Qaydalar «Elektron imza və elektron sənəd haqqında»



Yüklə 374,13 Kb.
səhifə13/21
tarix07.01.2022
ölçüsü374,13 Kb.
#82771
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
9. Reyestrin aparılması
9.1. Reyestr mərkəzlər tərəfindən aparılan və onların gücləndirilmiş imzası ilə təsdiq edilən siyahıdır. Mərkəz “Sertifikatların reyestri”ni və “Ləğv edilmiş sertifikatların siyahısı”nı və digər siyahıları (məsələn, “delta” siyahı) aparır.

9.2. Reyestrin tərkibinə aşağıdakı məlumatlar daxil edilir:

- sertifikatın seriya nömrəsi;

- imza sahibi barədə məlumatlar;

- sertifikatın qüvvədə olduğu müddət (müddətin başlandığı və qurtardığı vaxt, tarix);

- sertifikatın qüvvəsinin dayandırılması və ya ləğv edilməsi, tarixi və səbəbi.

9.3. Reyestr və siyahılara müraciət imkanı 7 gün 24 saat ərzində təmin edilməlidir.

9.4. Qüvvədə olan, qüvvəsi dayandırılmış və ləğv edilmiş sertifikatların siyahılarının yeniləşdirilməsi 3 saatdan gec olmayaraq, avtomatik yerinə yetirilməlidir.

9.5. Sertifikatın verilməsi sorğusunun daxil olması ilə Mərkəzdə reyestrə məlumatların daxil edilməsi arasındakı müddət 72 saatdan, akkreditə edilmiş Mərkəzdə isə 24 saatdan çox olmamalıdır.

9.6. Mərkəz qüvvədə olma müddəti başa çatmış sertifikatları reyestrdən çıxarmalı və arxivə verməlidir.

9.7. Reyestrlərin aparılması zamanı aşağıdakılar təmin olunmalıdır:

reyestrə məlumatlar yalnız müvafiq səlahiyyətli işçilər tərəfindən daxil edilməlidir;

məlumatlarda icazəsiz dəyişiklik edilməməlidir;

icazəsiz müdaxilənin qarşısının alınması üçün tədbirlər görülməlidir.

9.8. Reyestrlərin aparılma proseduru mərkəzlərin fəaliyyətini tənzimləyən sənədlərdə nəzərdə tutulmalıdır.


Yüklə 374,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin