənaye
əleyhqazı PFM-1 tənəffüs üzvlərini, üzü, gözləri havada qaz,
toz və aerozol (toz, tüstü, duman) halında olan zəhərli
qatışıqlardan mühafizə üçün nəzərdə tutulmuşdur. Komplektin
tərkibinə daxildir: üz hissə, kiçik ölçülü süzücüedici – uducu
qutu, çanta, sürtgü olan flakon. PFM-1 əleyhqazı təyinatına
görə aşağıdakı zəhərli qatışıqlardan etibarlı mühafizəni təmin
edir (şəkil 56):
• Üzvü birləşmələr, fosfor və xlor, üzvü zəhərli kimyəvi
maddələrdən;
• Turş qazlar və buxarlardan;
• Ammonyakdan;
• Ammonyak, hidrogen sulfid maddələrindən;
• Mərgümüş və hidrogen-fosfid birləşmələrindən;
Mülki müdafiə
198
• Turş qazlar və buxarlar, üzvü birləşmələr, mərgümüş və
hidrogen-fosfid qarışığından;
• Civə buxarlarından;
• Azot oksidlərindən.
Dostları ilə paylaş: |