Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə84/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   80   81   82   83   84   85   86   87   ...   228
NAQİS TƏRBİYƏ
Bir arvad olur, bunun aman-zaman bir oğlu olur. Oğlu böyü­yür. Yeriyib-yüyürən vaxdına çatır. Günnərin bir günü bu oğlan əlində bir yumurta gətirib anasına verir ki, onu pişirib ona versin.

Anası soruşur:



  • Bunu hardan aldın?

  • Qonşunun ot tayasından toyux yuvası tapmışam, ordaydı, götürdüm.

– Əcəb elədin, sag ol, ay mənim ağıllı balam!

Ana sevincəy uşağın əlinnən yumurtanı alıp pişirir. Səhəri günü uşax çuxasının ətəyini yumurtaynan doldurup genə anasının yanına gəlir və deyir:



  • Ana, gör nə qədər yumurtadı, bir-iki gün bizə bəs eliyər!

Ana bu dəfə də uşağın başını sığallıyıb uşağının tənbehini eləməh əvəzinə üzünə gülür. Uşax sevinir. Elə bilir, yaxşı iş tutur. Nəsə, beləcə zaman keçir, vax dolanır, bu uşax həddi-buluğa çatır. Vurup-tutan bir oğul olur.

Bir gün arvada xəbər gəlir ki, bəs oğlunu tutuplar, divandadı, səni görməy isdiyir. Arvat yelətəh22 geyinir, başına-dizinə döyə-döyə yollanır divana. Görür kü, oğlunun əlləri kəndirlənip. Bir tə­rəfdə qazı durup, bir tərəfdə də oğlunun oğurradığı camışın saha­bı, o yanda da iki şahit durup. Qazı şahitdəri danışdırır.

Arvat tez oğluna baxır. Görür kü, oğlu başını salıb aşağı, peş­man-peşman ağlıyır. Arvat genə dizinə döyüb, ağlıyır. Nəsə şahit­dər, camışın yiyəsi hamı danışıp kutarannan sora, qazı oğlana son söz verir:

– İndi kimə nə sözün var, de, bunnan belə yolun qazamatdır.

Oğlan deyir:

– Mənim bu dünyada bircə anam var. Qazamata girməmiş izin verin, onun dilinnən öpüm.

Qazı işarə verir. Divan dayanır. Hamı susur. Oğlanın anası oğlunun yanına gedir. Boynunu qucaxlıyıb o üzünnən, bu üzünnən doyunca öpür. Soora dilini çıxardır ki, oğlu öpsün. Oğlan anasının dilini tişiynən üzür. Ananın fəryadı ərşə çıxır. Camahat bir-birinə qarışır. Arvadı oğlunun əlinnən alıllar. Qazı çaş-baş soruşur.

– Bala, sən neynədin? Niyə o zavallının dilini üzdün?!

Oğlu cavab verir:

– Mənim bura tüşməyimin baisi o dildi, vaxdında mən qonşu­dan bir yumurta gətirəndə mənə “sağ ol” demiyip, tənbeh eləsəydi, indi mən də bu həddə çatıb oğru olmazdım.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin