Положение мяса животных



Yüklə 1,49 Mb.
səhifə74/81
tarix05.01.2022
ölçüsü1,49 Mb.
#111253
1   ...   70   71   72   73   74   75   76   77   ...   81
Həmçinin: Donuzun haram olması zahiri və batini bütün orqanlarına aiddir. Bütlərin satışına gəldikdə isə: Büt, Xaç, heykəl və s. Alət və əşyalar haram edilmişdir. Haram edilmə səbəbi isə kiminsə onları alaraq fitnəyə (şirkə) düşmə qorxusudur. Şirkə aparan vəsilə olduğu üçün qadağan edilmişdir. Bunun zərəri isə digər qadağan olunan şeylərin zərərində daha böyükdür. Bütün bunların gəliri də haramdır. Digər tərəfdən: Aşlandıqdan sonra ölü (leş) heyvanın dərisi faydalanmaq üçün satılırsa pulu halal, yemək üçün satılarsa haram olar. Ev eşşəyi və qatır kimi heyvanlar yeyilməsi haram edilmişdir. Eşşəklər və qatırlar üzərinə minmək üçün satıldıqda gəliri halal olduğu halda, yemək üçün satılarsa haram olur. Şərabçıya satılan üzümün pulunu yemək haramdır. Lakin üzümü yemək üçün alan bir kimsəyə satmaq və əldə edilən pul halaldır. Müsəlmanların üzərinə istifadə ediləcək deyə silah satmaq qadağandır, eyni zamanda silahı Allah yolunda cihad edəcək bir dəstəyə satmaqda əldə edilən qazanc isə halaldır. Geyinməsi haram olan bir kimsəyə ipək satmaq qazancı haram, geyinilməsində heç bir problem olmayan kimsəyə ipək satmağın qazancı isə halaldır. Hətta Əhli Kitaba satılsa da belə Şərab və donuzun satılması qadağandır. Qoy onlar bu işlə məşğul olsunlar. Bilal – radıyallahu anhu - Ömər – radıyallahu anhu - ya dedi: "Zimmilərin xaraclarını (cizyə vergisi) toplamaq üçün təyin etdiyi məmurlar xarac olaraq donuz və şərab alırlar". Ömər: "Onlardan şərab və donuz almayın. Lakin onlara (Zimmilərə) onları satdırınız və xarac pulunu götürün". Eyni rəvayət Ömər b. AbdulAziz rahmətullahi aleyhi - dan gəlir. İbn Qeyyim "Zədul Məad", "Əmval" 62.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin