Orijinal adı: «Education Glossary»


Çoxsaylı cavab imkanına malik tapşırıq (Multiple-response Item) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə14/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   10   11   12   13   14   15   16   17   ...   92
KİTAB Təhsil lüğəti

 
Çoxsaylı cavab imkanına malik tapşırıq (Multiple-response Item) - İki və daha artıq düzgün 
cavab variantı olan tapşırıq növü.
 
Çoxsaylı seçim (Multiple choice) - Çoxlu sayda bəndlərdən ibarət olan və hər bənddən sonra 
çoxlu sayda alternativ cavablardan təşkil olunmuş test və həmin testə verilən cavab forması. 
 
Çoxsəviyyəli modelləşdirmə (Multilevel Modelling) – Şagird, sinif və məktəbin səviyyəsi üzrə 
göstəricilərin təhlili. 
D
 
Daha zəif mərhələli öyrənmə (Lower order learning) – Təkrar, əlaqələndirmə və çalışmalar 
əsasında öyrənmə üsulu. Təlim və tədrisdə belə bir öyrənmə üsulunun
müxtəlif variantları tətbiq 
edilir.
Daxili ardıcıllıq (İnternal Consistency) - 1. Test tapşırıqlarının eynilik/oxşarlıq dərəcəsi; 2. 
Testin iki hissəsi üzrə qiymətlərin müqayisə olunması. 
Davamiyyət səviyyəsi (Attendance rate) - Tədrisə cəlb edilmiş şagirdlərin (tələbələrinsayının 
orta gündəlik davamiyyətə bölünməsi ilə hesablanan faiz nisbəti. 
Davranış fənləri / elmləri (Behavioral studies/sciences) - İnsan orqanizminin ətraf mühitə 
reaksiyasının öyrənilməsindən bəhs edən bütün fənləri özündə əks etdirən ümumi bölmə. 
Davranış intizamsızlığı (Behaviour disorder) - Şəxsin qəbul edilmiş sosial davranış norma və 
qaydalarını pozması. Davranış intizamsızlığı nümayiş etdirən şəxslə cəmiyyət üzvləri arasında 
konfliktlərin yaranması labüddür.
 
Davranış nəzəriyyəsi (Behaviorism) - Psixologiyada nizam-intizamın rolunu əsas götürən və 
psixologiyanı davranış fənni kimi öyrənən nəzəriyyə.
 
Davranış uyğunlaşması (Behavior accommodation) - Müəyyən edilmiş qaydalara və 
gözlənilən davranışa əsasən motivasiya və razılaşmaların uyğunlaşması.
 
 Deduktiv səbəb (Deductive reasoning) - Ümumi müddəalardan xüsusiyə doğru müəyyənləşən 
səbəb. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin