Şüurluluq və fəallıq prinsipi. Bu prinsipin tələbinə görə şagirdlər idrakı fəallıq göstərərək nəzəri biliklərə yiyələnməli, biliklərin tətbiqi yollarını bilməli, öyrənmə texnologiyalarını mənimsəməli, öyrəndiklərini müxtəlif şəraitdə tətbiq edə bilməlidirlər. Şüurluluq və fəallıq prinsipinin həyata keçirilməsi zamanı istifadə edilən qaydalar:
şüurlu təlimin əsas şərti görüləcək işin məqsəd və vəzifələrinin aydın dərk edilməsidir:
şagirdə nəyi, nə üçün və necə yerinə yetirəcəyini əzbərləməməli, başa düşməlidir,
təlim prosesində idrakı fəaliyyətin hərtərəfliliyinə, təfəkkür əməliyyatlarından birgə istifadəyə xüsusi diqqət yetirilməlidir;
məsələnin düzgün həllinin tapılmasını, mümkün qədər, şagirdlərin qarşılıqlı debatına etibar edilməlidir;
şagirdlərə təqdim olunan yeni faktlarla, onların artıq mənimsədikləri biliklər arasındakı oxşar və fərqli cəhətləri tapmağı öyrənməlidir;
düzgün sual vermək və cavabı dinləməyi bacarmaq – şagirdin fəallığını təmin edən stimullaşdırma şərtidir.