Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə147/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   143   144   145   146   147   148   149   150   ...   228
ÖZ YUVAM YAXŞIDI
Bir gün şir meşədən çıxır, deer, gedim çayın o üzündəki meşi­yə. Görüm, nə var, nə yox! Şir çayı addıyır, gəlir bu tərəfdəki me­şiyə. Meşəni başdıır gəzməyə. Gəzir, bir ceyran görür, tutuf par­çalıyır. Yeer, yemədiin də saxlıyır yaanda. Bir tülkü gəlir, görür ki, şir yeməən yeyif, yarsı qalıf. Deef, ay şir, o ceyrannan ver mən də yeem dana. Deer, hə, gə, ye. Tülkü deef ki, yox qorxuram, duruf mə­ni yəərsən. Şir deyif, neyniyəh? Tülkü deer ki, gə əl-qolu bağ­lıyım, sonra yeyim. Şir deer, neynəh. Tülkü gəlir munun əlin-ayağın bağlıyır, ceyranı yeyir, durur əyağa. Şir deer ki, di yaxşı, burax məni, çıxım gedim. Tülkü deer ki, heylə şey yoxdu, mən getdim. Nəysə, tülkü gedir. Şir qalır bırda. Xeyli qalır, bir də görür kü, bir canavar gəlir. Canavar görür kü, şirin əlin-əyağın bağlıyıf­lar, zarıyır. Deer, ay şir, bu nədi? Niyə əlin-əyağın belə bağlıdı? Deer, bir tülkü gəldi bağladı, yeməyimi yedi, getdi, gə munu aş. Canavar əvvəl qorxur, qayıtmağ isdiir. Şir deer ki, qorxma saa dəy­mi­yəjəm. Canavar tumanın buluya-buluya açır şiri, qaçır. Şir durur əyağa, çayı keçif gəlir öz yuvasına, əvvəlki yerinə dana. Dosdarı yığışır başına, deellər, şir, nətəər oldu? Nejə yerdi, niyə qayıtdın? Şir deer ki, bir yerdə ki şirin qolun tülkü bağlıya, canavar aça, heç orda yaşamağa dəyməz. Heylə öz yuvam yaxşıdı.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin