QƏZƏBDƏN, SƏRT RƏFTARDAN ÇƏKINƏK!
Dini tə`limlərdə qəzəb və əsəbiliyin qarşısının
alınması barədə bir çox tə`kidli göstərişlər vardır. İmam
Zeynəl-Abidindən (ə) nəql olunmuş rəvayətdə deyilir ki,
udulmuş qəzəb damlasından dəyərli bir damla yoxdur.
3
Həzrət Əli (ə) buyurmuşdur: “Qəzəbinə hakim olmayan
bizdən deyil.”
4
Qəzəbə nəzarət üçün iki nöqtəyə diqqət yetirməliyik.
Birinci nöqtə odur ki, qəzəbin nəticələrinə diqqətli olaq.
Belə bir agahlıq qəzəblə mübarizədə insanı gücləndirir.
Digər nöqtə budur ki, qəzəbi cilovlamaq üçün hazırlığa
ehtiyac var.
Şübhəsiz ki, qəzəb və əsəb insanın fiziki və psixoloji
sağlamlığına dağıdıcı tə`sir göstərir və ağır xəstəliklərlə
nəticələnir. Bundan əlavə, qəzəb bizim başqaları ilə
rabitələrimizə zərbə vurur, şəxsiyyətimizi alçaldır. Bir an
əsəbiləşmək elə bir problem yaradır ki, həmin problemi
aradan qaldırmaq çox çətin olur. Bundan əlavə, əsəbilik
zamanı insanın hərəkətləri ağıl və məntiqdən yox,
psixoloji həyəcandan qaynaqlanır. Adətən, əsəbilikdən
sonra peşmanlıq gəlir. Bə`zən bu peşmanlıq o qədər
şiddətli olur ki, əsəb sarsıntısına gətirib çıxardır. Digər bir
tərəfdən, qəzəb və əsəb başqaları üçün narahatlıq yaradıb
onların hüquqlarının tapdanmasına səbəb olduğundan,
onun ağır axirət cəzaları da var. Uyğun zərər-ziyanı
nəzərə alan əsəbi fərd öz əxlaqındakı bu zəif nöqtəni
3
“Üsuli-kafi”, c. 2, s. 109.
4
“Qürərul-hikəm”.
65
aradan qaldırmalı, ən azı hisslərini nəzarət altına
almalıdır.
Dini tə`limlərimizdə tövsiyə olunmuşdur ki, əsəbi
halda qərar çıxarmayın, əsəbinizi soyutmaq üçün
vəziyyətinizi dəyişin. Məsələn, əyər ayaq üstəsinizsə
oturun, əgər oturmusunuzsa durun. Əsəbiləşən zaman
dəstəmaz almaq da tövsiyə olunmuşdur.
5
Yə`ni dərhal
reaksiya verməyin, arada fasilə yaradın. Bu fasilə qəzəbin
nəzarət altına alınmasında tə`sirlidir.
Əlbəttə ki, bə`zilərinin əsəbi bir anlıqdır. Onlar tez
qəzəblənib, tez də təbii hallarına qayıdırlar. Amma
bə`zilərində qəzəb şəxsiyyətin bir çalarına çevrilmiş və
vücuda hopmuşdur. Belələrinin islahı asan olmur. Onların
uzun müddət ciddi mübarizəyə ehtiyacı var. Belələri ilə
yanaşı yaşamaq olduqca çətindir. Onlar, adətən, özlərini
təqsirkar bilmir və buna görə də islaha sə`y göstərmirlər.
Onlar daim günahı başqalarının boynuna atır və çox vaxt
ətrafdakıların xeyirxah nəsihətlərinə qulaq asmırlar.
Əgər zövcələrdən biri əsəbi olsa, ikinci tərəf
çalışmalıdır ki, onun əsəblərini qıcıqlandırmasın və öz
dözümü ilə ona əsəbini nəzarətə almaqda yardımçı olsun.
Qəzəb soyuduqdan sonra münasib bir məqamda həyat
yoldaşı ilə danışıq, ona əsəbləşməməyi tövsiyə etmək
olar. Adətən, əsəbi insanlar yorğunluq zamanı daha tez
əsəbiləşirlər. Belə məqamda onları yola vermək zəruridir.
Dostları ilə paylaş: |