Qanlı-qadalı illərin dəyərli abidəsi


Qacar kəndinin əhvalatı (1323-cü zilhiccə ayı)



Yüklə 0,63 Mb.
səhifə41/52
tarix11.01.2022
ölçüsü0,63 Mb.
#110982
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

Qacar kəndinin əhvalatı

(1323-cü zilhiccə ayı)


Erməni tayfası kəndlərdən bir neçə dəstələr yaradaraq Qacar kəndinin üstünə hərəkət etdilər. Qacar kəndinin yerləşdiyi ərazi təhlükəli idi. Çünki Qacar kəndi erməni kəndləri ilə əhatə olunmuşdu. Bu rayonda müsəlmanlar az idi. Ermənilər əvvəlcə kəndin kənarında yerləşən üç evə hücum edərək həmin evlərdən birinə və həyətlərdə yığılmış ot tayalarına od vurub yandırdılar. İki nəfər müsəlmanı şəhid etdilər, birini isə yaraladılar. Əhvalatdan xəbərdar olan kimi Qacar kəndinin əhalisi yaxşı tədarük etdikləri silahlarla silahlanaraq ermənilərin qarşısına çıxdılar və onları hər tərəfdən gülləyə tutdular. Atışma bir neçə saat davam etdi.

Ermənilərin Qacar kəndinə hücum etmələri haqqında xəbər tutan kimi ətraf müsəlman kəndlərindən çoxlu atlılar və piyadalar Qacar əhalisinin köməyinə gəldi. Köməyə gələn qüvvələrlə Qacar kəndinin döyüşən igidləri erməniləri mühasirəyə alaraq nərələr çəkib “A gədə, dur gəldim” deyir və onları gülləyə tuturdular. Qacar əhalisi kəndin içindən, köməyə gələn qüvvələr isə arxadan erməniləri qırmağa başladılar. Müsəlmanlar “Ya Əli!” nərəsi çəkə-çəkə onları Tağ və Tuğ kəndinə kimi qovdular. Hər tərəf erməni meyidləri ilə dolu idi. Çoxunun tüfəngi, tapançası, patron və patrondaşları yanlarında düşüb qalmışdı. Qacar kəndinin ətrafında 135 nəfər erməni yollarda və 265 nəfər isə çöllərdə öldürülmüşdü. Beləliklə də, ermənilərin Qacar kəndinə hücumu onlardan 400 nəfərin ölümü ilə nəticələndi.

Müsəlman dəstələri Qacar kəndinə hücum etmiş erməniləri məğlub etdikdən sonra sərsər küləyi kimi Dirəxtin kəndinin üstünə gəldilər. Burada olan ermənilərin bir qismi qaçıb canını qurtardı, ələ düşənlər isə qətlə yetirildi. Dirəxtin kəndindən sonra müsəlman dəstələri Əfşar kəndinə hücum etdilər. Burada olan ermənilərə lazımi zərbələr endirdikdən sonra Təcavirt binalarını və üç erməni dəyirmanını da dağıtdılar.

Bu əhvalatdan bir neçə gün keçdikdən sonra bir erməni gizlincə gəlib, Qacar müsəlmanlarına xəbər verdi ki, bizim ermənilərdən bir neçəsi geyimini dəyişərək kazak çinovniki paltarında gəlib sizin silahlarınızı yığmağa cəhd edəcəkdir. Onların məqsədləri budur ki, silahları yığdıqdan sonra tökülüb sizi qırsınlar. Amma Allah xatirinə, mənim adımı çəkməyin, çünki mənim buraya gəldiyimi qımdatlar bilsələr, nəslimi yer üzündən silərlər.

Müsəlmanlar onu arxayın etdilər. Bir neçə gündən sonra Qacar kəndinə bir general və yanında da neçə atlı kazak gəldi. General kəndin böyüklərini çağırıb əmr etdi ki, kənddə nə qədər tüfənginiz var, hamısını gətirib təhvil verin, əks təqdirdə kəndiniz top atəşilə viran ediləcək. Müsəlmanlar dörd tüfəng gətirib verdikdən sonra generala dedilər ki, bütün silahları toplayanadək buyurun içəridə əyləşin. General çinində olan və kazaklar atdan düşüb içəri girdilər. General təşəxxüslə bir hündür yerdə əyləşdi, kazaklar isə onun yanında ayaq üstə dayandılar. Müsəlmanlar isə bərkdən bir-birini səsləyərək deyirdilər:

- Ey kənd əhli, tüfənglərinizi yığın tez gətirin ki, general məəttəl olmasın.

Bir az keçdikdən sonra bir neçə nəfər əllərində tüfəng içəriyə girərək generalı və kazakları güllələyib öldürdülər. Onların silah və atlarına da sahib oldular.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin