Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə103/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   99   100   101   102   103   104   105   106   ...   116
170 suala cavab

Lovğa-lovğa, 
təkəbbürlə yeriyən adama yer, yerin altında yatanlar və 
üstündə gəzənlərin hər biri lənət oxuyur
».
3
.
Başqa bir hədisdə Həzrət (s) buyurur: «
Geydiyi libasla 
lovğalanan insanı, Allah-təala cəhənnəm kənarında 
1
İmam Sadiqin (ə) kəlamları, «Vəsailüş-şiə», 12-ci cild, səh.225.
2
«Loğman» surəsi, ayə 18-19.
3
«Səvabul-əmal».
137


yerin təkinə endirib, Qaruna yoldaş edər. Çünki 
təkəbbürün bünövrəsini Qarun qoyub
»
1
.
Bir hədisdə nəql olunur ki, Həzrət (s) yoldan 
keçərkən, adamların bir dəlinin başına toplandığını 
gördü və buyurdu: «Əsl dəli, təkəbbürlə yol yeriyən 
insandır
».
Sual 149:
Susmaq nə vaxt qızıl deyil?
Cavab:
El arasında «danışmaq gümüşdürsə, susmaq 
qızıldır» məsəli, İslam dinində sükuta verilən dəyəri bir 
daha təsdiq edir. İmam Sadiq (ə) buyurur: «
Sükut, 
düşüncə rahatlığının əsasıdır
». İmam Əli ibni Musa ər-
Riza (ə) isə belə buyurur: «
Elm, helm və sükut, düşüncə 
əlamətidir. Sükut hikmət qapılarından biridir
»
2
.
Natiqin çıxış etdiyi məclisdə, müəllimin danışdığı sinif 
otağında sakitliyə riayət olunması zərurəti hamı tərəfindən 
qəbul olunmuşdur. Məlum məsələdir ki, insan danışa-
danışa dinləmək qabiliyyətindən məhrumdur. Müəllim dərs 
gedişində sakit oturmayan şagirdi qaldırır və soruşur ki
mən nədən danışırdım? Təbii ki, şagird cavab verə bilmir. 
Ətrafda baş verənləri anlamaq üçün sükut zəruri şərtdir. 
Bəs insan danışa-danışa düşünə bilərmi? Əlbəttə ki, 
yox! Demək, həyat çətinliklərini ilk əvvəl düşüncə ilə 
aradan qaldırmalı olan insan, sükuta möhtacdır!
Amma əgər qızıl ən qiymətli şeydirsə, sükut həmişə 
qızıl deyildir. Özünüz düşünün, bəşəriyyəti ilahi elmlə 
zinətləndirən peyğəmbərlər, zalım padşahların zülmünü 
ifşa edən natiqlər, elmin sirlərini övladlarımıza öyrədən 
müəllimlər sussaydı, dünya nə vəziyyətə düşərdi?! Bəli, 
1
«Səvabul-əmal».
2
«Vəsail», 8-ci cild, səh. 532.
138


zəruri olmayan sözü udub susmaqla bərabər, həqiqəti 
dünyaya izhar etmək də qızıldır!

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin