Qaydalar Fəsil 1 Əsas qaydalar Maddə Mülki məhkəmə icraatı haqqında qanunvericilik



Yüklə 1,4 Mb.
səhifə21/302
tarix07.01.2022
ölçüsü1,4 Mb.
#84866
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   302
Maddə 26. Mübahisələrin inzibati-iqtisadi məhkəmələrə aidiyyəti 

 

26.1. İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir.



26.2. İnzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə bu Məcəllənin 26.1-ci maddəsində göstərilən subyektlər arasındakı aşağıdakı mübahisələr aiddir: 

26.2.1. qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və yaxud tərəflərin razılığı ilə ixtilafın inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr

26.2.2. müqavilələrin dəyişdirilməsi və ya ləğv olunması barədə mübahisələr;

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb// 

26.2.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr;

26.2.7. hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr;

26.2.8. vergi ödəmələri barədə, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə mübahisələr.

26.3. İnzibati-iqtisadi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxa bilər. 

//çıxarılıb////çıxarılıb//

//çıxarılıb//

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin