Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Sual 135: Şirin su şor suya qatışmadan dura bilərmi? Cavab



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə93/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   89   90   91   92   93   94   95   96   ...   116
170 suala cavab

Sual 135:
Şirin su şor suya qatışmadan dura bilərmi?
Cavab:
«Fürqan» surəsinin 53-cü ayəsində buyurulur: 
«
Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan 
iki dənizi qovuşduran, aralarında sədd qoyan Odur
». 
Ayədə Allah-təala əzəmətinin dəlili olan yaranış nizamının 
incəliklərindən danışılır.
Maraqlıdır, şirin və şor su arasında qoyulan 
gözəgörünməz 
sədd 
nədir?
Elmin 
bu 
günkü 
naliyyətlərindən istifadə edərək, həmin «gözəgörünməz 
sədd»in qatılıqlar arasındakı fərqdən ibarət olduğunu deyə 
bilərik. Başqa sözlə, şirin suyun qatılığı şor suyun 
qatılığından fərqlənir və bu fərq, sanki onlar arasında 
çəkilmiş pərdə rolunu oynayır.
Bəs, bir-birinə qovuşmuş, biri şirin o biri isə şor iki 
dəniz haradadır? Cavab belədir ki, bütün böyük çayların 
dənizə töküldüyü yerdə şirin su kütləsi yaranır və bu kütlə 
uzun müddət qorunur. Təyyarə vasitəsilə uyğun su 
kütlələrinin üzərindən uçduqda, şirin su ilə şor su 
arasındakı sərhəd aydın görünür.
Sual 136:
Günah savabla əvəz oluna bilərmi?
Cavab:
«Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq: 
«(Günahkarlar əzaba düçar olarlar) Ancaq tövbə edib 
125


iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah 
onların pis əməllərini yaxşı əməllərə çevirər
».
Sevimli səhabə Əbuzər Peyğəmbərdən (s) belə nəql 
edir: «
Qiyamət günü Allah-təala bəzi insanların böyük 
günahlarının üstünün açılmaması barədə göstəriş verər. 
Kiçik günahları haqqında sorğuya çəkilən bu insanlar 
həmin günahları etiraf edərkən, öz böyük günahları 
haqqında düşünüb, qorxarlar. Bu zaman Allah-təala 
istədiyi bəndələrin hər bir günahı əvəzində bir savab 

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin