Qaydalar Fəsil 1 Əsas qaydalar Maddə Mülki məhkəmə icraatı haqqında qanunvericilik


Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri



Yüklə 1,4 Mb.
səhifə227/302
tarix07.01.2022
ölçüsü1,4 Mb.
#84866
növüQaydalar
1   ...   223   224   225   226   227   228   229   230   ...   302
Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri

 

Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 

 

Maddə 365. Ümumi şərtlər

 

Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.



 

Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması

 

366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 



366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

 

Maddə 367. Apellyasiya şikayətinin rəsmi qaydada verilməsi, apellyasiya şikayətinə etiraz və apellyasiya şikayətinə dair izahatların verilməsi

 

367.1. Əgər apellyasiya mümkün hesab edilirsə, məhkəmə əks tərəfə  apellyasiya şikayətini və ona əlavə edilən sənədləri rəsmi qaydada verir. 



367.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra  20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. 

367.3. Etiraz və izahat işdə iştirak edən şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən imzalanmış etiraza və ya izahata onların işi aparmaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir.

367.4. Etiraza və ya izahata əvvəllər birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri izah olunmaqla, başqa sənədlər də əlavə edilə bilər.

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin