Allaha iman, sonra kimsənin haqqını tapdamadan
xalqla müdara düşüncə göstəricisidir.”
Qeyri-prinsipial məsələlərdə ixtilafdan çəkinib müdara
yolunu tutmaq olar. Qeyri-mühüm məsələlərdə güzəşt
başqaları ilə saziş şərtidir.
Uyğunlaşmaq təslimçilik, ictimai mühitin rəngini
götürmək, şəxsiyyəti əldən vermək yox, ixtilaflardan
çəkinmək məqsədi ilə güzəştə getməkdir.
UMACAĞIMIZI MƏHDUDLAŞDIRAQ
Ailə həyatında uyğunlaşma şərti budur ki, ərlə arvadın
hər biri qarşı tərəfdən umacağında orta həddi gözləsin,
imkandan uzaq, qeyri-məntiqi istəklərdən daşınsın. Ailə
həyatında bir çox problemlərin kökü istək və
umacaqlarda orta həddin gözlənilməməsidir.
Şübhəsiz ki, yalnız ailə həyatında yox, bütün insani
rabitələrdə hər birimiz başqalarından nə isə gözləyirik.
Əlbəttə ki, qarşı tərəfin də bizdən intizarı var. Ailə
həyatımızdakı umacaqları bilmək üçün vəzifə və
19
“Cameus-səadət”, c. 1, s. 372.
74
hüquqlarımızla tanış olmalıyıq. Əgər ailədə haqqımız
olmayan bir tələb irəli sürsək, ailə rabitələrinə zərbə
vurmuş olarıq. Yə`ni həyat yoldaşından vəzifəsi olmayan
bir iş tələb etmək olmaz. Kişi də ummamalıdır ki, qadın
öz ixtiyarında olanları və ya qazancını ailə üçün
xərcləsin. Qadın da kişidən həddi aşan tələblər etməməli,
eləcə
də,
onun
qeyri-məntiqi
istəklərinə
təslim
olmamalıdır.
Dostları ilə paylaş: |