düşərkən, Əlini (ə) öz yerində qoydu. Əli (ə) ərz etdi:
«Məni uşaqlar və qadınlar arasında qoyursan?». Həzrət
peyğəmbər buyurdu: «Razı deyilsənmi ki, Harun Musa
üçün necə idisə, sən də mənim üçün elə olasan?!
»
1
.
Hədislərdə qeyd olunur ki, bir gün Müaviyə Sədə dedi:
«Nə üçün Əliyə lənət oxumursan?». Səd dedi: «Həzrət
peyğəmbərin Əli (ə) haqqında buyurduğu üç şey yadıma
düşür və lənət deyə bilmirəm». Sonra Səd uyğun mənzələt
hədisində həzrət Peyğəmbərin (s) buyurduğu cümləni və
daha başqa iki kəlamı zikr edir.
Başqa bir rəvayətdə nəql olunur ki, Ömər ibni Xəttab
bir kişinin Əliyə (ə) lənət oxuduğunu görür. Kişiyə deyir:
«Zənnimcə, sən münafiqsən. Çünki həzrət Peyğəmbər (s)
Əlinin haqqında belə buyurub: «Harun Musa üçün hansı
məqamdaydısa, Əli də mənim üçün həmin məqamdadır»
2
.
1
«Səhihi-Buxari», 6-cı cild, səh.3.
2
«Tarixe-Bağdad», 7-ci cild, səh. 452.
32
Sual 38:
İnsan heyvana çevrilə bilərmi?
Cavab:
«Əraf» surəsinin 166-cı ayəsində buyurulur:
«
Qadağan olunmuş işə saymazyana münasibət
bəslədikləri vaxt, onlara əmr etdik: «Zəlil meymunlara
dönün!
».
Müxtəlif ayələrdən məlum olur ki, yolunu azmış
tüğyançı tayfaları Allah-təala müxtəlif cür cəzalandırır.
Yuxarıdakı ayə, bir qrup azğın insanın cəza olaraq heyvana
döndərildiyini xəbər verir. Burada insanın ruhən, yoxsa
cismən heyvanlaşmasından söhbət gedir. Elmi nöqteyi-
nəzərdən insanın cismən heyvana dönməsi qeyri-
mümkündür. Həyat şəraitinin dəyişməsi təsiri altında,
orqanizmdə yeni bioloji əlamətlər yarana bilər. Mutasiya
adlanan bu dəyişmə, orqanizmi qismən dəyişə bilər.
Demək, insanın heyvana çevrilməsi, yalnız möcüzə yolu ilə
mümkündür.
Amma təfsirçilərin kiçik bir hissəsi bu fikirdədirlər ki,
uyğun ayədə söhbət ruhən heyvanlaşmadan gedir. Onlarla
razılaşmayan əksər təfsirçilər, belə bir hadisənin təkamül
qanununa zidd olduğunu aşkar edirlər. Onlar bildirirlər ki,
təkamül qanunu, təkamül prosesini keçən orqanizmə
aiddir. Hansı ki, həyatda istisnalar vardır. Məsələn,
yaşıdları inkişafda olan bir yeniyetmə, hansısa bir xəstəlik
ucbatından cılızlaşa bilər.
Rəvayətlərdən aydın olur ki, həmin heyvana
döndərilmiş insanlar, yalnız bir neçə gün yaşaya bildilər.
Əgər nəzərə alsaq ki, təkamül prosesinə uyğun gəlməyən
bütün hadisələr davamsız olur (məsələn, iki başlı insan və
heyvanlar çox az yaşayır), demək qəzəbə düçar olmuş
həmin insanlar cismən meymuna döndərilmişlər.
33
|