Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


(Ya  peyğəmbər) Onlar özlərinə zülm etdikləri zaman



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə17/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   13   14   15   16   17   18   19   20   ...   116
170 suala cavab

(Ya 
peyğəmbər) Onlar özlərinə zülm etdikləri zaman, 
dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq 
diləsəydilər və peyğəmbər də onlar üçün əfv istəsəydi, 
əlbətdə, Allahın tövbələri qəbul edən və mərhəmətli 
olduğunu bilərdilər
».
Sual 28:
Çoxluq həmişə haqlıdırmı?
Cavab:
Bəzən eşidirik: əgər spirtli içki pisdirsə, nə üçün 
dünyada böyük əksəriyyət ondan istifadə edir? 
«Maidə» surəsinin 100-cü ayəsində Allah-təala buyurur: 
«
Ya peyğəmbər, de ki, murdar şeyin çoxluğu səni 
heyrətə gətirsə belə, murdarla pak bir ola bilməz
».
Bəşər tarixi boyu mübahisəsiz qəbul olunan 
məsələlərdən biri də, kəmiyyət və keyfiyyət anlayışlarının 
bir-birindən asılı olmamasıdır. Bununla belə, cahil insanlar 
öz batil fikirini sübuta yetirmək üçün çoxluğu dəlil gətirir. 
Bu nadan dəstənin fikirincə, əgər çoxluq spirtli içki içərsə, 
demək spirtli içkilər pis deyil və sən də içə bilərsən; əgər 
24


əksəriyyət faizlə pul götürüb, faizlə pul verirsə, demək 
sələm pis deyil və sən də sələmçi ola bilərsən və s. Hansı ki, 
çoxluğun rəyinə tabe olub, həqiqətdən yan keçmək 
münafiqlərə məxsus sifətdir.
Kor-koranə çoxluğa tabeçilik, batilə haqq donu 
geyindirir 
və 
həqiqət 
unudulur.
Bəşəriyyətin 
bədbəxtçiliklərinin əsas səbəblərindən biri də, məhz bu 
düşüncə tərzidir. «Ənam» surəsinin 116-cı ayəsində 
oxuyuruq: «
Əgər sən yer üzündə olanların əksəriyyətinə 
itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. 
Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar
».
Sual 29:
İnsanları haqqa dəvət edib, batildən 
çəkindirmək vacibdirmi?
Cavab:
«Maidə» surəsinin 105-ci ayəsində oxuyuruq: 
«

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin