Qan haqqında nə bilirik?



Yüklə 0,64 Mb.
səhifə3/4
tarix02.02.2022
ölçüsü0,64 Mb.
#114082
1   2   3   4
Leykositlər

Leykositlər cəsur və döyüşkən hüceyrələrdir. Onlar insan bədəninə daxil olan xəstəliklərlə mübarizə aparır, yəni infeksiyalarla. İnsan xəstələnəndə onun orqanizminə çoxlu infeksiyalar daxil olur. Bu zaman leykositlər işə başlayırlar! Onlar sürətlə artır və çalışırlar ki, infeksiyalara mane olsunlar. Leykositlər bakteriyalara və viruslara möhkəmlənmək imkanını vermirlər.

Leykositlər üç növdə olurlar: qranulositlər, limfositlər və monositlər. Onlar müxtəlif üsullarla infeksiyalara mübarizə aparırlar.

Qranulositlər çox birbaşadırlar. İnsanın düşməni – infeksiya bədənə düşənə kimi, onlar birbaşa infeksiyalarla mübarizəyə “qaçırlar”. Yəqin insanın dərisində yara görmüsünüz, şişmiş və qızarmış. Bu, məhz qranulositlərin günahıdır! Onlar zədələnmiş yaraya daxil olur və infeksiya ilə mübarizəyə başlayırlar.

L imfositlər daha üsullu və ağıllıdırlar. Onlar başqa cür düşmənlə mübarizə aparırlar: bədənə infeksiyalar daxil olanda, limfositlər onlarla mübarizə maddələrini yaradırlar. Bu maddələr anticisimlər adlanırlar. Anticisimlərlə limfositlər infeksiyalarla mübarizə aparırlar və onları daha asanlıqla məğlub edirlər. Bundan əlavə, limfositlərin çox yaxşı yaddaşları var. Onlar infeksiyaları yaxşı yadda saxlayırlar. İnsan bədəninə tanış infeksiya daxil olanda, limfositlər dərhal onu tanıyırlar. Tanış infeksiya ilə mübarizə limfositlər üçün çətin deyil. Onlar daha asanlıqla məğlub edirlər.

Monositlər ən iri leykositlərdir. Monositlər insan bədəninə düşmüş bakteriyaları və virusları tutur və udurlar. Onlar bu yolla düşməni dərhal məhv edirlər.

Gördüyümüz kimi, leykositlər qorxulu infeksiyalara çox böyük müqavimət göstərirlər.Onlar insanı xəstəliklərdən qoruyurlar.


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin