vizual qavrayış, əyanilik, davranış terapiyasına aiddir, daxili və xarici məkanda vizual təsvirləri yenidən yaratmaq və idarə etmək məqsədi daşıyır. Davranış terapiyası nöqteyi- nəzərindən insanda yaranan xoşagəlməz həyacanlarn (qorxu, fobiya) səbəbi mənfi emosional məna daşıyan vizual görüntülərin şüurda özbaşına yaranmasıdır.
•
Özünü inandırmaqla təsəvvürdə canlı dinamik obrazların yaradılmasına əsaslanır. Əksər hallarda obrazların məzmunu orqanizmin müdafiə qüvvələrinin necə fəallaşması, fizioloji proseslərin necə normallaşması ilə əlaqələndirilir. Vizual seanslar mütəmadi olaraq aparılmalıdır. Müntəzəm məşğələlər emosional fonu yaxşılaşdırır, əhval-ruhiyyəni yüksəldir, həyat çətinliklərinə, psixi və somatik xəstəliklərə daha nikbin və fəal münasibətlər formalaşdırır. •
Psixoloqlara məlumdur ki, hazır məhsulu və ya son nəticəni təsəvvür edən insanlar məqsədlərinə çatmaqda və ya problemlərin həllində əhəmiyyətli dərəcədə daha uğurlu olurlar. Öyrənmə və inkişaf vəziyyətlərində son məhsulu və ya nəticəni mümkün qədər canlı təsəvvür etməklə özünü həvəslnirmək lazımdır.
•
3. Trans üsullar. Trans vəziyyət dərk edilməyən məlumatlara çıxışı genişləndirir və onun emalının yeni formalarını mənimsəməyə imkan verir. •
Belə üsullar digər özünüdərk üsullarına əlavə ola bilər, özünütənzimləmə, heterotənzimləmə, insanın sanogen