Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Cavab: Allah-təala buyurur: « (Məhəmməd) Allahın



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə108/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   104   105   106   107   108   109   110   111   ...   116
170 suala cavab

Cavab:
Allah-təala buyurur: «
(Məhəmməd) Allahın 
rəsulu və peyğəmbərlərin sonuncusudur
»
2

Əlbəttə ki, ayə və hədislər yalnız mömin müsəlmanlar 
üçün mötəbərdir. Peyğəmbərlik eşqinə düşmüş fırıldaqçıları 
isə, yalnız elm və məntiq yolu ilə susdurmaq olar. Belə ki, 
heç bir peyğəmbər göndərildiyi cəmiyyətdə dəlil-sübutsuz 
qəbul olunmamışdır. Buna görə də, bu eşqə düşənlər öz 
peyğəmbərliklərini sübuta yetirmək üçün aşağıdakı 
tələblərə cavab verməlidirlər: 
1. Bütün peyğəmbərlər möcüzə ilə göndərildiyindən
iddiaçı öz möcüzəsini göstərməlidir;
2. Bütün peyğəmbərlərin gəlişi özündən əvvəlki 
peyğəmbər tərəfindən xəbər verilmişdir; 
İsa (ə) və onun gətirdiyi İncildə həzrət Məhəmməd (s) 
haqqında xəbərlər vardır. İddiaçı öz peyğəmbərliyinin 
sübutu üçün Qurandan dəlil gətirməlidir (Hansı ki, 
«Əhzab»
surəsinin 
40-cı 
ayəsində 
«
Məhəmməd 
peyğəmbərlərin sonuncusudur
»-deyə buyurulur).
3. Peyğəmbər öz dövrünün ən inkişaf etmiş elm 
sahəsində hamıdan üstün olmalıdır; 
Necə ki, Musa möcüzədə, İsa tibbdə, Məhəmməd (s) 
məntiq və hikmətdə birinci idi.
4. Peyğəmbər cəmiyyətin bütün problemlərinin həlli 
yolunu göstərməyi bacarmalıdır;
5. Peyğəmbər zorakı hakimiyyətə qarşı çıxıb, ictimai 
ədalətin bərpasına çalışmalıdır;
6. Peyğəmbərin dininə hamıdan əvvəl onun ən yaxın 
adamları iman gətirməlidir və s.
Sual 156:
İslam peyğəmbərinin zövcələrinin sayının 
fəlsəfəsi nədir?
2
«Əhzab» surəsi, ayə 40.
144


Cavab:
Həzrət Məhəmmədin (s) bir yox, bir neçə 
qadınla evlənməsi, bir sıra ictimai-siyasi çətinliklərin həlli 
məqsədini daşımışdır. Həzrət öz peyğəmbərliyini elan 
etdiyi zaman tək-tənha idi və onun risalətinə çox az adam 
iman gətirmişdi. Təbii ki, xürafatın hakim olduğu həmin 
cəmiyyətdə əksər qəbilələr onun risalətinə müxalif 
mövqedə dayanmışdılar. Həzrət Peyğəmbər (s) düşmənin 
müqavimətini qırmaq üçün icazə verilmiş bütün yollardan 
istifadə edirdi. 
Həzrət (s) yalnız bir bakirə qızla ‒ Aişə ilə evlənmişdir. 
25 yaşlı gənc, 40 yaşlı dul qadınla ‒ Xədicə (s.ə.) evlənmiş və 
53 yaşınadək yalnız, bu qadınla nikahda olmuşdur.
Öz dövrünün cahil adət-ənənələrini sındırmaq üçün 
dul Zeynəblə evlənən Peyğəmbər, bakirə qızlarla da ailə 
həyatı qura bilərdi.
Tarixçilər həzrət Məhəmmədin (s) zövcəsi sayılan 
qadınların əksəriyyətinin onunla cinsi yaxınlıqda 
olmadığını bildirirlər. Hətta bəzi qəbilələr öz qızını Həzrətə 
nişanlamaqla kifayətlənmiş və bunu özləri üçün böyük fəxr 
hesab etmişlər.
İkinci bir tərəfdən, sonsuz olmayan Peyğəmbərin (s) nə 
üçün az sayda övladı olmalı idi. Həmin dövrdə, adətən, 
övladla nəticələnən cinsi yaxınlıq, Həzrət (s) üçün önəmli 
deyildi. Önəmli olan, bu izdivaclar vasitəsi ilə qəbilələri 
İslama gətirmək, cəmiyyətdə əlaqələri möhkəmlətmək idi.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin