Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Gözlərin heyrətdən bərələcəyi, ay tutulacağı, günəşlə



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə25/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   21   22   23   24   25   26   27   28   ...   116
170 suala cavab

Gözlərin heyrətdən bərələcəyi, ay tutulacağı, günəşlə 
ay birləşəcəyi zaman ‒ məhz o gün insan «qaçıb 
qurtarmağa yer haradadır», soruşacaq. Xeyir, heç bir 
sığınacaq olmayacaq. O gün duracaq yer, ancaq Allahın 
huzurudur!
». 
Sual 41:
Peyğəmbər (s) qeyb aləmindən xəbərdar 
idimi?
Cavab:
Məhdud mütaliəli bir qism insan bəzən bir 
ayəni oxumaqla nəticə çıxarır. Belə ayələrdən biri də, «Əraf» 
surəsinin 188-ci ayəsidir. Ayədə deyilir: «Əgər qeybi 
bilsəydin, sözsüz ki, daha çox xeyir tədarük edərdin və 
mənə pislik də toxunmazdı». Bu ayə həzrət Məhəmmədin 
(s) dilindən buyurulur. Amma ayədən bu nəticə çıxmır ki, 
peyğəmbər qeyb aləmindən tamamilə xəbərsiz idi. Sadəcə 
olaraq, peyğəmbərin bu sahədəki biliyi məhdud idi. O, bu 
barədə Allah-təalanın öyrətdiyi qədər bilirdi. «Cin» 
surəsinin 26, 27-ci ayələrində oxuyuruq: «Qeybi bilən 
1
«Əraf» surəsi, ayə 187.
35


ancaq Allahdır və öz qeybini kimsəyə əyan etməz
bəyənib seçdiyi peyğəmbərdən başqa!». 
Peyğəmbərlər həm maddi, həm də mənəvi cəhətdən 
cəmiyyətə rəhbərlik etməyə vəzifəli olduqlarından, onların 
bir sıra biliklərə ehtiyacı labüddür. Bu sahədə qeyb 
aləmindən biliyə nə qədər ehtiyacları vardırsa, o qədər də 
bilirlər. Qeyb aləmindən məlumatı olmayan şəxs, öz 
dövrünün rəngini alır və onun bilikləri başqa bir zaman və 
şərait üçün yetərsiz olur. Buyuruqları dünya həyatının 
sonunadək eyni təsirdə qalan həzrət Məhəmməd (s), heç 
şübhəsiz, qeyb aləmindən xəbərdar idi. Dünyəvi rəhbərlərin 
isə, yalnız öz dövrü və öz şəraitində təsirli olduğu göz 
qabağındadır. 
Sual 42:
Quran oxunan zaman susub, onu dinləmək 
vacibdirmi?
Cavab:
Bu barədə Quranda buyurulur: «

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin