Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə106/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   102   103   104   105   106   107   108   109   ...   116
170 suala cavab

Rəbbin səni uca məqama qaldıra
». 
«Səcdə» surəsinin 16-cı ayəsində oxuyuruq: «
Onlar 
ibadət üçün yataqlarından qalxar
».
İmam Baqir (ə) buyurur: «Oruc alov qarşısında sipər 
olar, sədəqə günahları məhv edər və gecə oyanıb ibadət 
edən insanı Allah yad edər
»
1

Bəli, gecənin əsrarəngiz mənzərəsi, eləcə də, sükutu 
insan təfəkkürünü oyadır. İnsan bütün bu incəliklərin 
xaliqinə yol axtarır. 
Dərdsiz insan yoxdur. Gecənin yarısı dərdini Allahdan 
başqa kimə deyəsən?! Dostların, qohumların qapısı bağlı, 
idarələrin qapısında qıfıl! Yalnız bir olan Allahın qapısı 
açıq! Bəli, belə bir məqamda ibadət yuxudan üstündür!
Sual 153:
Axirət əzabı var ikən, dünya əzabına nə 
hacət?
Cavab:
Əgər insan dünya həyatında imtahana çəkilib 
axirətdə mühakimə olunursa, dünyadakı bəlaların məntiqi 
nədir? «Səcdə» surəsinin 21-ci ayəsində buyurulur: «
Biz ən 
1
«Üsuli-kafi».
141


böyük əzabdan əvvəl, onlara mütləq dünya əzabından 
daddıracağıq. Bəlkə, geri dönələr
».
Bəli, peyğəmbərlər göndərilir, kitablar nazil olur, nemət 
verilir,
bəlalar 
gəlir.
Amma 
bütün 
bunlardan 
faydalanmayan insanların son mənzili, yalnız və yalnız 
cəhənnəmdir.
Əgər ətrafa nəzər salsaq, bir çox insanların məhz dünya 
əzabından nəticə çıxararaq, doğru yola gəldiyinə şahid 
olarıq. Nəfsin hakimiyyəti altında qarşılaşdıqda, dayanıb 
düşünür. Eyş-işrətə qərq olmuş cəmiyyət müdhiş bir zəlzələ 
qopan andaca, bir ağızdan «Allah»-deyə fəryad qoparır. 
Elm və məntiqlə həqiqəti tapmağa həvəs göstərməyənlər 
əzabla üzləşən kitmi, düşünməyə başlayır.
Dünya əzabı olmasaydı nə olardı? Allah-təala 124 min 
peyğəmbər göndərib millətləri doğru yola çağırmaqla 
kifayətlənsəydi, dünya nə kökə düşərdi? Təsəvvür edin ki, 
bir cəmiyyətdə qanunlar təbliğ olunur, amma qanunu 
pozanlar cəzalandırılmır. «Oğurluq etməyin» deyilir, amma 
oğurluğun qarşısı alınmır. Bu cəzasızlıq oğurluğa rəvac 
vermirmi? Günahkarların cəzalandırılması, başqaları üçün 
ibrətdir və ümumiyyətlə, cəmiyyətin xeyirinə yönəldilmiş 
bir tədbirdir. 
Allah-təala günahkarı cəzalandırmaqla onu islah 
olmağa, başqalarını isə ibrət götürməyə çağırır və belə bir 
əzab, bəşəriyyət üçün olduqca zəruridir.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin