Cavab:
İslam dinində iman gətirdikdən sonra küfr
edən insana mürtəd deyilir. Kitab əhlinə bir o qədər də sərt
münasibət göstərməyən İslam, İslamı qəbul etdikdən sonra
atan mürtədə olduqca kəskin yanaşır. Çünki bu böyük
günah bütün İslam dünyasına qarşı qaldırılmış qiyamdır və
cəmiyyəti parçalayır.
Müsəlman ata və müsəlman anadan doğulmuş bir şəxs
dindən çıxarsa, onun tövbəsi zahirən qəbul deyildir. Amma
valideynləri müsəlman olmayan bir şəxs dini qəbul edib
sonra dindən çıxarsa, tövbəsi qəbuldur.
Görəsən, bu iki şəxs arasında nə üçün fərq qoyulur?
Əvvəlcə onu qeyd edək ki, İslam dini məntiq əsasında
qəbul olunmalıdır. Müsəlman ailədə doğulmuş şəxs İslam
dininin əsaslarından xəbərdar olduğu üçün onun dindən
çıxması məlumatsızlıq yox, xəyanət hesab olunur. Amma
dini sonradan qəbul etmiş şəxs, bilməməzlik ucbatından
səhv edə bilər.
Sözsüz ki, təzyiq altında dindən çıxdığını deyən şəxs,
qəlbən dinindən dönməyibsə, mürtəd hesab olunmur.
Dostları ilə paylaş: