Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN


Şəkil 64. Bud sümüyünün oynaq sınığı



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə137/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Şəkil 64. Bud sümüyünün oynaq sınığı 


İlk tibbi yardımın göstərilmə qaydaları 
214 
Sümük bir neçə yerdən sınmışsa, buna mürəkkəb, bir yerdən 
sınmışsa, buna sadə sınıq deyilir. Güllə və ya qəlpə təsirindən 
də sınıqlar baş verə bilər. Buna güllə sınığı deyilir. 
Sınıqların əsas əlamətləri: ağrı, şişkinlik, normal hərəkətin 
pozulması, ətrafların sınığı zamanı onun qısalması və s. 
Kəllədaxili sümüklər sındıqda qulaqdan və ya burundan 
qanaxma, qabırğaların, döş sümüyünün sınığında tənəffüsün 
pozulması müşahidə edilir, çanaq sümüklərinin sınığında sidik 
ifrazı və aşağı ətraflarda hərəkət pozulur. 
Ağır sınıqlar zamanı şok halı ola bilər. Bəzən sınıqlar 
arterial qanaxma ilə müşayiət olunur. Bu daha qorxuludur. 
İlk tibbi yardım göstərərkən birinci növbədə qanaxma 
kəsilməlidir. Ümumiyyətlə, sınıqlar zamanı ilk yardım sınmış 
sümüklərin hərəkətsizliyinin təmin olunmasına xidmət 
etməlidir. Sınıqlar zamanı yardımın düzgün göstə- rilməməsi 
xəstənin vəziyyətini bir qədər də ağırlaşdıra bilər, şok əmələ 
gələr, qapalı sınıq açıq sınığa çevrilər və s. Sınıq zamanı 
yardım göstərərkən, ilk əvvəl sınığın növünü, dərəcəsini 
müəyyən etməli, xəstənin həyatı üçün təhlükəli əlamətlər 
aradan qaldırılmalıdır. Bundan sonra ya şina qoymalı, ya da 
steril sarğı qoyub, şina ilə bərkidilməlidir (şəkil 65).
Şəkil 65. Ayağa şina qoyulması 


İlk tibbi yardımın göstərilmə qaydaları 
215 
Şina qoyularkən, mümkünsə, hazır şinalardan istifadə 
edilməlidir. Bu, çox rahatdır. Lakin şina olmadıqda müxtəlif 
vasitələrdən – taxta parçası, karton hissəsi, metal lövhə və s. 
istifadə edilir. Bunların heç biri olmadıqda isə, sınıq 
ətraflardadırsa, yuxarı ətrafı gövdəyə, aşağı ətrafı isə digər 
ətrafa bağlamaq lazımdır. 
Açıq sınıqlar zamanı qanaxma kəsilir, yara antiseptik 
maddələrlə işlənir, steril sarğı qoyulur və sonra paltarın 
üstündən şina qoyulur. Qapalı sınıqda sınıq nahiyəsinə 
hərəkətsiz vəziyyətdə şina qoyulur. Hər iki halda xəstəyə 
ağrıkəsici dərman verilir və ya inyeksiya edilir. Tənəffüs 
pozulmuşsa, süni tənəffüsdən istifadə edilir. Şok törənmişsə, 
ona qarşı tədbirlər görülür.
Bütün hallarda xəstənin tez həkimə çatdırılması diqqət 
mərkəzində olmalıdır. Çıxıq yıxılma və zərbə nəticəsində 
oynaqlarda sümüklərin yerini dəyişməsinə deyilir. Çıxıqlar iki 
cür – tam və natamam (burxulma) olur.
Çıxıqlar zamanı oynaqlarda sümüklər yerini dəyişdikdə 
bağlar, vətərlər gərilir, oynaq pərdəsi yırtılır, bəzən də damar və 
sinirlər zədələnir.Çıxıqların əlamətləri aşağıdakılardır: ətrafın 
müəyyən vəziyyət alması, görünüşünün dəyişilməsi, hərəkətin 
azal¬ması, uzunluğunun dəyişilməsi, hərəkət zamanı oynaqda 
ağrı, şişmə, qızartı və s.
İlk yardım zədələnmiş ətrafın bir vəziyyətdə bərkidilməsi, 
şina ilə bağlanmasıdır. Müalicə xəstənin uzanmış vəziyyətində 
aparılır. Xəstəni narahat edən əlamətlərin aradan qaldırılması 
istiqamətində ilk yardım göstərilir və tez həkimə çatdırılır 
Müalicədə sınmış sümüklər və oynaq sümükləri düzəldilir və 
gips sarğısı qoyulur. 2-3 həftəyə patoloji sahə və sarğı açılır. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin