Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Sual 133: Qurani-kərim nə üçün bir dəfəyə yox,  tədricən nazil olub? Cavab



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə92/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   88   89   90   91   92   93   94   95   ...   116
170 suala cavab

Sual 133:
Qurani-kərim nə üçün bir dəfəyə yox
tədricən nazil olub?
Cavab:
İslami rəvayətlərə əsasən, Quran iki dəfə nazil 
olmuşdur: birinci dəfə Qədr gecəsində tam şəkildə, ikinci 
dəfə iyirmi üç il ərzində tədricən.
«Fürqan» surəsinin 32-ci ayəsində buyurulur: «
Kafirlər 
«Quran ona bütöv şəkildə nazil olmalı idi» dedilər. (Ya 
Məhəmməd) Sənin ürəyinə qətiyyət vermək üçün Biz 
onu ayə-ayə nazil etdik
».
Əvvəla, Quranın tədriclə nazil olması, insanların 
təbiətinə və ehtiyaclarına daha uyğun bir üsuldur. İnsan 
məqsədə addım-addım yaxınlaşdıqda, mətləblər daha 
aydın dərk olunur.
Quran bədii əsər yox, həyat proqramıdır. Hər hansı 
proqram isə, cəmiyyətdə mərhələ-mərhələ həyata keçə bilər.
Bədr, Ühüd, Əhzab, Hüneyn kimi müharibələrə isti 
münasibət bildirən Quran, birbaşa necə nazil ola bilərdi?! 
Başqa bir tərəfdən nüzulun davamı peyğəmbərliyin davamı 
idi.
Sual 134:
Heyvan, yoxsa nəfsini özünə tanrı edən insan 
daha çox zəlalətdədir?
Cavab:
«Furqan» surəsinin 44-cü ayəsində nəfsinə itaət 
edənlər haqqında buyurulur: «
Onlar heyvan kimidirlər
bəlkə ondan daha çox zəlalətdədirlər
».
Uyğun mövzuda araşdırma aparan təfsirçilər bu 
qənaətdədirlər ki, heyvanlar altı cəhətə görə nəfsini özünə 
tanrı edən insandan üstündürlər:
1. Düşünmə istedadından məhrum olan heyvanların 
nöqsanlı hərəkətləri bağışlana bilər;
2. Heyvanlara ilahi hökm, kitab nazil olmadığından 
onlar üçün cəza da yoxdur;
124


3. Heyvanlar cəmiyyət üçün həmişə faydalıdırlar;
4. Heyvanlar nə qədər vəhşi olsalar da, müharibə 
törətmək qüdrətində deyillər;
5. İnsan, əqlini nəfsinə qurban verdiyi halda, heyvanlar 
öz təbii xüsusiyyətlərindən ‒ instinkdən kənara çıxmır;
6. Heyvanlar öz pis işini yaxşı qələmə vermir, necə 
varsa, elə də görünürlər.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin