Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Sual 150: Bətndəki körpənin oğlan və ya qız olacağını  əvvəlcədən təyin etmək olarmı? Cavab



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə104/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   100   101   102   103   104   105   106   107   ...   116
170 suala cavab

Sual 150:
Bətndəki körpənin oğlan və ya qız olacağını 
əvvəlcədən təyin etmək olarmı?
Cavab:
«Loğman» surəsinin 34-cü ayəsinə əsasən, beş 
sahə haqqında bilik yalnız Allaha məxsusdur və bəşər 
övladı üçün bu elmlər müəssər deyil. Bu beşliyə daxildir: 
1. Qiyamətdən xəbərdarlıq;
2. Yağış;
3. Ana bətnində körpə;
4. Gələcək;
5. Ölüm yeri.
«Nəhcül-bəlağə»də nəql olunur: «Bir gün Əli (ə) 
gələcəkdə baş verəcək hadisələrdən danışarkən, yaxın 
adamlardan biri soruşdu: «
Ey Əmirəl-möminin, sən qeyb 
elmi ilə tanışsanmı?». Həzrət (ə) gülümsəyərək cavab 
verdi: «Dediklərim qeyb elmindən deyil. Qeyb elmi 
yalnız qiyamət elmidir. Allah-təala bətndəki körpənin 
oğlan və ya qız, gözəl və ya çirkin, xoşbəxt və ya 
bədbəxt olacağını bilir. Məhz bunlar yalnız Allahın 
bildiyi qeyb elmlərindəndir. Qalanını isə, Allah öz 
rəsuluna, Onun rəsulu isə mənə öyrədib...
».
Yaşadığımız elmi-texniki tərəqqi dövründə ana 
bətnindəki körpə və yağış haqqında proqnozlar verilir. Bəli, 
məhz proqnoz! Proqnoz isə həqiqətə çevrilməyə də bilər. 
Proqnoz ilkin məlumatlar olmadan verilə bilməz. Məsələn, 
hazırda yalnız formalaşmış körpə haqqında proqnoz verilir. 
Hansı ki, Allah-təalanın bu sahədəki biliyi vaxtla şərtlənmir. 
Allah üçün körpənin 10 günlük və ya iki aylıq olmasının 
heç bir fərqi yoxdur.
139


Yağış haqqında proqnoz verilir. Bu proqnoz yalnız 
yağışdan bir neçə gün əvvəl verildikdə özünü doğruldur. 
Allahın elmində isə yayda qışın, qışda yayın yağıntıları son 
dəqiqliyinədək məlumdur. 
Sual 151:
Göz yaşları ölüm mələyini geri qaytara 
bilərmi?
Cavab:
Qurani-kərimin müxtəlif ayələrinə əsasən
Allah-təala dünya işlərini mələklər vasitəsi ilə 
gerçəkləşdirir. Bu mələklərdən bir qrupu ruh alan 
mələklərdir. Onların aparıcısı «ölüm mələyi»dir.
Peyğəmbər (s) buyurur: «

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin