SƏDAQƏT VƏ AÇIQ RABITƏ
Ətrafdakılarla
sağlam
rabitənin
mühüm
xüsusiyyətlərindən biri sədaqətli olmaqdır. Ərlə arvad öz
rabitələrində yalnız sədaqət və düzlüyü gözləməlidirlər.
Arada yaranan inciklik və kin-küdurət münasib məqamda
açıqlanmalı və həllini tapmalıdır. Əgər ortada şübhə
varsa, bu şübhə dərhal açıqlanmalıdır ki, mövcud qəlb
rabitələrini qorumaq mümkün olsun. Hər halda ərlə arvad
arasındakı rabitələr açıq olmalıdır. Qadın və ya kişi öz
problemini qarşı tərəfə dərhal açıqlaya bilməlidir. Normal
rabitədə hər iki tərəf qorxub çəkinmədən öz hisslərini
qarşı tərəflə bölüşə bilir.
54
ANLAŞILMAZLIQ
İnsan aydın şəkildə danışmalıdır ki, anlaşılmazlığın
qarşısı alınsın. Bu nöqtə diqqəti çox cəlb edir. Çox olur
ki, deyilənlər eşidilənlərdən fərqlənir. Biz bir söz deyirik,
qarşı tərəf başqa bir şey anlayır. Bu səbəbdən də
danışarkən
sözləri
düzgün
seçmək,
uzun-uzadı
təfsirlərdən çəkinmək lazımdır.
Bə`ziləri xüsusi bir ruhiyyəyə malik olduqlarından
anlaşılmazlığa hazırdırlar və onların düşüncəsi istənilən
bir sözü başqa bir tərzdə qəbul edir. Bu zümrədən olan
fərdlər xoşgümanlıq xüsusiyyətindən məhrumdurlar və
onlarla rabitə saxlamaq çox çətin olur.
Ərinin məhəbbətinə çox həssas olan qadın üçün o
zaman anlaşılmazlıq şəraiti yaranır ki, əmin-amanlığı
üçün təhlükə hiss etmiş olsun. Bu halda o qarışqadan fil
düzəldir, ciddi psixoloji böhran keçirir. Kişi öz söz və
rəftarında bu halı nəzərə almalıdır ki, anlaşılmazlıq üçün
şərait yaratmasın.
Qadınlar da öz növbəsində əsassız ehtimallardan,
mənfi tə`bir və təfsirlərdən, vəsvəsələrdən çəkinməlidir
ki, ailə rabitələri tamamilə qırılmasın. Bə`zi psixoloqlar
ailə ixtilaflarının əsas səbəbi kimi anlaşılmazlığı
göstərirlər. Onların bu sahədə bir çox tövsiyələri vardır.
Onların nəzərincə, ailə ixtilaflarının əsas kökü tərəflərin
bir-birinin məqsədini düzgün anlamamasıdır. (Bu
mövzuda daha artıq mə`lumat əldə etmək üçün “Eşq heç
zaman bəs deyil” kitabına müraciət edin)
Dostları ilə paylaş: |