Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Sual 19: Zina etməyə icazə varmı? Cavab



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə12/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   8   9   10   11   12   13   14   15   ...   116
170 suala cavab

Sual 19:
Zina etməyə icazə varmı?
Cavab:
Ayə və hədislərdə zinanın böyük günahlardan 
olduğuna kifayət qədər dəlil vardır. Ümumiyyətlə, bəşər 
tarixi boyu bu əməl ən çirkin əməllərdən hesab 
olunmuşdur.
«Əl-minar» təfsirində belə bir rəvayət nəql olunur: 
«Böyük bir məclisdə cavan bir oğlan ayağa qalxıb, həzrət 
Məhəmmədə (s) belə bir sual verdi: «Mənə icazə verərsənmi 
zina edim?». Məclisdən onun bu sualına etiraz səsləri 
ucaldı. Amma həzrət Peyğəmbər (s) mülayimliklə onu 
yaxına çağırıb, qarşısında əyləşdirdi və məhəbbətlə 
soruşdu: «Əgər bir şəxs sənin anan və ya bacınla zina etmək 
17


istəsə, razı olarsanmı?». Gənc «razı olmaram» dedi. Həzrət 
sözünü belə sona yetirdi: «Bil ki, xalq da onun qızları ilə 
zina edilməsinə razı deyildir».
Sual 20:
Yalançı peyğəmbəri necə tanımalı?
Cavab:
Peyğəmbərlik bir qrup pak insana əta olunmuş 
böyük ilahi məqamdır. Peyğəmbərlər bəşəriyyətin doğru 
yola hidayəti üçün göndərilmiş elçilərdir.
Əgər bir şəxs tibb elmindən anlayışı olmadığı halda 
həkimlik iddiasına düşüb bir neçə insanın həyatına son 
qoyursa, yalançı peyğəmbər bütün bəşəriyyəti dünya və 
axirət əzabına sürükləyir. On dörd əsr əvvəl həzrət 
Məhəmmədin (s) risaləti ilə peyğəmbərlik missiyası başa 
çatsa da, yalançı peyğəmbərlər bu gün də yağışdan sonra 
göbələk kimi baş qaldırmaqdadırlar. Bəs onları necə 
tanımalı və necə ifşa etməli?
Unutmayaq ki, nə zamansa öz peyğəmbərliyini elan 
etmiş Musa, İsa, Məhəmməd (s) və sair peyğəmbərləri 
cəmiyyət 
sualla 
qarşılamışdır.
Onlardan 
peyğəmbərliklərinin sübutuna dəlillər istənilmişdir. Musa 
öz möcüzəli əsası, İsa ölüləri diriltməsi, Həzrəti Məhəmməd 
(s) Quranın ecazı və şəqqül-qəmər kimi hadisələrlə bütün 
şübhələri aradan qaldırmışlar. «İsra» surəsinin 88-ci 
ayəsində buyurulur: «

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin