HƏYAT YOLDAŞININ AILƏSI ILƏ SAZIŞ
Mühüm məsələlərdən biri qadının ər evində dil
tapmasıdır. Təəssüf ki, bu sahədə bir çox problemlər
yaranır. Hətta bu problemlər acı nəticələrə də gətirir. Ərlə
arvad qarşı tərəfin ailəsi ilə sazişə gəlməli olsa da, kişinin
bu sahədəki müdiriyyəti nəzərə alınmalıdır. Kişi tədbir və
bəsirətlə elə rəftar etməlidir ki, həm həyat yoldaşı, həm
də yaxınlarının haqlarını yerinə yetirsin. Hər halda
onlardan heç birini digərinə fəda etmək olmaz. Bə`zi
kişilər analarını çox sevdiklərindən özləri də bilmədən
həyat yoldaşlarının haqqını tapdalayırlar. Onlar öz həyat
yoldaşlarından analarına qarşı xüsusi bir münasibət
umurlar. Hansı ki, qadın yalnız öz vəzifəsini yerinə
yetirməli, yersiz tələblərin icrasında üzülməməlidir.
72
Bə`ziləri isə evləndikdən sonra ana-bacısını, yaxınlarını
yaddan çıxarır və onların hüquqlarına biganəlik göstərir.
Evləndikdən sonra kişinin öz həyat yoldaşı, yaxınları ilə
necə rəftar edəcəyindən çox şey asılıdır. Ailədə isti
rabitələrin yaranması, bir çox problemlərin aradan
qalxması üçün kişi düzgün müdiriyyət üsulu seçməlidir.
Kişi tədbirli və agah olmadıqda ailədə xeyli problem
yaranır. Digər tərəfdən, qadın da ərini əziyyətə salacaq
rəftarlardan çəkinməli, ərin yaxınları ilə isti əlaqələr
qurmağa çalışmalıdır. Cüz`i məsələlərdən ötrü dava-dalaş
salmaq, səmimi rabitələri pozmaq düzgün deyil.
Dostları ilə paylaş: |