Qanli-qadali iLLƏRİn dəYƏRLİ abiDƏSİ


Əvvəla, milli və şəri məsələlər üzrə məsləhətləşmələr aparmaq üçün yığıncaqlar azaddır. Bunun üçün icazə lazım deyil. 2



Yüklə 0,62 Mb.
səhifə29/56
tarix07.01.2022
ölçüsü0,62 Mb.
#83260
1   ...   25   26   27   28   29   30   31   32   ...   56
1. Əvvəla, milli və şəri məsələlər üzrə məsləhətləşmələr aparmaq üçün yığıncaqlar azaddır. Bunun üçün icazə lazım deyil.

2. Söz azadlığı. Yəni, özünə və millətinə əhəmiyyətli və xeyirli hesab etdiyin məsələləri danışmağa, yazmağa və çap etdirməyə icazə verilir.

3. Vicdan azadlığı. Yəni, istədiyin dinə və məzhəbə qulluq etmək.

4. Mal və can təhlükəsizliyi. Yəni, milyonlarca malın və mülkün olsa da, bir kəs heç bir haqla ona toxuna bilməz.

Elə ki, fərman oxunub qurtardı, qubernator əlini yuxarı qaldırdı. Camaat da onlara baxaraq əllərini və papaqlarını yuxarı qaldırdılar və sevinclə “Ura” çəkdilər. Ondan sonra cənab uçitel Mirhaşım bəy Vəzirzadə nitq etdikdən sonra, cənab axund Hacı molla Hüseyn Qazı hündür səslə bir dua oxudu. Dua başa çatan kimi Ağa Mirhaşım bəy hürriyət manifestinin elan edilməsi münasibəti ilə şəhərin fağır-füqərasına paylamaq üçün yüz manat pul verdi. Onun ardınca da əlli manat cənab qubernator iltifat etdi. Bir sıra əyanlar da bu xeyriyyə işinə qoşuldular. Bununla da bu təntənəli yığıncaq başa çatdı.

Bu yığıncaqdan iki gün sonra müsəlmanlarla erməniləri barışdırmaq üçün qubernator müşavirə çağırdı. Müşavirədə hər iki tərəfdən nümayəndələr çıxış edərək öz fikirlərini söylədilər və barışıq elan etdilər. Həmin günün səhərisi qubernator Gəncə şəhərinə getməyə hazırlaşırdı. Yüz nəfərəcən müsəlman cavanlarından atlılar silahlanmış halda qubernatorun faytonunu evdən müşayiət edərək qərargaha gəldilər. Bu zaman bir neçə erməni qərargaha gəlib müsəlmanlardan şikayət etdilər. Qubernator qəzəblə onlara baxıb acıqla dedi:

- Artıq mənə məlum olubdur ki, siz erməni tayfasının müsəlmanlar haqqında mənə dediklərinizin hamısı yalan və böhtandır. Bu şikayətlər bütünlüklə qərəzçilik və düşmənçilik məqsədi güdür.

Qubernator ermənilərin cavabını verdikdən sonra, müsəlman atlılarının müşayiəti ilə yola düşdü. Xan bağından bir az o tərəfə getdikdən sonra, faytonu saxlatdırıb müsəlman atlılarına artıq dərəcədə iltifatla razılıq edib, onların geri dönməsini məsləhət bildi. Atlılar qubernatorla xüdahafizləşib geri döndülər. Atlılar gurultu ilə şəhərə daxil olarkən ermənilər vəhşətə düşdülər. Onlar belə xəyal etdilər ki, bu atlı müsəlman erməni-müsəlman davasını təzələmək üçün kəndlərdən cəm olub davaya gəldilər. Mətləb aydın olandan sonra ermənilər sakitləşdilər.

Fitrə bayramı günü bütün alimlər, seyidlər və əyanlar məscidə toplaşıb ermənilərlə davada məzlum və şəhid olanlar üçün təziyə tutub Quran oxuyurdular. Bu zaman erməni xəlifəsi bir neçə keşiş və camaatın nümayəndələri ilə məscidə gəlib müsəlmanların bayramını təbrik etdilər, sülh və əmin-amanlıq yaratmaq üçün camaatla görüşüb qayıtdılar.



Əlavə: Şəvval ayının səkkizinci günü belə bir xəbər yayıldı ki, Dilicanda yol gələrkən Qərvənd tərəfdə dörd erməni öldürülüb. Odur ki, təhqiqat aparmaq üçün bir neçə müsəlmanı yoldan geri qaytarmışlar. Bu deyilən əhvalat baş verən gün ermənilər Yel dəyirmanı deyilən qayanın üstündən, aşağı yolla odun gətirən Xəlfəli bir müsəlmanı güllə ilə vurub, ölümcül yaralamışdılar. Müsəlmanlar onu gətirib Qalada öz xəstəxanalarına qoyduqdan sonra divana hadisə ilə bağlı məlumat vermişdilər.

Əlavə: Kərbəlayi Məhəmməd adlı bir yaxşı papaqçı var idi. O tikdiyi papaqların bir qismini aparıb erməni bazarında satardı. Ermənilərin namərdliklərindən yaxşı halı olan adamlar Kərbəlayı Məhəmmədi erməni bazarına getməkdən çəkindirməyə çalışırdılar. Mən özüm (M.M.Həvvab) iki dəfə onun erməni bazarına papaq apardığını görüb, məzəmmət etmiş və erməni bazarından əl çəkməsini ona təkrar-təkrar demişdim. Bu məsləhətləri qulaqardına vuran Kərbəlayi Məhəmməd həmin günün axşamı, yəni şəvval ayının 8-ci günü bir neçə papaq götürüb satmaq üçün yenə erməni bazarına gedir. Ermənilər onu bir hiylə ilə daldaya çəkib öldürmüş, cəsədini isə gizlətmişlər.

Əlavə: Yenə həmin gün ermənilərə xəbər gəldi ki, Turşsuyun yolunda müsəlmanlar iki erməni öldürüb, başlarını kəsiblər. Bu xəbəri eşidən kimi, bir dəstə erməni cavanı silahlanaraq fəryad çəkə-çəkə ermənilər öldürülən tərəfə yollandı. Bazarda alış-verişlə məşğul olan ermənilər bu fəryadı eşidən kimi həyəcanlı şəkildə dükanlarını bağlayıb meydana yığıldılar. Hər tərəfdən müxtəlif çağırış və haray səsləri gəlirdi. Rus tayfasından olan bir nəfər bu vəziyyəti görən kimi qaçıb divanxananın qabağına gəldi. Burada o, müsəlmanlara xəbər verdi ki, nə durmusunuz, ermənilər davaya hazırlaşırlar, bu saat sizin üzərinizə hücuma başlayacaqlar. Bu xəbəri müsəlmanlara çatdırdıqdan sonra həmin rus qoşun hazır olmaq üçün zəng çaldı.

Bu xəbəri eşidən müsəlmanlar dükanlarını bağlayıb silahlandıqdan sonra, səngərlərə qaçdılar və davaya hazır vəziyyət aldılar.

Ermənilər də kilsələrin damında, evlərdə və küçələrdə hazırladıqları səngərlərə doluşmuşdular.

Divan əhli əhvalatdan xəbərdar olan kimi bir dəstə əsgər götürüb, musiqi çala-çala erməni məhəlləsindən keçərək müsəlman məhəlləsindən bazara gəldilər. Camaat əhvalatdan xəbərdar olan kimi sakitləşərək hərə öz yerinə qayıtdı.




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin