Отуз биринҹи дәРС



Yüklə 4,76 Mb.
səhifə16/30
tarix21.10.2017
ölçüsü4,76 Mb.
#7913
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

SUALLAR


1.Qur’anın məadı inkar edənlərlə rəftarını bəyan edin.

2.Bitkinin göyərməsinin qiyamətə nə kimi oxşarlığı var? Qur’anın bu barədəki nəzərini bəyan edin.

3.Əshabi-Kəhf hadisəsindən məadla əlaqədar hansı məsələlər aydın olur?

4.Quşların həzrət İbrahimin (ə) əli ilə dirilməsinin məad məsələsi ilə olan əlaqəsini izah edin.

5.Qur’an bu dünyada öldükdən sonra yenidən dirilən hansı şəxsləri qeyd edir?

QIRX ALTINCI DƏRS

QUR’ANIN İNKARÇILARIN ŞÜBHƏLƏRİNƏ CAVABLARI



1.Yox olmuş şeyin yenidən qaytarılması (iadətul-mə’dum) şübhəsi

2.Bədənin yenidən həyatı qəbul etməyə qabil olmaması şübhəsi

3.Allahın qüdrəti barəsində şübhə

4.Allahın elmi barəsində şübhə

Qur’ani-kərimin məadı inkar edənlərlə apardığı mübahisələrdən, eləcə də onların suallarına verdiyi cavablardan belə mə’lum olur ki, onların beyinlərində müəyyən şübhələr olmuşdur. Biz də onları, cavabları ilə birlikdə aşağıdakı şəkildə təqdim edirik.


1. “YOX OLMUŞ ŞEYİN YENİDƏN QAYTARILMASI” ŞÜBHƏSİ


Əvvəllər də işarə olunduğu kimi, Qur’ani-kərim “insan öldükdən, bədəni çürüyüb torpağa qarışdıqdan sonra onun yenidən dirilməsi necə mümkün ola bilər?!» - deyən şəxslərə verdiyi cavabın məzmunu belədir: Sizin insanlığınızın həqiqi mahiyyəti yerin altında çürüyüb aradan gedən bədənləriniz deyil, ruhunuzdur1

Bunlardan belə aydın olur ki, kafirlərin məadı inkar etməsinin əsas səbəbi fəlsəfədə “iadətul-mə’dum” (mə’dumun–tamamilə yox olmuş şeyin yenidən qaytarılması) adlandırılan şübhədir. Yə’ni, onlar belə təsəvvür edirdilər ki, insan təkcə maddi bədəndən ibarətdir ki, ölməsi ilə məhv olub aradan gedir. Əgər yenidən dirilərsə ayrı bir insan olacaqdır. Çünki yox olub aradan getmiş bir varlığı yenidən qaytarmaq qeyri-mümkündür.

Bu şübhənin cavabı Qur’ani-kərimin bəyanından aydın olur və o da bundan ibarətdir ki, hər bir insanın həqiqəti onun ruhudur. Başqa sözlə desək, məad yox olmuş şeyi qaytarmaq deyil, əksinə mövcud olan ruhun qayıtmasıdır.

2. «BƏDƏNİN YENİ HƏYATI QƏBUL ETMƏYƏ QABİL OLMAMASI» ŞÜBHƏSİ


Əvvəlki şübhə məadın zatən mümkün bir iş olub-olmaması ilə əlaqədar idi. Bu şübhə isə onun baş verməsinin mümkünlüyü ilə bağlıdır. Yə’ni, ruhun bədənə qayıtmasının əqli baxımdan qeyri-mümkün olmasa da, eləcə də bu fərziyyədə heç bir ziddiyyətin olmamasına baxmayaraq onun gerçəkləşməsi bədənin bu işi qəbul etməyə qabiliyyəti ilə şərtlənir. Biz də bilirik ki, həyatın vücuda gəlməsi xüsusi səbəb və şərtlərə bağlıdır ki, bunlar da tədrici olaraq yaranmalıdır. Məsələn, ana bətnində qərar tutan nütfənin inkişafı üçün münasib şərait vücuda gəlməlidir ki, yavaş-yavaş kamil bir rüşeym formasına düşsün və insana çevrilsin. Lakin çürümüş bədənin artıq həyat fəaliyyəti və iste’dadı yoxdur.

Bu şübhənin cavabı belədir: Dünyada müşahidə olunan bu quruluş mümkün olan yeganə sistem deyildir və bu dünyada təcrübələr əsasında tanınan səbəb və amillər həmin səbəb və amillərlə məhdudlaşmır. Dəlilimiz də budur ki, elə bu dünyanın özündə xariqüladə hadisələr, o cümlədən, bə’zi heyvanların və insanların yenidən dirilməsi baş vermişdir.

Bu cavabı qeyd olunan hadisələrin mö’cüzəli şəkildə baş verməsini Qur’ani-kərimdə də anlamaq olar.

3. ALLAHIN QÜDRƏTİ BARƏSİNDƏ ŞÜBHƏ


Növbəti şübhə bundan ibarətdir ki, bir varlığın vücuda gəlməsi üçün onun imkan və qabiliyyətindən əlavə, bu işi görənin qüdrəti də şərtdir. Allahın da ölülərli diriltməyə qüdrətli olması haradan mə’lumdur?

Allahın sonsuz qüdrətini tanımayan şəxslər tərəfindən irəli çəkilən bu puç şübhənin cavabı budur ki, Allahın qüdrəti üçün heç bir hədd yoxdur. Allahın qüdrəti baş verməsi mümkün olan hər bir şeyə şamil olur. Belə ki, bütün bu sonsuz dünyanı da əzəmət və insanı heyrətə gətirən e’cazkarlıqla ilə yanaşı yaratmışdır.



«Məgər onlar göyləri yeri yaratmış onları yaratmaqdan yorulmamış Allahın ölüləri diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Əlbəttə, O hər şeyə qadirdir1

Bundan əlavə, bir şeyin yenidən yaradılışı, heç də onun ilkin yaradılışından çətin deyildir və bu iş daha artıq qüdrət tələb etmir. Əksinə, demək olar ki, o daha asandır. Çünki bu zaman ruhun qaytarılmasından başqa bir iş görülmür.



«Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da yenidən dirildəcək Odur! Bu () Onun üçün çox asandır2

«O halda bizi kim (yenidən dirildib həyata) qaytaracaqdır? De: İlk dəfə sizi yoxdan yaradan (Allah)! Onlar (istehza ilə) sənə başlarını bulayıb: Bu nə vaxt olacaqdır?-deyə soruşacaqlar. De: Bəlkə də, bu yaxın zamanda.»3


4. ALLAHIN ELMİ BARƏSİNDƏ ŞÜBHƏ


Digər şübhə bundan ibarətdir ki, əgər Allah insanları yenidən dirildərək onları öz əməllərinə görə mükafatlandırsa və ya cəzalarına çatdırsa, bu zaman bir tərəfdən sonsuz sayda bədənləri bir-birindən ayırmalıdır ki, hər bir ruhu öz bədəninə qaytarsın! Digər tərəfdən də bütün yaxşı və pis işləri yadda saxlamalıdır ki, onların hər birinə layiq olan mükafat və cəzanı verə bilsin! Necə mümkün ola bilər ki, çürüyüb torpağa qarışan bədənləri bir-birindən ayırsın?! Necə mümkündür ki, insanların bütün rəftarlarını – minlərlə, bəlkə də milyonlarla illər ərzində insanlarda baş vermiş rəftar və əməlləri qeyd edib onları araşdırsın?!

Bu şübhə də Allahın elminin sonsuz olmasını bilməyənlər, həmçinin o elmi özlərinin naqis və məhdud elmləri ilə müqayisə edənlər tərəfindən irəli sürülür. Onun cavabı bundan ibarətdir ki, Allahın elminin heç bir həddi, sərhədi yoxdur və Onun elmi hər şeyi əhatə edir. Allah hər hansı bir şeyi heç vaxt unutmaz.

Qur’ani-kərim Fir’onun dilindən nəql edib buyurur ki, o, Musaya (ə) dedi:

«Əgər Allah bizim hamımızı dirildib əməllərimizi araşdırarsa, onda bizdən qabaq ölüb məhv olan insanların vəziyyəti necə olacaqdır?!»

Həzrət Musa (ə) buyurdu:



«Bütün bunların elmi Pərvərdigarımın yanında kitabda (yazılaraq) qorunub saxlanılır. Mənim Pərvərdigarım heç vaxt səhv etməz heç bir şeyi unutmaz1

Digər bir ayədə sonuncu iki şübhəyə belə cavab verilir:



«(Ey Peyğəmbər!) De: Ölüləri, onları ilk dəfə yaradıb vücuda gətirən şəxs dirildəcəkdir O hər şeyə qadirdir2

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin