Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN


Torpaq, yeraltı, landşaft dəyişikliyi ilə bağlı fövqəladə



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə96/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Torpaq, yeraltı, landşaft dəyişikliyi ilə bağlı fövqəladə 
hallar.
Bu dəyişikliklər həm təbii səbəblərdən və həm də insan 
fəaliyyəti ilə əlaqədar baş verir. 
Təbii səbəblərdən baş verən 
dəyişikliklər:
• Torpağın eroziyası; 
• Torpağın aşınması; 
• Torpağın şoranlaşması; 
Torpaq sürüşməsi, uçqunlar, yarğanların əmələ gəlməsi. 
İnsan
fəaliyyəti
ilə
əlaqədar baş verən dəyişikliklər:


Mülki müdafiə 
151 
• Ağır metallar, radioaktiv elementlər, kimyəvi və üzvü 
maddələrlə torpağın çirklənməsi; 
Fəlakətli torpaq çökmələri, yerin dərinliklərində mineral 
ehtiyatlarının hasilatı ilə əlaqədar yer səthində torpaq 
sürüşmələri; 
• Eroziya, şoranlaşma, bataqlaşma ilə əlaqədar böyük 
ərazilərdə torpağın deqradasiyası və eroziyası; 
• Bərpa olunmayan təbii ehtiyatların tükənməsi ilə bağlı 
böhranlı vəziyyətlər; 
• Ətraf mühitin sənaye və məişət tullantıları ilə çrklənməsi 
ilə bağlı böhranlı vəziyyətlər. 
Torpağın
məhvi. 
Torpağın bir santimetrini yeniləmək üçün 
təbiətə 100-300 il lazımdır. Hal-hazırda əkin sahələrinin 1/3 
hissəsinin 50%-i erroziyanın müxtəlif səbəblərindən üst qatı 
itirilmişdir. Hər il erroziya səbəbindən 3 milyon hektar
səhralaşma səbəbindən-2 milyon hektar, kimyəvi maddələrlə 
zəhərlənmə səbəbindən-2 milyon hektar torpaq sahəsi itirilir. 
Çoxsaylı kənd təsərüfatı rayonlarının torpağı duzlaşmaya 
məruz qalmışdır (şəkil 41).
Şəkil 41. Torpaqların şoranlaşması 


Mülki müdafiə 
152 
Duzlarla zəngin olan qrunt suları üst qatlara qalxır. İntensiv 
buxarlanma nəticəsində, torpağın üst qatı şoranlaşır və nəticədə 
torpaqlarda kənd təsərrüfatı bitkilərini yetişdirmək mümkün 
olmur. Əkilən torpaqların fiziki məhv olması da böyük 
problemə çevrilmişdir—ağır kənd təsərrüfatı maşınları torpağı 
əzərək çökdürür. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin