Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə220/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   216   217   218   219   220   221   222   223   ...   228
TUT QOLUNDAN, DART
Neçə-neçə uşax əl-ələ tutup dayrə vurur. Bir nəfər də dayrə tutan uşaxların ortasında aşağı çöməlip, gözdərini yumur. Uşaxlar da əl-ələ tutuf onun başına fırranıllar. Fırrana-fırrana da bu sözdəri deyillər (nəğməyə yaxın avazla oxunur – top.).

Dilarənin anası,

Şəkərçörəh bişirir.

Hündürrüyü bu boyda,

Böyühlüyü bu boyda.

Qalx ayağa, qalx,

Ətrafına bax.

Kimi sevirsən,

Tut qolunnan, dart.

Bu sözdərdən sora ortada duran uşax ayağa qalxır, gözdərini açıf ətrafında dövrə vuran uşaxlardan birinin qolunnan yapışır. Bu dəfə də həmin uşax dövrə vuran uşaxların ortasında oturur. Beləcə, oyun davam eliyir. Ta ki, dövrə vuran uşaxların hamısı bir-bir ortada oturup qutarır.



QAZLAR-QAZLAR
Bir tərəfdə bir dəsdə uşax dayanır. Guya bunnar qaz dəsdə­sidi. Bir uşax da bunnardan xeyli aralıda dayanır. Bu uşax da bun­nar­dan xeyli aralıda dayanır. Bu uşax da guya qazdarın anasıdır. Ortada da bir uşax qurt (canavar) kimi dayanır ki, qazdarı yesin.

Qazdarın anası deyir:

– Qazdar-qazdar.

Qazdar (xorla):

– Nə var, nə var?!

Anası:


– Evə gəlin.

Qazdar:


– Evdə nə var?

Anası:


– Dən var, su var.

Qazdar:

– Nətəər gələh, yolda qurt var?!

Anası:


– Uça-uça.

Bu sözdən sora qazdar dəsdəynən qaça-qaça analarına tərəf gedillər. Qurt da bu heyndə qazdarın üsdünə cumup, birini tutmağa çalışır. Hansını tutsa, o, oyunnan çıxır. Beləcə oyun uşaxları qurt tutup qutarana kimi davam eliyir.


SÜMÜK-SÜMÜK
Gejə vaxdı yığılırdıx qız-gəlin. Bir sümüh tapırdıx, sora onu tulluyurdux. Gediv onu tapırdıx. Elə bil ki, iki dəsdə olurdux da. Daa kim tapırdı, o udurdu.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin