“qirx” KƏLMƏSİ haqqinda qirx iNÇƏLİK



Yüklə 4,6 Mb.
səhifə42/53
tarix04.01.2022
ölçüsü4,6 Mb.
#56229
1   ...   38   39   40   41   42   43   44   45   ...   53
3


DUA


1-İnsanın çətinliklərinin həll olunması üçün öz Rəbbini çağırıb Ondan kömək diləməsinə “dua” deyilir. Dua həm Allah-taalanın Qurani-kərimdə, həm də on dörd məsumun çoxlu tövsiyə etdikləri ən gözəl əməllərdən biridir.

2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: Mənə dua edin, Mən sizin dualarınızı qəbul edim!”465

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dua möminin silahı, dinin sütunu, yer və göylərin nurudur.”466

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ən fəzilətli ibadət duadır.”467

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yer üzündə Allah üçün təqdim olunan ən sevimli əməl – duadır.”468

6-İmam Əli (ə) buyurmuşdur: “Allah-taala yanında, yer üzündə əməllərin ən sevimlisi dua, ibadətlərin ən yaxşısı isə iffətdir.”469

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dua xoşagəlməz hadisələri və bəlanı dəf edir.”470

8-İmam Sadiq (ə) buyurmuşdur: “Öz xəstələrinizi sədəqə verməklə müalicə edin, bəlaları dua ilə dəf edin.”471

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dua hər bir dərdin dərmanıdır.”472

10-İmam Əli (ə) buyurmuşdur: “Beş yerdə dua etməyi qənimət sayın: 1-Quran oxunanda. 2-Azan vaxtı. 3-Yağış yağan vaxt. 4-Cihad cərgələrində şəhadətə hazırlaşan vaxt. 5-Məzlumun dua etdiyi vaxt; çünki onun duasının tez qəbul olması üçün ərşin altında heç bir pərdə (maneə) yoxdur.”473

11-İmam Əli (ə) buyurmuşdur: “Hər kəsə dörd şey əta olunsa, dörd şeydən məhrum olmaz: 1-Hər kəsə dua etmək (qüdrəti) əta olunsa, onun qəbul olunmasından məhrum olmaz; 2-Hər kəsə tövbə etmək əta olunsa, (tövbənin) qəbul olunmasından məhrum edilməz; 3-Hər kəsə istiğfar etmək əta olunsa, məğfirətdən məhrum olmaz; 4-Hər kəsə şükür etmək nəsib olarsa, nemət bolluğundan məhrum edilməz.”474

12-İmam Sadiq (ə) uzun bir məktubda öz şiələrinə buyurur: “Allah-taala möminlərin (bu dünyada) etdikləri duaları qiyamətdə onların yaxşı əməllərinə çevirər və bununla da behiştdə onlara daha yaxşı yerlər verər.”475

13-İmam Sadiq (ə) buyurmuşdur: “Əsla duadan qafil olmayın (amandır, duanı unutmayın); çünki heç bir şey sizi Allah dərgahına dua kimi yaxınlaşdıra bilməz.”476

14-İmam Əli (ə) buyurmuşdur: “Çox hallarda ola bilsin ki, sən (Allahdan) bir şey istəyəsən, Allah da onu sənə verməsin, amma əvəzində ondan yaxşı bir şey nəsib etsin.”477




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin